Oxatan →  Yeni 1news.az. Plagiat?


Bidliyimiz kimi 1news.az bu həftənin birinci günü dizaynını yenilədi. Əlbəttə ənənəyə sadiq qalaraq yenədə səhifədə aşıb-daşan banner reklamları öz mövqeyini qoruyuurdu. Əslində sayt neyləsin, günah reklamı verəndədir. Nə isə, bu başqa mövzunun yazısıdır.
Dizaynı ilə bağlı Twitterdə kifayət qədər fikirlər paylaşıldı. BBC worldə bənzədiyi yönündə fikirlər səsləndi. Bu gün isə yerli bloglarımızdan birində bu mövzu ilə bağlı maraqlı bir yazı ilə rastlaşdım. Yazıdan oxuya biləcəyiniz kimi Dni.ru saytı ilə dizaynın çox oxşar olmağıdır. Mövzu ilə bağlı şərhim:
Kifayət qədər oxşarlıq var.
Düzdür olduğu kimi kopyalama olmayıb. Ancaq belə demək olar ki, həmin sayta baxılıb düzəldilib.
Məsələn:
1. Əsas xəbərlər eynidir.
2. Dni.ru-da Популярные новости -ə baxılıb Выбор редактора olub
3. Dni.ru — Картина дня formasında 1news.az-da Самое читаемое yazıları
4. Bölmələr üçün olan box-lar oxşardır.
5. Dni.ru-da olan Авто bölməsi stili və ajaxları ilə birgə 1news.az-da Фото bölməsi olaraq istifadə edilib.

Necəki anspress.com saytını www.guardian.co.uk -a baxıb qurublar eləcə də 1news.az-ı dni.ru-ya baxıb qurublar.
Paylaş :
  • +1
  • 10 июня 2010, 01:03
  • Shaig

Şərhlər (8)

RSS yığmaq / açmaq
+
0
Siz imkan vermezsiz dee… camaata :P
avatar

khanim

+
+1
Məncə başlamışkən biraz daha oxşatsaydılar Dni.ru`a bəlkə daha yaxşı olardı. Mən düzü əvvəlki dizaynın daha çox bəyənirdim, daha işıqlı aydın idi məncə. Bir qayda olaraq bu xəbər lenti məsələsi də həmişə çox uzun olur yerli xəbər saytlarında.
avatar

Sadig

+
+1
Buna «baxıb qurublar» demək olmaz… Bu əməlli başlı plagiatdır. Semişka satan Məsmə xala saytını facebook-un dizaynına baxıb qursa eybi yoxdur, amma 1news kimi özünü bərkgedən informasiya resursu kimi göstərən sayt üçün bu biabırçılıqdır.

Özü də ki, baxıb yaxşə şeyləri götürsən, özündəki uğursuz şeyləri düzəldsən, yaxşıdır. Burada isə mən əks proses müşahidə edirəm. Bütün dünya çöxdandır ki xəbər xətti (Лента новостей) sistemindən imtina edib. Bizdə isə dayazın saldığı moda ilə ilan kimi aşağı doğru uzanan sütun baş roldadır.

Dayaz sayağı alt-atla döşənmiş bannerlərdən isə ümumiyyətlə danışmaq istəmirəm. Başa düşən düşər. Düşməyənə isə danışsan da onsuzda çatmaz.
avatar

kataloq

+
+2
Saytın re-dizaynı birinci növbədə vizual yox, sistem xarakterli inkişafı göstərməlidir. 1news belə bir anlayışdan çox uzaqdır: artıq 2-ci dəfə re-dizayn olunub, ancaq bəzi momentlər necə varıydısa, eləcə də qalıb.

1- SEO anlayışından bir əlamət yoxdur
2- meta http-equiv=«Refresh» content=«600;URL=/
3- meta name=»Keywords" content=«карабах, нагорно-карабахский конфликт, урегулирование нагорно-карабахского конфликта, южный кавказ, 1news.az, the first, the first news, в армении, армянский, президент азербайджана, ильхам алиев, азербайджан, баку, политолог, прикаспийский, регион, транспортно-энергетические маршруты, новости, политика, президентские выборы, национальный интерес, баку-тбилиси-джейхан, набукко, баку-тбилиси-карс, права человека»
4- Reklam üçün marmaxa göndərirlər, bir veb-səhifəsi ünvanını vermədən.
5- Əlaqələr bölməsində bütün e-maillar açıq şəkildə verilib, gəl spam elə.

Daha da çox şeylər sadalamaq olar. Əmma saytı hazırlayan WEBB — building the web
olduğuna görə day heç nə deməyəcəm. Adı kimi dadı var…
avatar

kataloq

+
0
«Refresh» content=«600;» həqiqətən çox pisdir. Bir şey oxuyanda axıra çatmamış refresh gedir. Soruşsan niyə belədir. Deyəcəklər operativliyə görə. Əslində isə hamsı göstərim sayını artırmaq üçündür. Allaha şükür texnologiya elə inkişaf edibki ajaxlarla çox rahat yeni xəbərləri bildirmək olar. Üstəlik istifadəçini narahat etmədən. Facebook da yenilikləri anba-an notify larla verir. Ancaq refresh olmadan. Bu redizayn boşluqdu, lazımsızdı. Hələ belə plagiat formada sovsem lazımsız idi )
avatar

Shaig

+
0
Məncə saytın ümumi dizaynı (template'si) deyil, sadəcə manşet bölmələri bənzərdir və ya eynidir.
avatar

BEAZ

+
0
Dizayn oxşayır, amma plagiat demək çərindir
avatar

TesselateX

  • 10 августа 2010, 22:27
+
0
Bircə menyu əlavə edilib. Qalan şeylər əksikdir ki artıq deyil.

Aşğı bölmələr isə boz rəngdə, qara şriftlər kobuddur. Nə sistemində yığıldığını bilmirəm, ancaq bölmələr o qədər sadə dəyişir ki, və funksinal deyil ki mən bunu nripini dle-də bundan yaxşı yığardım.
avatar

admincik

  • 15 сентября 2010, 22:19

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.