Sosial Media → Yeni ilin online təbrikləri

Bu il diqqətimi çəkən bəzi reklam agentliklərinin yeni il təbriki zamanı «online» platformaları istifadə etməkləri oldu.
İlk əvvəl Mak.az-da AA&M-in işini . Yollanan offline açıqcalardan oxudulan QR code sayəsində hazırlanmış xüsusi saytın — URL-ini əldə edib daxil olmaq mümkün hala gəlir. Mobile-dan daxil olanda da, saytın açılır. Burada oxudur. Açıqcanı alanlar əvvəldən seçilmiş 50 mahnıya qulaq asırlar.

Başqa yeni il təbriki isə, McCann Erickson Azərbaycan tərəfindən edilib. Agentlik həm öz Facebook səhifəsini açıb, həmdə yeni il üçün Facebookda mini bir oyunla öz yeni il təbrikini çatdırır. Səhifəyə , xüsusi bir salamlama tab-ı istifadəçini qarşılayır ki, bu da oyuna aparan yoldur.

Üzərinə isə, oyun app-ı açılır və oyuna başlamaq olur.

Oyunun source code-una baxanda demək olar ki, Türkiyədə yazdırıblar. McCann global agentlik olduğu üçün belə işlərdə əcnəbi həmkarlarına müraciət edib, kömək istəmələri normaldır.

Belə görünür ki, gələn il online reklamın əhəmiyyəti artacaqdır. Deyəsən daha çox agentliklər bu sahəyə maraq göstərirlər.
Bu marağı nəzərə alıb düşünürəm ki, bundan sonra Azərbaycan üçün ediləcək Sosial Media kampaniyalarını, online reklamları blogda yazaq. Əlbəttə yazılacaqlar yenə də keyfiyyətinə görə fərqlənənlər olacaq.
Arada əcnəbi təcrübələrdən də misallar yazarıq.




Şərhlər (0)
RSS yığmaq / açmaq