Texnologiya → “Azərpoçt” üçün Avtomatlaşdırılmış korporativ informasiya sisteminin yaradılması planlaşdırılır

Press-reliz: Avtomatlaşdırılmış korporativ informasiya sisteminin yaradılması planlaşdırılır. Layihə çərçivəsində 1200 poçt şöbəsinin lokal korporativ şəbəkəyə qoşulması planlaşdırılır. Yerüstü kommunikasiyaların olmadığı üçün 177 poçt şöbəsi həmin şəbəkəyə simsiz Internetin vasitəsilə qoşulacaq. Layihə çərçivəsində genişzolaqlı Ethernet körpüsü lokal korporativ şəbəkə ilə birləşib verilənlərin yüksəksürətli mübadiləsini təmin edəcək. Sözügedən layihə yaxınlarda keçirilmiş tenderin qalibi olmuş SİNAM şirkəti tərəfindən reallaşdırılacaq.
Digər poçt şöbələrinin şəbəkəyə qoşulması prosesinin isə layihənin növbəti mərhələlərində həyata keçirilməsi planlaşdırılır.
Qeyd etmək lazımdır ki, sözügedən informasiya sistemi ““Azərpoçt” MMC üçün poçt-maliyyə xidmətləri sistemi və poçt əməliyyatlarının avtomatlaşdırma sistemi” layihəsi çərçivəsində yaradılır, və Azərbaycan Hökuməti və Dünya Bankı tərəfindən həyata keçirilir. Layihənin ilkin mərhələsində HP, SINAM və Colvir şirkətlərindən ibarət olan konsorsium tərəfindən Bakıda mərkəzi serverlər və telekommunikasiya avadanlığı, Sumqayıtda isə ehtiyat saytının avadanlığı yerləşdiriləcək, Colvir Software proqram təminatı lokallaşdırılıb quraşdırılacaq. “Azərpoçt” müəssisəsinda tətbiq olunmuş Colvir sistemi poçt və bank fəaliyyətini tam şəkildə həyata keçirə bilən çoxfunksiyalı poçt-bank sistemidir. Həmin sistem mərkəzləşdirilmiş verilənlər bazasına müxtəlif rabitə xəttləri vasitəsilə məsafədən qoşularaq işi təmin edir. Bu, “Azərpoçt” MMC-nin bütün bölmələrinə real zaman rejimində tamdəyərli poçt və bank fəaliyyətini həyata keçirməyə, həmçinin operativ sürətdə analitik hesabatları almağa imkan verir. Bütün bu qeyd edilənlər poçtu həm Bakıda, həm də Azərbaycanın bütün regionlarında yaşayan müştərilər üçün daha cəlbedici edir. Qeyd edək ki, etibarlı mənbələrdən aldığımız məlumatlara əsasən, ehtimal ki, artıq mart ayında “Azərpoçt” MMC bank fəaliyyətinin həyata keçirilməsi üçün Azərbaycanın Mərkəzi Bankında müvafiq lisenziyanı alacaq.




Şərhlər (0)
RSS yığmaq / açmaq