Reytinq
0.00
səsıər:
0
avatar

Texnologiya  



Texnologiya →  Samsung və Sony şirkətləri maye-kristallı panellərin istehsalı sahəsində yeni əməkdaşlıq formasına keçir

Press-reliz: Samsung Electronics şirkəti və Sony korporasiyası maye-kristallı panellərin istehsalı sahəsində mövcud olan əlaqələrin yenidən nəzərdən keçirilməsini nəzərdə tutan razılaşmanın imzalanması haqda bəyan edir.

Sözügedən razılaşmanın şərtlərinə əsasən, Samsung Electronics şirkəti Sony korporasiyasının S-LCD Corporation (Samsung və Sony şirkətlərinin maye-kristallı panellərin istehsalı üzrə birgə müəssisəsi) müəssisəsində olan bütün səhmlərini alacaq ki, bu da S-LCD Corporation müəssisəsini Samsung şirkətinin bir bölməsinə çevirəcək. Öz növbəsində Samsung Sony şirkətinə 1,08 trilyon koreya vonu (939,6 milyon ABŞ dolları) ödəyəcək.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Samsung şirkəti D450 və D550 seriyalı maye-kristallı televizorları təqdim edir


Press-reliz: Dünyanın aparıcı istehlakçı elektronikası istehsalçısı Samsung Electronics şirkəti D450 və D550 seriyasından olan maye-kristallı televizorları təqdim edir.Qeyd etmək lazımdır ki, D450 seriyası diaqonal ölçüsü 19, 22, 26 və 32 düym, D550 seriyası isə diaqonal ölçüsü 32, 37, 40 və 46 düym olan televizorlar modellərini əhatə edir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 23 декабря 2011, 21:23
  • Weboxu
  • 1+1

Texnologiya →  Samsung Smart TV televizorları üçün ivi.ru internet-kinoteatr əlavəsi

Press-reliz: Dünyanın aparıcı istehlakçı elektronikası istehsalçısı Samsung Electronics şirkəti və Rusiyanın ən iri internet-kinoteatrı “ivi.ru” ( www.ivi.ru ) Samsung Smart TV televizorları və Blu-ray pleyerləri üçün nəzərdə tutulan ivi.ru əlavəsini təqdim edir.

İvi.ru internet-kinoteatr əlavəsi minlərlə film, cizgi filmi və Rusiya və digər ölkələrin istehsalı olan verilişlərə rahat və pulsuz çıxışı təmin edən “sorğu üzrə video” formatlı bir servisdir. Onların arasında Disney kinostudiyasının ən yeni filmləri, “20th Century Fox” studiyasının istehsalı olan məşhur seriallar, Rusiya serialları və s. kimi maraqlı kontent var. Hazırda servisin bazasında yüksək keyfiyyətdə 60 mindən çox kontent mövcuddur. Hər gün ivi.ru kataloquna 50-100 lisenziyalı video əlavə olunur.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  KATV1 genişzolaqlı internet servisini istifadəyə verir


KATV1-nin genişzolaqlı interneti istifadəyə hazırlamağı ilə bağlı blogumuzda post yazılmışdı. Artıq KATV1-dən verilən məlumata görə son tamamlama işləri gedir və qısa müddət ərzində xidmət tam istifadəyə veriləcək. Paketlər və qiymətlər barədə də ilkin məlumatlar var:

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Azərbaycan komandası Ümumdünya Kompüter Oyunlarında iştirak edəcək

Press-reliz: Azərbaycanın yığma komandası 2011-ci ilin 8-11 dekabr tarixlərində Samsung Electronics şirkətinin dəstəyilə Cənubi Koreyanın Busan şəhərində keçiriləcək Ümumdünya Kompüter Oyunlarında iştirak edəcək. Bu haqda Samsung Electronics şirkətinin Azərbaycandakı nümayəndəliyinin marketinq üzrə meneceri Oqtay Məmmədov xəbər verdi. Onun sözlərinə görə, Azərbaycan komandası yeddi cyber-idmançıdan ibarətdir. Onlar ölkəmizi həm komanda növlü, həm də tək-tək oyunların qran-finallarında təmsil edəcək.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  SAZZ və AzEduNet-dən «Məktəblilər üçün təhlükəsiz İnternet» xidməti


Press-reliz: Yaxın gələcəkdə orta məktəb şagirdləri evdə filtrasiyalı internetdən istifadə edə biləcəklər.

AzEduNet Azərbaycan Təhsil Şəbəkəsi və SAZZ Simsiz İnternet Operatorunun təqdim etdiyi yeni xidmət valideynlərə uşaqları arzuolunmaz İnternet-saytlardan qorumağa imkan verəcək, həmçinin övladlarınızın ümumdünya şəbəkəsinin mənfi təsirindən tam qoruyub SAZZ-ın mobil yüksəksürətli limitsiz İnternetindən bəhrələnməyə imkan verəcək.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Samsung SyncMaster SA850 monitoru dünyanın hər bir yerindən müsbət rəy alır


Press-reliz: Geniş görünüş bucağını təmin edən Samsung SyncMaster SA850 monitoru informasiya texnologiyaları sahəsində ixtisaslaşan bir sıra Amerika və Avropa KİV-lərinin müsbət rəylərini almışdır. Qeyd etmək lazımdır ki, hal-hazırda Samsung şirkəti peşəkar monitorlar bazarını fəth etmək niyyətindədir.

Daha da mükəmməl PLS-texnologiyasının (Plane to Line Switching – səthdən xəttə keçmə) istifadə olunduğu SyncMaster SA850 monitoru 2560x1440 piksellik icazəni, yəni dörd 720p HDTV icazəsini təmin edir. Bu premium-monitor həm şaquli, həm də üfuqi görünüş bucağından rəng ötürülməsini itirmədən daha dəqiq və aydın rəngləri əks etdirir.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Samsung Electronics şirkəti otuz CES 2012 Innovation mükafatına layiq görüldü

Press-reliz: İstehlakçı elektronikası, yarımkeçirici və telekommunikasiyalar sahəsində dünya lideri, innovasiyalar sahəsində bir çox mükafatlara sahib olan Samsung Electronics şirkəti International Consumer Electronics Show (Beynəlxalq İstehlakçı Elektronikası Sərgisi — CES) 2012 sərgisində 30 məhsul üzrə yüksək qiymətlərə layiq görüldü. Hər il İstehlakçı Elektronikası Assosiasiyası (Consumer Electronics Association® — CEA) tərəfindən keçirilən CES istehlakçı elektronikası sahəsində ən mühüm beynəlxalq mükafat hesab olunur. Son üç ildə Samsung şirkəti 90 CES mükafatını əldə etmişdir – 2011-ci ildə 37 və 2010-cu ildə 23.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Batareya ömrü 1 həftəyə çıxa bilər


Yeni bir Li-İyon batareya texnologiyası üzərində çalışan elm adamları bir dəfəlik şarjla 1 həftə işləyən bilən batareya hazırlaya bildilər. Mövcud şərtlərlə yeni batareyanın 5 il içində kütləvi istifadəyə başlamağı gözlənilir. Ancaq indiki zamanda smartfonlar çox batareya tükətdiyindən, bu texnologiyanın qısa zamanda istifadəyə verilməsi üçün texnologiya şirkətləri bütün qüvvələri ilə çalışacaqlar.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Yandex və Samsung razılaşması


Rusiya axtarış motoru Yandex ilə, Samsung razılaşma imzalayıb. Razılaşmaya görə, Samsung Smart TV-lərə və Bada əməliyyat sistemli cihazlarda Yandex inteqrasiyalı olacaq.

Bu razılaşmanın Azərbaycana da təsiri olacaq. Çünki müqavilə MDB sərhədləri daxilində etibarlı olacaq. Satılacaq Smart TV modellərinin rəsmi axtarış sistemi və default ana səhifəsi Yandex tərəfindən təmin ediləcək.

( Ətraflı oxuyun )
Paylaş :