Texnologiya →  HP şirkətinin Azərbaycanda yeni baş direktoru təyin edildi


Press-reliz: Bakı, 17 yanvar 2012-ci il. Bu gün HP şirkəti İnarə Quliyevanın şirkətin Azərbaycanda baş direktoru təyin edilməsi barədə məlumat verdi. O, 2004-cü ildən indiyə qədər HP şirkətinin Azərbaycan bölməsinə rəhbərlik etmiş Rüfət Hacıəlibəyovu əvəz edəcək. Xanım Quliyeva yeni vəzifəsinin icrasına 1 fevral 2012-ci il tarixindən başlayacaq.

İnarə Quliyeva 1997-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını «Avtomatika və texniki sistemlərin idarə olunması» ixtisası üzrə bitirib. Aparıcı İT istiqamətləri üzrə ixtisaslı mütəxəssisdir. İT bazarında 12 ildən artıq təcrübəyə malikdir. İnarə HP şirkətinə 2011-ci ilin aprel ayında HP şəbəkə həlləri bölməsinin direktoru vəzifəsinə gəlib. Bu müddət ərzində o, iqtisadiyyatın əsas sektorlarından olan aparıcı sifarişçilərlə və tərəfdaşlarla effektiv əməkdaşlıq qurmağa və bu istiqamətdə yüksək satış artımına nail olub. HP şirkətindən əvvəl İnarə Quliyeva AZEL şirkətinin strateji layihələr şöbəsinə rəhbərlik etmişdir.

HP şirkəti Azərbaycanda fəaliyyət göstərdiyi 10 il müddətində ölkənin İT bazarında lider mövqeyə yiyələnmiş və onun təkamül və inkişafında fəal iştirak etmişdir. Bu gün HP geniş tərəfdaş şəbəkəsinə malikdir və iqtisadiyyatın bütün sektorları üçün həllər təklif etməklə həm istehlak bazarında, həm də bazarın biznes seqmentlərində lider mövqesinə nail olub. HP Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi və Microsoft şirkəti ilə birlikdə həyata keçirilən və ölkədə kütləvi kompüterləşmənin ilk mərhələsi olan «Xalq Kompüteri» layihəsinin fəal iştirakçısıdır. Son bir il ərzində HP telekommunikasiya, dövlət və bank sektorlarından, bazarın sənaye və digər seqmentlərindən olan sifarişçilərlə bir sıra uğurlu layihələr həyata keçirib. Bunlardan ən uğurlu olanların sırasında Azercell şirkəti, həmçinin Hyatt, Four Seasons və Marriott mehmanxanaları ilə həyata keçirilmiş layihələri qeyd etmək olar. HP öz tərəfdaşları və sifarişçiləri üçün müntəzəm olaraq ixtisaslaşmış təlim və seminarlar keçirir. Son illərdə əldə olunmuş nailiyyətlər HP şirkətinin Azərbaycan bazarında yeni uğurlar qazanması üçün əsas olacaq.

«Mən Rüfət Hacıəlibəyovun HP-nin Azərbaycandakı inkişafına verdiyi töhfəni və əldə etdiyi uğurlu nəticələri yüksək qiymətləndirirəm. Bu gün HP-nin Azərbaycan bazarında lider mövqeyə malik olması faktı cənab Hacıəlibəyovun xidmətidir və onun sifarişçilərin ehtiyac və istəklərini başa düşməsinin nəticəsidir. Biz şadıq ki, o, HP-nin MDB ölkələrində uğurlu fəaliyyətini davam etdirəcək güclü heyət yaradıb», deyə HP-nin MDB ölkələrində baş direktoru Rudi Kozak qeyd etmişdir. «İnarə Quliyeva istedadlı rəhbərdir və strateji baxışa malikdir. Mən əminəm ki, bu keyfiyyətlər rəhbər üçün vacibdir və ona HP-nin Azərbaycandakı fəaliyyətini yeni bir keyfiyyət səviyyəsinə çıxarmağa imkanlar yaradacaq».
Paylaş :
  • 0
  • 17 января 2012, 16:27
  • Weboxu

Şərhlər (2)

RSS yığmaq / açmaq
+
0
Türklər demiş-birdə bizim dilimizə,millətimizə qayğı və hörmət ilə yanaşılsa lap gözəl olar. Misal — nədənsə HP`nin az domeini ilə olan website işləmir ,yalnız beynəlxalq keşid etdikdə və region olaraq Azərbaycanı seçdikdə site daxil olmaq olur oda .com domeini ilə olur. Birdə Hp`nin digər kataloqlarına link`lədikdə MDB regionun və RUS dili aktivlik edir.Niyə bizim yerli direktorlar bu nüanslara diqqət etmirlər. Yəni bundanda vacib milli amil varmı ki bizlər bunu etmirik. Eləcədə digər şirkətlərin Azərbaycan nümayəndəlikləri niyə məhz MDB`nin filialı kimi qeyd olunurlar?

Bu etinazsızlıq microsoft.az `da var yəni Azərbaycan deyildə region olaraq USA yonəlmə olur .Təzəlikdə bilmirəm OS`dən asılıdı bu ya yox amma belədir.
avatar

brinkal

+
0
Əslində deməyinə doğru deyirsiniz. Ancaq inanmıram çox yaxında bu ola. Çünki məsələn bu təyinetmə mətbuata bildirilən zaman bütün danışıqlar, mətbuat konfransı hər biri rus dilində aparılırdı.
avatar

Shaig


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.