Texnologiya → Silikon Vadisində texnologiya sahəsindəki işçilərin qazancları [infoqrafika]

Texnologiya sahəsində işləyən hər kəsin istəyi Silikon Vadisində işləməkdir.
Bəs orada işləyənlərin illik qazancları nə qədərdir? Bu barədə Focus.com bir infoqrafika .
Burada göstərilən rəqəmlərə görə illik gəlirdə ən çox Google işçiləri qazanır — illik 180 min dollar. Onu Linkedin 155000$, Paypal 152000$, Facebook 150000$, Apple 140000, Twitter 125000$ ilə izləyir.
Silikon Vadisində ən çox qazanan qrup isə illik ortalama 105 min dollar ilə məhsul müdirləri (product manager) olaraq gözə dəyir. Ardından gələnlər isə illik 102 min dollar ilə marketing müdirləri, 97 min ilə java və veb mütəxəssisləri (developerlər), 92 min ilə proyekt müdirləri və 90 min ilə proqram mütəxəssisləridir. Ortalama qazancı ən aşağı olanlar isə ildə ortalama 56 min dollar qazanan qrafik dizayerlərdir.
( Ətraflı oxuyun )
- +1
- 1 августа 2011, 17:15
- 1+1
Texnologiya → IEEE Wi-Fi 100km uzaqlığa məlumat transferi imkanı verəcək
IEEE, həftə sonu ərəfəsində gələcək nəsil Wi-Fi IEEE 802.22TM standartını . Bu texnologiya sayəsində təxminən 100 km. kənara 22 Mbps sürətlə kabelsiz məlumat transferi edilməsi hədəflənir. Bu texnologiya televiziya yayım bantını istifadə edərək bu qədər uzaq məsafələrə qədər məlumat göndərmə imkanı verəcək, üstəlik bunu edərkən mövcud TV stansiyalarının yayımı ilə də hər hansı bir qarışıqlıq meydana gəlməyəcək.Bu texnologiya VHF və UHF TV bantlarından faydalanır və təxminən 100 km. diametrindəki bir sahəyə geniş zolaqlı kabelsiz internet müraciəti imkanı təqdim edir. IEEE, bu yeni texnologiyanın xüsusilə əhali sıxlığı aşağı yerlərdə, inkişaf etməkdə olan ölkələrdə və boş TV kanallarının olduğu yerlərdə rahat olacağına işarə edir.
- 0
- 1 августа 2011, 14:53
- şərh yaz
Texnologiya → Internet provayderlərimiz: bazar payları, yeni Backbone

2011-ci ilin ilk 6 ayı ilə bağlı bəzi statistikaları . Google docs-da yığışmış bununla bağlı növbəti məlumatları da indi yerləşdirim.
Düşünürəm ki, gələn aylardan, elə bəlkə də 2011-ci ilin sonuna aid olan yazılarda ötən illərə nisbətdə bir çox məqam dəyişmiş olacaq. İnternet bağlantılarımızı gerçəkləşdirən şirkətlərdə, bağlantı tiplərimizdə müəyyən dəyişikliklər görə bilərik.
Ehtimal olunur ki, 3G lisenziyası artıq digər operatora da verilsin. Hərçənd bununla bağlı indiyənə qədər bir çox müxtəlif xəbərlər yayılır. Gah operatorların sənədlərinin düzgün olmadığı, gah onlardakı texniki çatışmamazlıqlar əsas gətirilərək lisenziyanın verilmədiyi deyilirdi. Ümumiyyətlə son günlərdə mediada bu barədə bir çox xəbərlər gedir. Sonuncu belə xəbərdə isə nazir Əli Abbasovun fikirlərinə yer .
( Ətraflı oxuyun )
- +4
- 30 июля 2011, 01:19
- 5+5
Texnologiya → Microsoft Office 365-in tanıtımında GMail-ə söz atdı
Microsoft bu dəfə də hər il təşkil etdiyi konfransında Microsoft məhsullarını tanıtdı. Xüsusilə bulud əsaslı Office 365 proqram süiti olduqca böyük marağa səbəb oldu. Bu marağın ən böyük səbəbi isə şübhəsiz Microsoftun məhsulu tanıdarkən göstərdiyi «GMail Man» adlı sitcom qəhrəmanı oldu.
( Ətraflı oxuyun )
( Ətraflı oxuyun )
- 0
- 29 июля 2011, 14:32
- 6+6
Texnologiya → Bloqosfer 2011 sentyabrda baş tutacaq [müsahibə]

Ötən ilin ən səs-küylü texnologiya tədbirlərindən olan Bloqosfer bu il də baş tutacaq. İkinci bloqosfer tədbiri "" adı altında keçirləcək. Mən belə düşünürəm ki, ötən ilki tədbir Azərbaycan İnternetində Bloqlara və Bloqçuluğa olan baxışları dəyişdirməyə nail oldu. Görək bu il nələri dəyişəcək.
Tədbirin tarixi: 2-4 Sentyabr
Keçirilmə yeri: Nabran
( Ətraflı oxuyun )
- 0
- 21 июля 2011, 22:21
- 2+2
Texnologiya → 2011-ci ilin sonunadək Azərbaycan şirkəti Qırğızıstanın vergi sisteminin informasiyalaşdırılmasını yekunlaşdıracaq
Press-reliz: Azərbaycanın SİNAM şirkəti 2011-ci ilin sonunadək Qırğızıstan Respublikasının Dövlət Vergi Xidmətində (DVX) inteqrasiya olunmuş vergi inzibatçılığı sisteminin proqram təminatının işlənib hazırlanması və quraşdırılmasını yekunlaşdıracaq. Proqram təminatının tətbiqi Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən «Vergi inzibatçılığında islahat və modernləşdirmə» layihəsi çərçivəsində həyata keçiriləcək.
Proqram təminatı Qırğızıstanın Dövlət Vergi Xidmətinin mərkəzi aparatında və bütün ölkənin rayon vergi müfəttişliklərində quraşdırılacaq. Tətbiq edilən informasiya sistemi 11 moduldan ibarətdir ki, onların da hər birisi bir istiqamət üzrə yüksək funksionallığı təmin edəcək. Hazırda modulların əksər hissəsi üzrə yoxlama işləri tam yekunlaşdırılmışdır. Bundan əlavə, Dövlət Vergi Xidmətinin yeni veb-saytı yaradılmışdır.
( Ətraflı oxuyun )
Proqram təminatı Qırğızıstanın Dövlət Vergi Xidmətinin mərkəzi aparatında və bütün ölkənin rayon vergi müfəttişliklərində quraşdırılacaq. Tətbiq edilən informasiya sistemi 11 moduldan ibarətdir ki, onların da hər birisi bir istiqamət üzrə yüksək funksionallığı təmin edəcək. Hazırda modulların əksər hissəsi üzrə yoxlama işləri tam yekunlaşdırılmışdır. Bundan əlavə, Dövlət Vergi Xidmətinin yeni veb-saytı yaradılmışdır.
( Ətraflı oxuyun )
- 0
- 15 июля 2011, 13:33
- şərh yaz
Texnologiya → Samsung Smart TV təqdim edilib

Bu gün Samsungun, Smart TV-sinin də Azərbaycan üçün təqdimatı oldu.
Əvvəl səhər-səhər mətbuat nümayəndələri üçün təqdimat keçirilmişdi. Obyektiv səbəblərə görə səhərki təqdimatda iştirak edə bilməmişdim. Axşam isə məhsulun başqa təqdimatı reallaşdı.
Bu dəfə hazırlıqsız idik deyə, canlı bloglama imkanı olmadı. Ancaq tədbir boyunca telefonda qeydlər edib, şəkillər çəkirdim. Bu həmdə indi blog yazmağımı asanlaşdırır.
Tədbirdən qeydlərim:
( Ətraflı oxuyun )
- +2
- 5 июля 2011, 23:51
- 2+2
Texnologiya → Azərbaycan Intel Ümumdünya Elmi-Texniki Sərgisinə qoşuldu
Press-reliz: 2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində Azərbaycan Intel Ümumdünya Elmi-Texniki Sərgisinə (Intel ISEF) qoşuldu. Sözügedən forum şagirdlər arasında keçirilən dünyanın ən miqyaslı elmi müsabiqəsidir. Hər il müsabiqənin final mərhələsində 50-dən çox ölkəni təmsil edən 3 minə yaxın şagird iştirak edir.Intel ISEF zamanı şagirdlər onları maraqlandıran sahələrdə çalışan alim və mühəndislərlə ünsiyyət saxlamaq, onlara sual vermək və qarşılarında açılan perspektivlər haqda daha geniş məlumat əldə etmək imkanını əldə edirlər. Intel ISEF müsabiqəsinin 20-dən çox qalibi daha sonradan Nobel laureatı, 3-ü isə — riyaziyyat sahəsində ali mükafat olan Filds mükafatı laureatı seçilmişlər.
( Ətraflı oxuyun )
- 0
- 28 июня 2011, 12:48
- şərh yaz
Texnologiya → Skype iPad üçün app. hazırlayır
iPad-lardan telefon kimi istifadə etmək istəyənlərin köməyinə Skype çatacaq. Şirkətin yayımladığı təqdimat videosu iPad üçün hazırlanmış Skype app-nın hazırlanacağını işarə edir. Əslində istəmədən nəşr olunduğu düşünülən bu təqdimat videosu iPad üçün hazırlanmış, iPad 2′lərde video görüşmələrinə icazə verən əskiksiz bir VoIP tətbiqinin gəlişini ortaya qoyur.
Yazılanlara iPhone app-dakı bir çox xüsusiyyət iPad tətbiqinə də daşınıb. Çox təəssüf ki, fayl paylaşması kimi müxtəlif masaüstü versiya xüsusiyyətləri iPad app-da olmayacaq.
Yazılanlara iPhone app-dakı bir çox xüsusiyyət iPad tətbiqinə də daşınıb. Çox təəssüf ki, fayl paylaşması kimi müxtəlif masaüstü versiya xüsusiyyətləri iPad app-da olmayacaq.
- +1
- 25 июня 2011, 14:59
- şərh yaz
Texnologiya → Elcell və Hotnet rouminq müqaviləsi imzaladı

İnternet xidməti və Bakı şəhərinin ən böyük WiFi şəbəkəsi olan rouminq üzrə saziş imzaladılar.
İndi Siz WiFi hotnet zonasında olarkən şəhərin istənilən mərkəzi küçəsindən İnternetə şəxsi elcell akkauntunuzla daxil ola bilərsiniz. hotnet WiFi şəbəkəsinə qoşulma elcell modemi olmadan WiFi protokolunu dəstəkləyən qurğular ilə mümkündür – smartfonlar, noutbuklar, netbuklar, planşet kompyuterləri və s. hotnet şəbəkəsinə qoşulma zamanı istifadə edilmiş trafik elcell akkauntunuza əlavə olunacaqdır.
Rouminq xidmətinin qiyməti ayda 1 manatdır (yalnız rouminq xidmətindən istifadə edildikdə hesablanır). 15 iyul 2011 tarixinə qədər rouminq xidməti .
- +1
- 21 июня 2011, 01:05
- 1+1



