Texnologiya →  RSS Reader istifadə edirsiniz?

Səslər: 8. Bitərəflər: 0

Əgər istifadə edirsinizsə, üstünlükləri nədir? haciyev: RSS`ləri oxutmaq üçün nədən istifadə edirsiniz? Əgər istifadə etmirsinizsə səbəbi nədir?
Paylaş :
  • 0
  • 20 января 2010, 14:53
  • Shaig

Şərhlər (11)

RSS yığmaq / açmaq
+
0
Mən bir neçə vaxtdırki istifadə edirəm. Google RSS readerdən. Çox rahatdır.
Mənim fikrimcə ən böyük üstünlüyü odurki adıbı yadda saxlamaqdan çətinlik çəkdiyim blogları əzbərləməyə məcbur deyiləm. Gec-gec yenilənən bloglara hər gün girməyə məcbur deyiləm. Oxuduğum hansısa məlumatı hardan oxuduğumu demək olarki hər zaman biləcəm, çünki axtarış edə bilirəm.
avatar

Shaig

+
0
Məndə Google reader istifadə edirəm.Bun qədər bir-iki dəfə brauserlərin readerlərindən istifadə eləməyə çalışdım çox da rahat gəlmədi mənə. Amma google readerin imkanları tam axtardığım tipdədi =)
avatar

Sadig

+
0
növbeti sual istifade edirsenizse ne istifade edirsiz
avatar

haciyev

+
0
Bu da yaxşı sualdır. Mən yuxarıda qeyd etdiyim kimi Google məhsulu =)
avatar

Shaig

+
0
Məndə yuxarıda yazmışam Google Reader )
avatar

Sadig

+
0
Google Reader — İstifadə edirəm. Rahatdır. Sadədir. Bütün saytlara bir-bir girib axtarıb oxumağa lüzum qalmır.

Xəbərlər özləri sənin yanına gəlirlər :)
avatar

Panda

+
0
Xəbərləri hımişə telefondan oxuduğum üçün "Opera Mini" mənə daha rahat gəlir. Google Reader-dən üstün cəhəti xəbərlərdə təkcə başlıqları (title) deyil, bir az məzmunundan (content) göstərməsidir. Çünki, çox vaxt xəbərin başılığı oxumağa kifayət etmir. Feed-lər Google Readerdə kimi Server-də saxlanılır, telefonu dəyişdirsəm problem olmayacaq.
avatar

DrELM

+
0
Düzü mən Opera mini`dən normal olaraq istifadə etsəmdə RSS reader kimi istifadə etməmişəm. Ancaq bir məsələyə toxunum ki, Google Reader`də təkcə title`lar verilmir. RSS export edən saytdan asılı olaraq bir qədər short story və ya full story ilə import edir Google. Yəni elə saytlar var ki heç mən oraya daxil olmuram elə ancaq readerdən oxuyuram.
avatar

Shaig

+
0
Opera Mini-də belə bir funksiya var: deyək ki, «surf» edəndə rast gəldiyin xoşuna gələn saytı RSS vasitəsiylə «izləməyi» qərara alırsan. Həmin saytın lap yuxarısında "Subscribe" sözü əmələ gəlir. Subscribe olursan, vəssəlam! Amma GoogleReader istifadə etsəm gərək onda RSS (XML) linki axtarım, (o da ki, adətən çox balaca bir icon olur) Google Readere «copy & paste» edim.
avatar

DrELM

+
0
Şərhlərlə razıyam Google reader RSS üçün idealdı. Google friedn connect də bunun üçün bir yardım addımıdı… readerə heç izləmək istədiyim blogların linkini geyd etmək lazim olmur… Google friend connect nən o bloga goşuluram, və avtomotik olaraq google readerimə bu blog düşür… Düzünü deyim Azərbaycan bloglarında həmişə gözüm google readeri axtarır… RSS üçün əla vasitədi :)
avatar

simplez

+
0
EDİT: google friedn connecti gözüm axtarir :)
avatar

simplez


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.