Texnologiya → Dünyada 4G istifadəyə verildi. Bizdə də Azercell gözünü 4G`ə tikib?

Biz Azərbaycanda 3G gəlir, gələcək deyə-deyə qalsaqda, camaat 4G`ə keçid edir. Bu gün artıq dünyada rəsmi olaraq 4G xidməti istehlakıçların istifadəsinə verildi. Mən bilən bu ilin iyun ayında Yaponyanın NTT DoCoMo operatoru belə bir bəyanat vemişdiki, 2010-cu ildən 4G xidmətləri verməyə başlayacaq. Mən 4G`ni Şərqdən gözləyirdim. Xəbəri isə Qərbdən gəldi. Belə ki, TeliaSonera” şirkət dünyada ilk dəfə olaraq 4G mobil rabitə xidmətlərini Stokholm və Oslodakı abonentlərin .
4G`nin 3G Turbodan 10 dəfə daha sürətli olduğu deyilir. Sözügedən şirkət olan TeliaSonera`nın İsveç, Norveç və Finlandiya olmaq üzrə üç ölkədə 4G/LTE lisansı var.
Bizim yerli bazarda isə hələ G nə olan texnologiyadır, test etməmişik. Bu dekabr ayında hər gün qarşımıza Azerfon`un 3G xidmətini aktivləşdirəcəyi haqqında məlumatlar çıxsa da, dəqiq və vədlə qarşımıza çıxmayıblar, qiymətlər barədə dəqiq nəsə deməyiblər. Bu il Bakutel`də isə Azercell şirkəti həm 3G, həmdə 4G`ni tanıtmışdı. Operatorlar bu texnologiyanı gətirməyə iddialı olsalarda, bu və ya başqa səbəblərdən hələki biz istifadəçilər bu rahatlıqdan istifadə edə bilmirik. Bu gün `da xəbərdə isə Azercell`in belə bir şərhi var:
“TeliaSonera” şirkətlər qrupunda göstəricilərinə görə qabaqcıl yer tutan “Azercell Telekom” MMC 4G-nin dünyada ilk dəfə olaraq sözügedən şəhərlərdə tətbiq olunmasını bütün telekommunikasiya sahəsi üçün əlamətdar bir hadisə kimi qiymətləndirir. İnanırıq ki, qısa bir zamanda “Azercell Telekom”-un abonentləri də həm 3G, və gələcəkdə bizim təqdimatımızda, 4G texnologiyalarından geniş faydalana biləcəklər.
Burdan belə görsənirki Azercell 4G`ə hazırdır və artıq indidən onun PR`ına başlamaq istəyir. 3G`də rəqibindən bir addım dala qalan Azercell deyəsən 4G`də ilk olmaq niyyətindədir. Görək biz bu G`lərlə nə vaxt real tanış olacağıq.




Şərhlər (1)
RSS yığmaq / açmaqEŞitdiyimə görə Bakcell də 3G üçün hazırlaşır və qeyri obyektiv fikrə görə Bakcell Azərfon`dan daha yaxşı hazırdır 3G üçün texniki cəhətdən.
Azercell isə 3-ə yox 4G-ə belə hazır olduğun deyir texniki cəhətdən. Rəsmi mənbələrə görə də onun da sənədləri qaydasında deyil. Day nə qədər həsrətlə gözləyəcik bu 3G-ni? =)
Sadig