Texnologiya →  Nəhənglərin mübahisəsi qızışır


Nəsə son vaxtlarda texnologiya nəhəngləri yola getmirlər. Hər dəfə bacardıqca biri, digərindən üstünlüyünü göstərməyə çalışır. Artıq iş o yerə çatıbdı ki, arada başqa şirkətlər də qalır. Axırıncı dəfə isə məsələ HTC`nin «başında çatlayıb». Bu Apple, Nokia ilə bir xeyli məhkəmələrdə üz-üzə gəlirdi, ona görə bir xeyli təcrübəsi var. Bu dəfə Steve Jobs`un xətrinə Google dəyibdi. Arada qalan isə HTC olub. Çünki Steve Jobs iddia edir ki, onlara aid texnologiyaları məhz Nexus One`da istifadə ediblər. Bu məhkəmə bir növü Google`a atılan daşdır. Əvvəl rəqabət sahəsində Microsoft-Apple görmək daha xarakterik hal almışdı. Google`un belə gözlənilməz yüksəlişi ona qarşı olanlarında sayını artırıbdı. Görünür Apple Nexus One`ı həqiqətən də iPhone`a rəqib görür ki, bu addımı atıbdı.
Paylaş :
  • +2
  • 3 марта 2010, 17:21
  • Shaig

Şərhlər (5)

RSS yığmaq / açmaq
+
+1
Google bəlkədə başqalarindan ilham alir və yeniliklərə imza atir, ancaq haqqınıda verməy lazimdi ki Google neynəsə dogurdan da bunu yüksək səviyyədə eliyir… Həmçinin Nexus one, hətta mən deyərdim ki Nexus iphone dan daha yaxşidi deyənlərin sayisi gettikçə artmaqdadı…
avatar

simplez

+
0
Google sonra gəlsə də ondan əvvəl bazarda olanların səhvlərindən dərs çıxarır. Üstəlikdə texnologiyası sayəsində daha çox uğur qazanır. Hələki iPhone daha üstündür. Ancaq Google bazarda həm telefonu həm də əməliyyat sistemi — Android ilə var. Məncə buna görə daha üstündür.
avatar

Shaig

+
0
Texnologoiya cəhəttən elə Google nə etsə uğur gazanir üstəlik dogurdan da yüksək səviyədə edir… Nexus hələ çox təzədi, və Andro məncə daha üstün olacey… Google in texnologiyasi indi hal hazirda daha üstündü… Ancaq maraglidi görən Google kompyuter çixartmağa əl atsa gör nə olacey da =) Bir dənə ona əl atmiyib… Bir mac in da gabağina keçsə onda lap girğin düşər =)
avatar

simplez

+
0
Google qazanir.
Bes bizimkiler ne vaxt qazanacaq?
avatar

webparkaz

+
0
Bizdə gərək bazar olaki qazanmaqda ola =). Bizdə bazar yoxdur. Onu isə yaratmaq üçün özümüz çalışmalıyıq. Bunun üçün də çatışmayan bir cəhət yoxdur, çox cəhət var.
avatar

Shaig


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.