Texnologiya →  Microsoft Azərbaycanın yeni baş meneceri təyin edildi


Press-reliz: Rüfət Hacıəlibəyov Microsoft Azərbaycan şirkətinin baş meneceri vəzifəsinə təyin edildi. R. Hacıəlibəyov yeni vəzifəsinə 2012-ci ilin 23 yanvarından başlayacaq.

Microsoft Azərbaycan şirkəti Microsoft korporasiyasının Mərkəzi və Şərqi Avropanın Yeni Bazarları regional bölməsi çərçivəsində fəaliyyət göstərir və ən dinamik şəkildə inkişaf edən bölmələrdən biridir.

Rüfət Hacıəlibəyov Microsoft şirkətinə satışlar, marketinq və İKT sektorunda insanların idarəedilməsi sahəsindəki 16-illik təcrübəsini gətirəcəkdir.

Bu təyinatdan əvvəl Rüfət Hacıəlibəyov təxminən səkkiz il ərzində Hewlett-Packard şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsində çalışmışdır.

HP-də çalışdığı müddət ərzində o, şirkətin əməliyyat fəaliyyətinə, satışlara, marketinqə, həmçinin müştəri və tərəfdaşların cəlb edilməsinə, servis, maliyyə və insan qaynaqlarının idarəedilməsinə məsuliyyət daşıyırdı.

1975-ci ildə təsis edilmiş Microsoft şirkəti (Nasdaq “MSFT”) insanlara və bizneslərə öz tam potensiallarının reallaşdırılmasına köməklik edən proqram təminatı, xidmətlər və həll yolları sahəsində dünyada liderdir.
Paylaş :
  • +1
  • 17 января 2012, 12:39
  • Weboxu

Şərhlər (0)

RSS yığmaq / açmaq

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.