Oxatan → Day.az-ın dayaz yenilikləri
Deyəsən saytları yeniləmək bu il dəb halını alıb. İllərdi dizaynına əl vurmayan, internetimizə yöndəmsiz banner reklamı ənənəsi gətirən da bu il yenilənmək həvəsindədir. Özləri . Saytı təkcə yeniləməklə qalmayıb, əcaib-qəraib yeni funksiyalar da əlavə etmək istəyirlər. Deyəsən xəbər saytından çevrilib portal olmaq fikirləri var. Əvvəla e-mail servisiləri olacaqlarını deyirlər. Xəbər saytında bunun nə mənası var bilmirəm.
Digər tərəfdən axtarış sistemləri və lə əməkdaşlıq olacaqmış. Yəniki API-lərindən istifadə edəcəklər. Xəbər saytında axtarış. Bu da qəribə məntiqdi.
Ən maraqlısı isə «Мой Day» deyilən bir sosial şəbəkələri olacaqmış. Qısaca desək — «reytinq düşüb, oxuyan yoxdu, əlimizə nə gəlirsə dürtək sayta. Fikirləşək görək hansı servislər çox reytinqlidir. Mail, axtarış, sosial şəbəkə. Hamsından istifadə edək».
İndi əsas maraqlıdır bütün bunları hansı formada inteqrasiya edəcəklər? Xəbər bunun harasında olacaq? Day.az nə saytı olacaq?




Şərhlər (17)
RSS yığmaq / açmaqMənə isə ən maraqlı bu fikirlərin necə realizə olunacağıdır. Görək dizayn və texniki göstəricilər necə olacaq yeniləmədən sonra.
Sadig
Amma dizaynı çoxdan dəyişmək lazımdır. Mən dayazı ən azı 5 ildir tanıyıram, və birinci dizaynı necə var, elə də qalıb. Özünü ölkədə ən populyar hesab edən (onsuzda yalandı, mail.ru-ya gündə 60,000 az.ip daxil olur onların öz statistikasına görə, səhv etmirəmsə) sayt 5 il bir dizaynda və 30 flaş bannerin üstündə oturmaz.
anar
Shaig
Amma həqiqətən də necə realizasiya edəcəkləri sual altındadır…
Shaig
kataloq
DeviD
Birinin "Kral çılpaqdır" deməyi lazımdır. Xəbər saytında mailin, sosial şəbəkənin nə işi var. Getsinlər normal sosial şəbəkə proyekti eləsinlər. Üstəlik bu ilk cəhd deyil. Yumroo da Yalli açdı. Onlarda yerli sosial şəbəkənin vaxtı gəldiyini düşünürdü. Nə oldu? Halva-halva deməklə təəssüfki ağız şirin olmur. Məsələn bunu box.az daha uğurla edir.
Day.az-ın qızıl barmaqları hardan oldu? Nə ediblərki uğurlu alınıb?
Digər tərəfdən reklam məsələsində də normal işləyən hər kəsin qazancı çox olacaq. Bəlkə Facebook reklamlarından sonra ağıllanıb bir səhifədə 40-50 banner yerləşdirmək fikrindən daşınalar.
Shaig
Bircə burdakı «xristian» sözü belə məsələyə tamam başqa tərəfindən baxdığınızı göstərir. Məsələ din məsələsi deyil, hər işin elmi var və sadəcə bizdə niyə yoxdu deməklə alınan şey deyil.
həmin saytları Azərbaycan və ya yazı-pozu edən bir-iki blogger qaldırıb dağın başına qoymayıb, özləri o yerə gəliblər.
Məncə də normal işləyən, dünyada gedən irəliləyişə belini çevirib özündən Amerika kəşf eləməyə cəhd etməyən, düzgün və təmiz işləyən hamı qazanc əldə edəcək. Sadəcə bilmək lazımdır ki, bazar iqtisadiyyatı hər yerdə bazarda olduğu kimi işləmir, müəyyən bir işə sərmayə qoyanda səbr edib gözləmək lazımdı, alma deyil ki, satan kimi pul verələr. (əgər sərmayə də qoyulmursa işə onda sadəcə Allaha yalvarmaq lazımdı)
Day.az`ın day.az`dan başqa uğurlu hansı layihəsi varki bilmədiyim? Yumroo`dakı hal indi də təkrarlanır, onda da deyəndəki hər gördüyünü eləmək alınası şey deyil, hamı deyirdiki paxıllıqdır.
Day.az`ın indiki imici və bazar mövqeyi deyilən xidmətləri göstərdiyi təqdirdə heç bir uğur vəd etmir. Tamamilə yenidən bazarda mövqelənməlidir ki, nəsə birşey çıxa ortaya.
Sadig
Elliot
Sadig
Dayaz-dan törəyən TurboAz, BossAz, BinaAz, MilliAz uğurlu layihələr deyil? Bu saytlarin hamisi dayazin şotuna qabağı gedibler.Çoxusu da öz sahəsinı göre Azərbaycanda lider saytlardilar.Men Qızıl barmaq deyənde bunu nəzərde tuturdum.
Azerbaycanda sosial shebekeler acilib, amma ciddi sosial shebeke heleki olmayib.Ya odnoklasnik kimi, ya facebook kimi, ya da sosial engine scriptinde qurulublar, ya daki qurulublar reklam edib adam toplaya bilmeyibler.Neticeden gorsenir ki, hamisi da ugursuz.Demeli sosial shebeke acmaq ve ora adam toplamaq her adamin isi deyil.Bunun ucun boyuk reklam budcesi, ciddi ve ferqli servisler yaradib celb etmek lazimdi.Men hesab edirem basqa domen altinda bunu etmeye day.azin imkanlari var.Hele bilinmir «Moy Day» hemin saytin terkibinde olacaq, yoxsa ayri sayt kimi.Burda məni sevindirən 1 şey var ki, o Azərbaycan saytı olacaq.Bəlkə də ola bilsin uğursuz olsun, amma ki təsirsiz keçinməyəcək.Necə ki vaxtıyla bakililarAz, az-maz com aznetin inkişafına təkan oldular
DeviD
Milli.az`ı layihə olaraq adlandırmaq olarmı bilmirəm, məncə sadəcə olaraq o day.az`ın Azərbaycan dilinə keçiddir.
TurboAz, BossAz, BinaAz layihələri də indiki day.az`ın layihələri deyil, Elnur Bəimovun(disput.az) layihələridir.
Sadig
Bir-iki ağız Yumroo-a güldük indi görək Day.Az nağarajax…
Yeri gəlmişkən Yumroo hanı? ))) Nİyə səsləri gəlmir taaa? Bə google -a rəqib olacaqdılar? Yerli bazarı ələ keçirəcəkdilər?
Panda
1-2 ay öncə yumroo internet klubları gəzib bütün kompüterlərin Homepage-i etdirirmiş Yumroo.az-ı. Deyəsən hər komp üçün aya 1 manat.
Yəqin bu böyük aksiya onların bazarı ələ keçirməsində əsas rol oynayıb. :)
Elliot
Panda
Elliot
MRenat