Texnologiya →  Ubuntu developer site


Açıq qaynaq kodu ilə tanınan Linux sistemlərinin bir neçə fərqli versiyası mövcuddur. Bunlardan ən çox istifadə edilənlərdən də Ubuntudur. Ubuntu developerlər üçün yeni sayt açır.

İlk olaraq 5-9 Sentyabr tarixlərində reallaşdırılan Ubuntu Developer Həftəsində tanıdılan xidmət, indilərdə istifadəyə çıxarılmağa hazırlanır. Belə görünür ki, Ubuntu digər platformalardan geri qalmamaq üçün belə yeniliyə ehtiyac duyub.

Daha çox irəli səviyyədə tətbiqlərin çıxarılması, problemlərin ortaq həll ilə ən qısa zamanda aradan qaldırılması, developerlərin sistemə daha çox vaxt ayırmağa sövq edilməsi və biliklərini paylaşması məqsədi ilə belə bir saytı hazırlayırlar. Sayt hələki tam hazır deyil, ancaq yaxın zamanda fəaliyyətə başlayacağı deyilir. Saytın adresi developer.ubuntu.com olacaq. Yeniliklərdən dərhal xəbərdar olmaq üçün isə Twitter üzərindən @ubuntuappdev istifadəçisini izləyə bilərsiniz.
Paylaş :
  • +1
  • 19 сентября 2011, 01:41
  • Weboxu

Şərhlər (0)

RSS yığmaq / açmaq

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.