Texnologiya →  “İKT və Azərbaycan dilinin istifadəsi problemləri”-nə dair Dəyirmi Masa keçiriləcək


25 noyabr tarixdə Azərbaycan İnternet Forumu “İKT və Azərbaycan dilinin istifadəsi problemləri” mövzusunda Dəyirmi Masa keçirəcək.
Dəyirmi Masada İKT sahəsində, o cümlədən İnternetdə dilimizdən istifadə ilə bağlı mövcud vəziyyət və problemlər ətrafında müzakirələr aparılacaq.
Müzakirələrdə mövcud orfoqrafiya və qrammatika qaydalarına riayət olunması, xarici dillərdə olan İKT ilə əlaqəli sözlərin işlədilməsi vəziyyəti, Azərbaycandilli saytların vəziyyəti və inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılacaq.
Sahə üzrə ekspertlərin təqdimatları olacaq.
Müzakirələrin yekunu olaraq aidiyytaı qurumlara təkliflərin hazırlanması nəzərdə tutulur.
Dəyirmi Masada dövlət orqanlarının, İKT sahəsində çalışan özəl qurumların və ekspertlərin, elm və təhsil sahəsinin, Vətəndaş Cəmiyyəti subyektlərinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Mənbə: Xeberler.az
Paylaş :
  • 0
  • 16 ноября 2009, 14:32
  • Weboxu

Şərhlər (0)

RSS yığmaq / açmaq

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.