Oxatan →  Yerli video paylaşım saytı?

Yeni video paylaşım saytı açılıb. Bu haqda səhv etmirəmsə sosial mediada xəbərdar olmuşdum. Ancaq saytın strukturu cəhətdən ciddi qəbul etdiyim bir platforma olmamışdı. Ancaq bu gün texnologiya jurnallarından biri olan İnfocity-də bu haqda bir yazı oxudum. Saytın Delta Telecom kimi mötəbər bir texnologiya şirkəti tərəfindən dəstəkləndiyini görəndə bir xeyli təəccübləndim. Deməli yazmağa dəyər. Uğurlar olsun.
Onu deyim ki, bu formada saytın inkişaf edəcəyə heç oxşamır. PHPMotion üzərində qurulmuş hazır sistemdir. Heç bir xüsusi yeniliyi yoxdur. Nəsə əlavə edilməyib. Playeri jwplayer-di. Olmağına sözüm yoxdur. Ancaq bildiyim qədəri ilə onun lisenziya haqqını ödəmək lazımdır ki, logonu yığışdırmağa icazə verilsin.
Saytının adının niyə məhz Azeri prefexi ilə qurulduğu aydın deyil. Burada i hərfi nəyi simvolizə edir? Üstəlik video saytının elə gərək YouTube kimi adı mütləq Tube sözü ilə əlaqəli olsun? Məsələn Qazağıstanda Kiwi.kz deyilən video paylaşım saytı var. Həm sistem cəhətdən kifayət qədər yüksək səviyyəlidir. Həm də orada ən çox istifadəçiyə sahib saytlardandır.
Cəmi 11 qeydiyyatlı istifadəçisi var ancaq reklam yerləşdirmək üçün səhifədə yazılıb ki, "AzeriTube saytında reklamlar ilə özünüzü tanıdın.Sizin bannerinizi minlərlə istifadəçilər görəcək".
İlkin gözə dəyən məqamlar bunlardır. Əgər işin adında Delta Telecom brendi varsa, gərək sayt da ona yaraşsın. Kifayət qədər peşakar iş görülsün. İdeya olaraq yaxşı ideyadır. İnternet qiymətlərinin endiyi bir vaxtda bu tip saytlara ehtiyac yaranacaq. Ancaq işi keyfiyyətli görmək lazımdır ki, lazımı istifadəçiləri cəlb etmək mümkün olsun.
Paylaş :
  • +1
  • 12 июня 2010, 15:55
  • Shaig

Şərhlər (11)

RSS yığmaq / açmaq
+
+1
Biraz axtardım qarşıma çıxan məlumatlara əsasən dizayn da ənənəvi olaraq template üzərinə qurulub (mənbə: url.az/36w ). Düzü mən baxanda online demo mümkün olmadı, dedi server çöküb, amma online demo əvəzinə esparaguay.tv/ tapdım =)
avatar

Sadig

+
0
belədə xəbər kimi pis deyil,amma ruslar yaxşı fikirləşid rutube,bir ara beleside çıxmışdı youtube.az nəyə lazımdı axı,xatırlayırsınızmı?
Bizdə belə bir qrup creativ firma olmalıdı ki,adlar haqqında məsləhət və ya təkliflər versin təssüf edirəm.Örnəyin türklərdə dünyaca məşhur olan cizgi film karakteri olan Ben10 elə Benten deyirlər yəni bunun 10 rəqəmini tərcümə etməyə eytiyacı yoxdur çünki Ben Tenneson soy adıdır bunu fikirləşən olub 10 fərqli gücü olduğundan da qısa Ben10 gedir.Amma çox təssüf ki,bizdəki ANStv isə ona Benon deyir vALLAHi yeri yoxdur.Onu Benten kimi tanıyan oşaqlar çaşıb qalır axı.VALLAHi dünya çapında belə şeylər «ayıb» sayılır.Xahiş edirəm fikrinizi deyin,otüb keçməyin
avatar

imzaur

+
0
Əslində kreativ firmalar filanda var. Sadəcə onlara müraciət eləyən yoxdur. Hazır, pulsuz script üzərində qurulmuş internet resursları olur. Onlar heç də pullu kreativ məsləhətlərə müraciət etməzlər.
avatar

Shaig

+
+1
Nəsə ciddi bir şey kimi gəlmədi mənə
avatar

MRenat

+
+2
Yazıda düzgün qeyd edilib, ilk öncə saytın adı qüsurludur, Azerİtube nədir? Heç olmasa Azertube yaxud Aztube olaydı. ya da ki boru.az :)
avatar

Elliot

+
0
ya da durba.az =))) LOOL
avatar

kiber

+
+1
Yersiz layihedir. Chox uzun chekeceyine inanmiram. Biz Rusiya kimi boyuk olke deyilik ki deyim RuTube-nin menasi var.
Azerbaycan uchun bir yenilik de deyil. Chunki bundan evvel youtube.az ve ele chox yaxshi tanidigimiz div.az qurulub.
avatar

Amidos

+
+2
Hər bir yeni çıxan layihənin bir ideyası olmalıdır. AzeriTube-nin əsas problemi, — ideyasızlıqdır. Adını belə AzeriTube qoymaqla, bunu YouTube-nin klonu şəklində gördüklərini vurğulayıblar. Beləliklə, bu layihə, uşaq-muşağın bəyəndikləri sayta bənzətmək məqsədilə açdıqları kataloq.tk-lardan fərqlənmir.
avatar

kataloq

+
0
Azəri sözü olmasaydı və dizayn fərqli olsaydı bəlkə bəyənərdim. Delta Telecom elə öz dizaynına biraz dəyişiklik edib.
avatar

Tural

+
0
mene chatmiree… tube turba demekdi. youtube edibse gerek hami etsin?? Gurcustanda da var, myvideo.ge. Bizden defelerle yaxwi. Bu layihe bele wekilde chetin inkiwaf ede. Proqramistleri yoxdu ki bir script yazsinlar? Flash player meselesi ise lap guluncdu.
avatar

Capitol

+
+1
Mene maraqlidir ki, bura hansi agilli video yerlesdirecek, men shexsen youtube ve vimeo-nu hecneye deyismerem. Beynelxalq aleme cixmaq ucun kime deyecem ki filankes get azeritube- a gir bax…
P.S. butun sherhlerle raziyam.
durba.az domeninin yeri var :D
avatar

khanim


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.