Texnologiya → Texnologiya sahəsində rəqiblər artır

Nəsə son zamanlarda texnologiya şirkətləri bir-birlərinin bazarına girməyə başlayırlar. Gedərək rəqabət qızışır. Əvvəl daha çox hamı Microsoft`a «cırnayırdısa» indi artıq vəziyyət dəyişibdi. Müxtəlif güclü qütblər yaranır və onlar arasında ciddi mübarizə başlayır. İndi biz Google-Apple (Nexus One-iPhone, Tablet PC`lər, Chrome-Safari, Chrome OS-Macintosh), Google-Microsoft (Chrome-Explorer, Windows-Chrome OS, Windows Mobile-Android, Google search-Bing) Microsoft-Apple (Explorer-Safari, Windows-macintosh, Windows Mobile-iPhone). Əsas bu nəhənglər arasında olan mübarizədən başqa, bir pillə aşağıda olan texnologiya şirkətləri də bu mübarizəyə qoşulublar. Qrafik softun nəhəngi Adobe ilə Apple arasında bu söz atmacaları yaranıbdı. İş o yerə çatıbdırki onlar bir-birlərinin məhsullarına dəstək verməyəcəklər — flash artıq Apple məhsullarında getdikcə işləməyəcək. Sonra browser bazarında Mozilla digərləri ilə çox ciddi mübarizə aparır. Axtarış sahəsində isə Yahoo və Bing Google ilə mübarizəyə cəhd edəcəklər. Digər tərəfdən Nokia ilə Apple`ın arası da yaxşı deyil. Bunlar bir az köhnə xəbərdir. Bu gün də daha başqa bir rəqabətin başlandığı haqqında bir yazı oxudum. Deməli bu rəqabət sahəsində daha iki böyük şirkət üz-üzə dayanacaqlar. Bu şirkətlər də Cisco və HP`dir. Cisco`nun idarəçilərindən biri olan Keith Goodwin açıqlamasında, HP`nin 1 May 2010 tarixindən sonra, kanal və Global-Service-Alliance-Partner sertifikatına sahib olmayacağını söylədi. Keith Goodwin açıqlamasında HP şirkəti üçün ağır sözlər də deyibdi.
Belə ki, HP`nin bu razılaşma ilə dəyişdiyini, ortaq hərəkət etmə qabiliyyətini itirdiyini və müştərilərə necə davranacağını bilmədiyini söylədi. Hətta o öz sözlərində artıq rəqib olduqlarını da deyibdi.
HP, 3Comu satın alaraq Ciscoya birbaşa olaraq rəqib oldu. Ciscoda HP ilə olan bağları koparttı.
Cisco`nun bu hərəkəti isə əslində sürpriz deyil. Çox adam bu gün-sabah bu cür bir ayrılığı gözləyirdi. Çünki, Cisco keçən il Blade server sistemləri işinə girdi. Bu da HP`nin maraqlarına uyğun gəlmədi. Hətta bu müharibə mənasını verirdi. HP buna görə olsa gərək 3Com`u satın alaraq dünyanın ən böyük ikinci Network şirkəti oldu.
Yəni rəqiblər siyahısı getdikcə genişləyir. Bu yəqinki texnologiya sahəsinin gəlirlərinin artmasından irəli gəlir. Pulu görənlər isə onun üstündə bir-birləri ilə didişməyə başlayıblar.




Şərhlər (2)
RSS yığmaq / açmaqreqabet qizishir.
kefkom
Sadig