Provayderlər →  Bakinternet-də ciddi nasazlıqlar var.

Son bir neçə gündürki Bakinternet`də çox ciddi problemlər yaşayırdım. Ona görə Twitter`də də yazmışdım, gördümki problem tək mənim deyil. Məndə olan problem belədirki, axşam saat 20.00`dan sonra əksərən saytlara girməkdə problem yaşanır. Problem belədirki, bəzi serverlərdə olan saytları açmır. Həmdə bu şahmatlı formata davam edir. Məsələn 10 dəqiqə Facebook`a qoşula bilmirəm, sonra Twitter`ə. Sonra hər ikisinin serverinə qoşulmaq mümkün olur bu dəfə Google gedir. Hətta Gtalk işləyir ama Gmail işləmir bəzən. Bu kimi çox misal çəkmək olar. Saytlarada ping atırsan amma timeout olur. Nəsə bakinternetin qarnının ağrısı nədir məndə bilmədim. Dərd orasıdrıki problem olan vaxtlar help desk`ə zəng edəndə də (155)bir dəfədə olsun telefonu götürməyiblər.
Dünən axşamda Facebookda Rəşad Əliyev bundan şikayətlənirdi. Onun yazdıqlarınıda yerləşdirim…

Qısaca bildirim ki, internetlərin ucuzlaşması ilə provayderlərin hiylələrinin artmasına gətirib çıxardı. Bir çoxları bir zamanlar cache sistemini tətbiq edərkən, provayder olaraq istifadə etdiyim Bakinternete dəfələrlə telefon nömrəmi qeyd etdirmişəm. Hətta mobil nömrəmi belə yazdırmışam ki, bir nəfər bəlkə maraqlansın. Artıq o həddə gəlmişəm ki, yeni provayder axtarışındayam. Bu problem sadəcə məndə yox başqa bir neçə ATS-dən bilirəm ki, yaşanır.

Yəni modem göstərir ki, internetə girir və heç bir səhifə açmır. Təqribən 1 saata yaxın mücadələdən sonra ya MSN açıla ya da yox. Hə hər bir neçə dəqiqədən bir xəttlərin kəsilməsini demirəm. Yağış yağanda bakinternetin texniki xidmət nömrəsinin 155 -in heç səsi gəlməməsi isə heç demek istəmirəm. Tam bir biyabirciliqdir. Onlar xidmətləri ATS-lərə veriblər. Yəni ki, hər ATS özü abunəçilərinə xidmət göstərir. Düşünün ki, axşam 19 — səhər 10:00 paketi işlədirəm. Mənə 155 -dəki operator gündüz zəng etməyimi söyləyir. Gündüz yoxlayacaqlar internetimi:) Marketinq baxırmış bu işlərə. Ancaq hələ də bir xəbər yetər yoxdur. Yəni gecə tarifini bunlar gündüz yoxlayacaqlar, xəttlərin pis olduğunu deyirlər. Ancaq ki, bir neçə dəfə ATS-dən texnik işçi tələb etdim gəlib yoxladılar hər şey yolundadır. Bakinternetin problemidir deye çıxıb getdilər.
Adama deyirəm ki, gündüz necə yoxlayacaqsınız bu gecə tarifidir. Hal hazırda qoşulub internet də var olduğu göstərir saytlar açılmır. Son 10-15 gündür belə problem tez-tez yaranır. Verilən cavab kanallarımız doludur, yüklənmə var. Gecə yarısından sonra düzəlir. Məsələn mən bu gün gecə saat 19-dan bu yana ancag dəqiqələr əvvəldən bəri daxil ola bilmişəm internetə. Modemin başına gətirmədiyim oyun qalmadı.

Texniki dəstəkdən isə heç kim dəqiqələrlə çalan telefonuma cavab vermədi!

Sadəcə bezdim və iradlarımı sözlərə tökdüm. Bu problem işıqlanmaqla yəqin ki, həll olmayacaq. Çünkü texniki dəstəkdə oturan adam sadəcə operator olduğunu və bir neçə aydan bəri bu problemə baxmadıqlarını texniki xidmətin ATS göstərdiyini deyir.

Gor nece problemdir ki, sisteme qosulur amma hec bir sehife acmir. Gateway-a ve DNS-lere ping getmir! Boyuk ehtimal ki, onlarin Radius Serverleri ile problemleri var…
Paylaş :
  • 0
  • 26 ноября 2009, 14:49
  • Shaig

Şərhlər (3)

RSS yığmaq / açmaq
+
0
Qardash bu Problemler mende de yashanir… mende de saylar coox gec acib 1mb suretle… suret yoxlanilan sayitlarin birinde sureti yoxlamiwam 3-4mb arasi suret gosterrir :)))) amma seyfe acmir)) bunnan bagli zeng edib bakinternete deyirem sayt acmir… deyirler sureti yoxlamisiz… deyirem ki ordaki gostericiler sehvdi… BAkInternet numayendesinin cavabi bele olur… biz arada sureti 8mb qeder qaldiririq… hirsimden soyub desteyi yere qoyuram… camaati qoyun hesab edirler… MANAPOLYADI bakinternet 427 ile bawlayan nomredi bizde ya bawka provayder yoxdur yada ancaq bu nomreye baha qiymete qowurlar… Gedib demiwem ki bes cixacam keyfiyyet meni qane etmir… cavablari bele olub ki guya bawka kimese qowula bileceksen?? :)) bilmirsen men onun muwterisiyem yoxsa onlar bizim… KEYFIYYETSIZ xidmet gosterirler… ADSL den istifade etmek her bir kese meslehetim BAKINTERNET den istifade etmesinler… bu qeder…
avatar

unknown_766

+
0
Компания AZERTELECOM устанавливает новую фибероптические кабели по домам. Скорость интернета составляет 20 Mb/s — 29 AZN. Также 20 Mb/s предоставляет не только download, но и upload скорость тоже. Эти новые фибероптические кабели во время подключения к интернету не подключаются к телефонному кабелю и свободно подключаютя к квартирам. В данный момент компания рекламирует свои услуги непосредственно через специалистов по продаже данной компании.
Желающие могут обратится по следующему адресу: На данный момент подключонный район: Бинагадинский район улц Нахчивани: В ближаюший время в Ахмедлах тоже будет вазможность для подключения.
Улица У. Гаджибеков, г.Баку AZ1000, Азербайджан
телефон +994 12 598 82 80 внутренний 1511
Фарид Ахмедов- специалист по продажам farid.ahmadov@azertelecom.az
(077)-277-10-65
avatar

farid_003

+
0
Bu barədə blogda yazmışdım — www.weboxu.com/blog/internet/1503.html
avatar

Shaig


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.