Oxatan →  Keyfiyyətsiz banner reklamları

Bu gün Mail.ru-da Bakcell-in ənənəvi reklamlarından birini gördüm. Əksərən reklamların keyfiyyəti normal vəziyyətdə olurdu. Bu dəfə isə heç gözə xoş gəlmədi. Bannerdə pixellər bilinir. Əslində bu cür bannerlə ilk dəfə deyil rastlaşdığım. Kifayət qədər böyük imicə malik şirkətlərin belə keyfiyyətsiz bannerləri reklam üçün təsdiqləməsi başa düşülməzdi. Adama lap pulsuz proqramlarda düzəldilmiş, basic bannerləri xatırladır.
Məsələn son gördüyüm Bakcellin bannerini götürək. Qeyd elədiyim kimi banner keyfiyyətsizdir. Orta hissədə hərəkətli olan icon, vectorial deyil. Pixelləri sayılır. Reklamdan daha çox antireklama oxşayır.

Maraqlısı odur ki, reklam heç də ucuz yerdə yerləşdirilməyib. Yüzlərlə, minlərlə pul xərclənib bannerləri belə böyük, xarici saytlarda yerləşdirirlər. Reklam büdcələri olduqca böyük olur, ancaq reklamın özünü belə keyfiyyətsiz hazırlatdırırlar. Reklama xərclənmiş o boyda büdcə də hədər olub gedir.
Son qarşıma çıxan Bakcell oldu deyə onu misal çəkmişəm. Ancaq bir çox misallar gətirmək olar. Məsələn Azerfon-Vodafone reklamlarında bir dəfə qarşıma bənzər bir şey çıxmışdı:


Elə indi lent.az-da NBC Bankın eyni fasonda reklamını gördüm.


Sonra Azercell-in də belə keyfiyyətsiz banneri var idi.

Odnoklassniki.ru-da Debenhams:


Uzun sözün qısası, banneri yerləşdirdikləri platformalara N qədər pul verirlər, banneri düzəltdirmək üçün əllərini ciblərinə atmağa qıymırlar deyəsən.
Paylaş :
  • +3
  • 6 июня 2010, 18:23
  • Shaig

Şərhlər (12)

RSS yığmaq / açmaq
+
0
Bir qədər əvvəl MAK.az-da belə bir mövzu açmışdım: www.mak.az/forum/index.php?showtopic=893… Cavab yazanlar olmayıb…
avatar

kataloq

+
0
Elə həmin mövzuya da link vermişəm. Mən də gördüm forum yazısı olaraq diqqət çəkmir. Dedim bir blog yazısı kimi bəlkə diqqət çəkər.
avatar

Shaig

+
0
bu qeder simiclik? hec gozlemezdim
avatar

Strange

+
+1
mən həyatım boyu ən insafsız banner reklamı Avirtel`də görümşüdüm. screen eləmişdim bir gün vaxtı gələr məncə gəlib elə =) Odnoklassnik`də reklam vermişdilər, amma sual altındadır, belə reklam olar?
avatar

Sadig

+
0
Azercell daha bir bannerini keyfiyyətsiz düzəltmişdi. Sonrda fix elədilər. Şəkildə "Əvvəl-Sonra"

avatar

Shaig

+
+2
Bu gün Lent.az-da Hyundai-ın yeni reklamını gördüm. Banner elə idiki xəbərin oxunma sayı arxasından çıxıb bannerə qarışmışdı.

avatar

Shaig

+
+3
Daha bir eybecer banner
b.day.az/www/img/gazon_20100618.swf

hem qrammatik sehvler var, hem rengleridi de dehshet. dizayner burdan kecmeyib deyesen…
avatar

anar

+
0
Bu bannerin sujet xətti nə yaman uzundur.
avatar

Shaig

+
0
qrammatik sehvler gormedim axi....rengleri ve dizain dehshetdi raziyam
avatar

vrednyu4aya

+
+1
«Хотите играть в футбол» («в» hərfini buraxıblar).
avatar

anar

+
0
hee...duz deyirsiniz Anar bey
avatar

vrednyu4aya

+
+1
Səbəb aydındır. Marketinq şöbəsi sorğu göndərir studiyalara praysla bağlı. Hamı «rəqabətə davamlı» qiymətlər göndərir. Keyfiyyətli işlərin qiymətlərini göndərənlər siyahıdan birinci çıxır. Axıra qalır paraşa. Onu da təqdim edirlər şeflərə bəh-bəhlə ki, baxın, filankən bu qiymətə hazırlayırdı banneri, amma mən beləsini tapdım. Aydın məsələdir ki, «rəqabətə davamlı» qiymətə olan bannerlərdə də heç kim özünə əziyyət verib vektor qrafikasında yenidən nəsə işləmək istəmir (çünki bir sürü «rəqabətə davamlı» işlər növbədə durub gözləyir). Ona görə də canrahatı kəsir iki-üç ədəd şəkli, calayır bir-birinə, 3-4 dənə «krutoy mouşn» qoşur, hələ bir təcil də əlavə edir və hoppaa! Hazırdır!

Banneri qiymətləndirənlər hələ də bilmirlər ki, ümumiyyətlə studiya işlərinə prays çıxarmaq düzgün deyil. Bu reklam çarxı, 3-ölçülü qrafika kimi bir işdir. Bir tanışımla bir vaxt söhbət edəndə məni bu yanaşmada qınamışdı ki, 3-ölçülü qrafikaya saniyəsi filan qiymətə düsturu ilə qiymət çıxarmaq düzgün yanaşmadır. Mən də bir sual verdim: «Səncə 5 saniyə müddətində qara fonda ağ xromlu şarın ekranın bir-küncündən digərinə uçmağı və eyni zaman kəsiyində 1 dəstə dinozavrın tozun-torpağın içində qaça-qaça kameranın qarşısında keçməyi eyni əziyyətli və qiymətli iş ola bilər?». Söhbət buradaca bağlandı.
avatar

istiot


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.