Start-up`lar → Aztwi.com - Twitter-in Azərbaycan istifadəçiləri

Azərbaycanda çox geniş olmasa da müəyyən kütlə arasında yayılmış micrososial platformadır. Əsasən İT nümayəndələrinin üzvlüyü ilə başladı. İndi də elə istifadəçilərin böyük əksəriyyəti İT sahəsində olanlardır. Sonra bloggerlər, jurnalistlər və siyasilər üzv olurlar. Twitterin özünə məxsus hashtag, trends və s kimi xüsusuyyətləri var. Həmin bu xüsusiyyətlərin lokallaşdırımış xidmətlərini təqdim edir. Bir müddətdir useri ilə işləyən sistemin sayt formasına keçməsi ona əlavə üstünlüklər də qatacaq. Məsələn mən həmin useri follow etmək istəmirəm, amma arada açıb mesajlarına baxıram. Sayt olanda isə bu raha rahat olacaq. Saytda gün, həftə, ay və bütün vaxtlar ərzində olan populyar mövzular və populyar mikrobloqqerlərin statistikasını əldə etmək olacaq. Sistem Twitter API-ləri ilə işləyir və orada ən çox bəhsi keçən sözləri, eyni zamanda ən çox müraciət, retweet edilən userləri araşdırır və buna uyğun statistika çıxarır.
Belə bir saytın olmağını çoxdan gözləyirdim. Sistem beta olaraq fəaliyyətə başlayıb ona görə müəyyən çatışmamalıqlarının olmağı normaldır. Bu barədə twitterdə də açılandan bəri müzakirələr gedir, təkliflər verilir. Düzdür təkliflərin mümkün olub olmadıqlarından bəzilərinə cavab verilib. Ancaq Twitter belə mövzuların müzakirəsi üçün məhdud imkan verdiyinə görə mən təkrar həmin təkliflərdən edəcəm.
Məsələn, bu statistikalardan başqa top RT-lər də əlavə olunsun. Digər tərəfdən top istifadəçilər də çox lazımlıdır. Məsələn Azərbaycandan olan ən çox izləyicisi olan istifadəçilər. Belə funksiya əlavə olunanda bir az reklam platforması xüsusiyyətləri də yarana bilər. Bu dediyim hastaglara da aiddir. Həm də bunlar bir növ əlaqələri də artıra bilər. İnsanlar daha çox yeni istifadəçi tapmaq şansında olarlar.
Saytın dizaynına gəldikdə isə belə ümumi götürəndə yaxşıdır. Sadəcə zamanla əl gəzdirmək, düzülüşləri ilə «oynamaq» lazım gələcək. Məsələn sağ tərəfdə «AzTwi nədir?» əvəzinə top userləri görmək daha maraqlı olardı.
Proyektin müəllifləri: , ,
Sonda isə uğurlar, davamlı olsun.




Şərhlər (0)
RSS yığmaq / açmaq