Sosial Media →  Twitter və Google Plus arasında soyuq münasibətlər başlayıb


Açıldığı gündən əsasən Facebook-a rəqib göstərilən Google Plus artıq yeni funksiyaları ilə internetdə sürətlə yayılmağı planlaşdırır. Əlində axtarış sistemini öz xeyrinə istifadə etməyə başlayan Google, rəsmi blogundan Search Plus adlandırdığı yeni sistemi istifadəyə verdiyini yazmışdı:


Bu yeniliklə öz xeyrinə bir xeyli müsbət dəyişikliklər edən Google, axtarış sistemində Google Plus nəticələrinə daha çox əhəmiyyət verməyə başladı. Beləlilə məcburi olaraq Google Plus səhifələrin də əhəmiyyəti daha artmağa başladı. Google Plus-ın axtarışlarda ön plana çıxmağından sonra Facebook və Twitter-in axtarış nəticələrindəki vəziyyətləri pisləşdi. Facebook hələki bu məsələ barədə şərh verməyib. Googlenin yeni sistemi içərisində @ və # işarəsi keçən sözləri axtarışa qatmadığı üçün Twitterin tweet sistemi axtarışlarda faydasız hala gəldi. Twitter isə artıq öz narazılığını bildirib:
"İnsanlar, illərdir axtarmaq istədikləri şey haqqında ən uyğun nəticəni tapmaq üçün Google-a güvənirlər. Çox vaxt dünyadakı hadisələr və son xəbərlər haqqında məlumat əldə etmək istəyirlər. Twitter isə 100 milyondan çox istifadəçisinin hər gün göndərdiyi 250 milyondan çox tweet ilə bu gerçək zamanlı məlumat üçün imtina edilməz bir qaynaqdı. Ümumiyyətlə xəbərlər ilk olaraq Twitterdə yer alır, bu səbəbdən Twitter hesabları və tweetlər ən uyğun nəticələri ehtiva edir.

Bu səbəbdən Google-un etdiyi dəyişikliklərin, bu məlumatları tapmağı çox daha çətin bir hala gətirməsindən narahatlıq. Bunun insanlar, yayım orqanları, xəbər agentlikləri və Twitter istifadəçiləri üçün pis olduğunu düşünürük."


Google, Twitterin bu şərhinə şirkətin Google+ hesabından cavab verdi. Twitterin bu şərhinə təəccübləndiklərini, çünki ötən yay Twitterin onlarla olan razılaşmalarını yeniləmək istəmədiklərini və bunun ardından «rel=nofollow» (bir HTML istəyi) istəklərini gördükləri dedilər. Yəni Google günahı özündə görmür.
Digər tərəfdən Bing-in isə Twitter və Facebookla müqavilələri var və axtarış nəticələrində görünürlər. Qeyd edək ki, son statistikaya görə Bing ABŞ bazarında Yahoo-nu ilk dəfə olaraq keçib və ikinci yerə yüksəlib.
Beləliklə 2012-ci ildə adları çəkilən 4 internet nəhəngi arasındakı münasibətləri daha yaxından izləməli olacağıq.
Paylaş :
  • -1
  • 14 января 2012, 02:08
  • Weboxu

Şərhlər (0)

RSS yığmaq / açmaq

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.