Reytinq
0.00
səsıər:
0
avatar

Texnologiya  



Texnologiya →  Təhsildə 2011-ci ilin İKT yekunları


Press-reliz: “2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2011-ci il üçün görülmüş işlərə yekun vuruldu. Keçən il dövlət proqramı çərçivəsində fəaliyyət aşağıdakı istiqamətlər üzrə həyata keçirilmişdir:

Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi istiqaməti üzrə 2011-ci ildə respublika üzrə təhsil müəssisələrinə və Təhsil Nazirliyinin tabeçiliyində olan şəhər və rayon təhsil şöbələrinə 2 min ədəd stolüstü kompyuter dəsti, 500 noutbuk, 500 proyektor və s. informasiya və kommunikasiya texnologiyaları avadanlığı verilmişdir. Həmçinin, respublika üzrə şəhər və rayon təhsil müəssisələrinin, o cümlədən məktəblərin ADSL və simsiz genişzolaqlı internetə qoşulması üçün zəruri avadanlıqlar təmin olunmuşdur.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  HP şirkətinin Azərbaycanda yeni baş direktoru təyin edildi


Press-reliz: Bakı, 17 yanvar 2012-ci il. Bu gün HP şirkəti İnarə Quliyevanın şirkətin Azərbaycanda baş direktoru təyin edilməsi barədə məlumat verdi. O, 2004-cü ildən indiyə qədər HP şirkətinin Azərbaycan bölməsinə rəhbərlik etmiş Rüfət Hacıəlibəyovu əvəz edəcək. Xanım Quliyeva yeni vəzifəsinin icrasına 1 fevral 2012-ci il tarixindən başlayacaq.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Microsoft Azərbaycanın yeni baş meneceri təyin edildi


Press-reliz: Rüfət Hacıəlibəyov Microsoft Azərbaycan şirkətinin baş meneceri vəzifəsinə təyin edildi. R. Hacıəlibəyov yeni vəzifəsinə 2012-ci ilin 23 yanvarından başlayacaq.

Microsoft Azərbaycan şirkəti Microsoft korporasiyasının Mərkəzi və Şərqi Avropanın Yeni Bazarları regional bölməsi çərçivəsində fəaliyyət göstərir və ən dinamik şəkildə inkişaf edən bölmələrdən biridir.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Computex-in yeni il oyunu

Yeni ili online təbrik edənlər barədə blogumuzda yazmışdıq. Növbətisi isə bir yeni il oyun kampaniyasıdır. Bu dəfə oyunun nəticəsi olaraq hədiyyə qazanmaq şansı da əldə etmək mümkündür.
Bir müddət əvvəl mağazasını böyüdən Computex şirkəti, yeni il üçün də oyun kampaniyası keçirir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +4
  • 30 декабря 2011, 16:15
  • Weboxu
  • 2+2

Texnologiya →  Samsung və Sony şirkətləri maye-kristallı panellərin istehsalı sahəsində yeni əməkdaşlıq formasına keçir

Press-reliz: Samsung Electronics şirkəti və Sony korporasiyası maye-kristallı panellərin istehsalı sahəsində mövcud olan əlaqələrin yenidən nəzərdən keçirilməsini nəzərdə tutan razılaşmanın imzalanması haqda bəyan edir.

Sözügedən razılaşmanın şərtlərinə əsasən, Samsung Electronics şirkəti Sony korporasiyasının S-LCD Corporation (Samsung və Sony şirkətlərinin maye-kristallı panellərin istehsalı üzrə birgə müəssisəsi) müəssisəsində olan bütün səhmlərini alacaq ki, bu da S-LCD Corporation müəssisəsini Samsung şirkətinin bir bölməsinə çevirəcək. Öz növbəsində Samsung Sony şirkətinə 1,08 trilyon koreya vonu (939,6 milyon ABŞ dolları) ödəyəcək.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Samsung şirkəti D450 və D550 seriyalı maye-kristallı televizorları təqdim edir


Press-reliz: Dünyanın aparıcı istehlakçı elektronikası istehsalçısı Samsung Electronics şirkəti D450 və D550 seriyasından olan maye-kristallı televizorları təqdim edir.Qeyd etmək lazımdır ki, D450 seriyası diaqonal ölçüsü 19, 22, 26 və 32 düym, D550 seriyası isə diaqonal ölçüsü 32, 37, 40 və 46 düym olan televizorlar modellərini əhatə edir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 23 декабря 2011, 21:23
  • Weboxu
  • 1+1

Texnologiya →  Samsung Smart TV televizorları üçün ivi.ru internet-kinoteatr əlavəsi

Press-reliz: Dünyanın aparıcı istehlakçı elektronikası istehsalçısı Samsung Electronics şirkəti və Rusiyanın ən iri internet-kinoteatrı “ivi.ru” ( www.ivi.ru ) Samsung Smart TV televizorları və Blu-ray pleyerləri üçün nəzərdə tutulan ivi.ru əlavəsini təqdim edir.

İvi.ru internet-kinoteatr əlavəsi minlərlə film, cizgi filmi və Rusiya və digər ölkələrin istehsalı olan verilişlərə rahat və pulsuz çıxışı təmin edən “sorğu üzrə video” formatlı bir servisdir. Onların arasında Disney kinostudiyasının ən yeni filmləri, “20th Century Fox” studiyasının istehsalı olan məşhur seriallar, Rusiya serialları və s. kimi maraqlı kontent var. Hazırda servisin bazasında yüksək keyfiyyətdə 60 mindən çox kontent mövcuddur. Hər gün ivi.ru kataloquna 50-100 lisenziyalı video əlavə olunur.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  KATV1 genişzolaqlı internet servisini istifadəyə verir


KATV1-nin genişzolaqlı interneti istifadəyə hazırlamağı ilə bağlı blogumuzda post yazılmışdı. Artıq KATV1-dən verilən məlumata görə son tamamlama işləri gedir və qısa müddət ərzində xidmət tam istifadəyə veriləcək. Paketlər və qiymətlər barədə də ilkin məlumatlar var:

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Azərbaycan komandası Ümumdünya Kompüter Oyunlarında iştirak edəcək

Press-reliz: Azərbaycanın yığma komandası 2011-ci ilin 8-11 dekabr tarixlərində Samsung Electronics şirkətinin dəstəyilə Cənubi Koreyanın Busan şəhərində keçiriləcək Ümumdünya Kompüter Oyunlarında iştirak edəcək. Bu haqda Samsung Electronics şirkətinin Azərbaycandakı nümayəndəliyinin marketinq üzrə meneceri Oqtay Məmmədov xəbər verdi. Onun sözlərinə görə, Azərbaycan komandası yeddi cyber-idmançıdan ibarətdir. Onlar ölkəmizi həm komanda növlü, həm də tək-tək oyunların qran-finallarında təmsil edəcək.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  SAZZ və AzEduNet-dən «Məktəblilər üçün təhlükəsiz İnternet» xidməti


Press-reliz: Yaxın gələcəkdə orta məktəb şagirdləri evdə filtrasiyalı internetdən istifadə edə biləcəklər.

AzEduNet Azərbaycan Təhsil Şəbəkəsi və SAZZ Simsiz İnternet Operatorunun təqdim etdiyi yeni xidmət valideynlərə uşaqları arzuolunmaz İnternet-saytlardan qorumağa imkan verəcək, həmçinin övladlarınızın ümumdünya şəbəkəsinin mənfi təsirindən tam qoruyub SAZZ-ın mobil yüksəksürətli limitsiz İnternetindən bəhrələnməyə imkan verəcək.

( Ətraflı oxuyun )
Paylaş :