Reytinq
0.00
səsıər:
0
avatar

Sosial Media  



Sosial Media →  Microsoft sosial şəbəkəsini açdı - SO.CL


İnternetdə bir çox saytın sürətlə sosiallaşdığı dövrümüzdə Microsoft da öz sosial şəbəkəsini nəhayət internet istifadəçilərinin xidmətinə təqdim etdi. Təcrübə xarakterli axtarış proyekti olaraq adlandırılan So.cl, indiyə qədər hələki yalnız Washington Universiteti, Syracure Universiteti və New York Universiteti şagirdlərinə açıqdı.

( Ətraflı oxuyun )
Paylaş :

Sosial Media →  Sosial Mediada reklam kampaniyaları #2


Sosial Media, dünyadakı reklam büdcələrinin böyük bir qismini təşkil etməyə başlayır. Milyonlarla büdcələr ayrılır.
Ölkəmizdə də son zamanlarda Sosial Media kampaniyalarına daha çox diqqət ayrılmağa başlayır.
Həm mövsümi imkanlardan, həm də təşkil olunacaq müxtəlif tədbirlərdən istifadə edən şirkətlər öz reklam kampaniyalarını keçirirlər.

( Ətraflı oxuyun )
Paylaş :

Sosial Media →  Tumblr da reklam almağa başlayır


2007-ci ildə istifadəyə verilən mikroblogging saytı Tumblr, istifadəçi sayını pula çevirməyə qərar verdi.

Bir çox start-up kimi Tumblr da gəlir qaynağının necə olacağı sualı ilə qarşı-qarşıya idi.

Firma qurucusu və CEO-su David Karp hər nə qədər 2010-cu ildə Los Angeles Times-a verdiyi bir reportajda reklama tamamilə qarşı olduqlarını dilə gətirsə də, firma 2 May etibarı ilə reklam almağa başlayacaqlarının açıqlamasını etdi.

( Ətraflı oxuyun )
Paylaş :

Sosial Media →  Facebook qısayolları (shortcut)


Mozilla Firefox və Google Chrome üçün fərqli olaraq nizamlanmış qısayollar:

( Ətraflı oxuyun )
Paylaş :

Sosial Media →  Sosial Mediada reklam kampaniyası -"Papaq at"


Azərbaycanda internet inkişaf etdikcə internetdə olan reklam kampaniyaları da artır. Hər nə qədər dünyada bu sahəyə görə çox geriyə qalsaq da, bu sahə tamamilə boş da deyil. Xüsusilə dünyadakı Sosial Mediada aparılan uğurlu kampaniyalar öz adından daha çox bəhs etdirir. Blogumuzda Sosial Mediada «case study» olacaq kampaniyalara nümunələr gətirmişdik və belə kampaniyalar barədə gələcəkdə də məlumat verəcəyimizi demişdik.

Sosial Mediada belə maraqlı kampaniyalardan biri, Novruz bayramı ilə əlaqədardır. Qədim Novruz ənənəsi olan «Papaq Atmaq» adəti «Papaq atdı» oyunu ilə Facebook-a gətirilib.

( Ətraflı oxuyun )
Paylaş :

Sosial Media →  Foursquare, Google Maps-dan istifadədən imtina etdi

Foursquare rəsmi blogunda yazdığı məlumata görə, istifadə etdiyi Google Maps API-lərindən imtina edir. Əvəzində isə OpenStreetMap-dan istifadə edəcək. Hal-hazırda sayta daxil olanda da, yeni istifadə edilmiş xəritəni görmək olar. Bu yeni xəritə sistemi MapBox-un OpenStreetMap-dan aldığı datalar ilə təqdim etdiyi MapBox Streets xidməti üzərindən işləyəcək.
Yeni sistemə keçməklərinin bir neçə səbəbi var. Bunlardan başlıcası, Google Maps API-lərinin pullu olmağıdır. Foursquare-in trafini nəzərə alanda bu başa düşüləndir. Digər tərəfdən Google, Latitude servisinə Foursquare bənzəri funksiyalar əlavə etmişdi.
Foursquare isə öz blogunda yeni xəritə xidmətinin öz servisləri ilə daha yaxşı inteqrasiya etmə imkanlarının olduğunu yazıb.

( Ətraflı oxuyun )
Paylaş :

Sosial Media →  Flickr Yenilənəcək


İlk açıldığı zamanlarda Foto paylaşımı sahəsində çox populyar servislərdən olan Flickr, Facebook-un foto servisi qarşısında bir xeyli zəiflədi. Ancaq yenə də, Sosial Medianın vacib oyunçularından biri olaraq qalır. Bildiyiniz kimi Flickr foto servisi Yahoo-nun xidmətlərindəndir.
Azərbaycanda çox populyar olmasa da, axtarışlarda nəsə tapmaq olur.
Bu yaxınlarda isə servisin dizaynında dəyişikliklər edəcəyi gözlənilir.

( Ətraflı oxuyun )
Paylaş :

Sosial Media →  Sosial Media-nın yeni ulduzu - Pinterest


Son günlərdə Pinterestin adı texnologiya bloglarında daha çox çəkilməyə başlayıb.
Bəs Pinterest nədir?
Pinterest.com yeni sosial media alətlərindən biridir. Daha çox vizuallığa əhəmiyyt verilən servisdə 3 əsas funksiya var. «Add Pin», «Upload Pin» və «Creat a Board». Bir növ lövhəyə bəyəndiklərinizi pin etmək məntiqi ilə işləyir.
Pin-lər isə həm linklər, həm də Fotolar ola bilər. Əgər pin etmək istədiyiniz linkdə hər hansı bir foto tapılmırsa, o zaman bunu qəbul etməyəcək. Bu səbəbdən də daha çox vizuallığa əhəmiyyət verdiklərini demək olar.
Digər istifadəçilər ilə əlaqəsi isə Twitter məntiqi ilə işləyir — Follow (izləmək).


( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 16 февраля 2012, 04:16
  • Weboxu
  • 5+5

Sosial Media →  Sosial Mediada reklam kampaniyaları


Son zamanlarda, dost-tanış çevrəsində misal çəkdiyim bəzi Sosial Media reklam «case study»ləri olurdu. Həmin bu reklam nümunələrini onlarla paylaşmağımı istəyənlər çoxaldığından, düşündüm ki, blogda da həmin nümunələri yerləşdirim. Beləcə gələcəkdə də, yerli və ya xarici maraqlı Sosial Media «case»ləri olduqca paylaşaram. Əgər sizin qarşınıza belə nümunələr çıxsa, siz də paylaşarsınız.

Azərbaycanda təəssüf ki, Sosial Media kampaniyasını çox adam Facebookda şəkil yarışması kimi qəbul edir. Kampaniyada da iştirak edənlər də insanlardan «Like» istəyərək çox insanı bezdirir. Məncə belə kampaniyalar gedərək həmin yarışmanı keçirənlərə də antipatiya yaradır. Kimdən ki «Like» istəyib bezdirirlər, o yarışmanı təşkil edən brand-ı, ondan «Like» istəyəni də lənətləyir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +5
  • 31 января 2012, 19:15
  • Shaig
  • 3+3

Sosial Media →  Azərbaycan Dünya "Twitter Trend"ində - #Azerbaycan

Populyar microblog saytında dünyada ən çox danışılan mövzulardan biri olmağı bacardıq.
Türk internet istifadəçilərinin də köməkliyi ilə, 20 yanvarı dünyaya tanıtmaq məqsədi ilə, #Azerbaycan hashtag-ı dünyanın trendləri arasında 3-cü olaraq yer aldı:



( Ətraflı oxuyun )
Paylaş :