Oxatan → NETTY2010 - nəzərə çarpan maraqlı faktlar

Bu haqda əslində çox yazmağıma ehtiyac yoxdur. Çünki dəyişən heç nə yoxdur. 2008-ci ildən mən blog yazmağa başlayandan bəri hər il eyni sözləri, nöqsanları deyirəm onsuzda. Oxatandan qarışıdırb yazıları tapmaq olar. Ona görə bu il haqqında uzun-uzadı yazmaq fikrində deyiləm. Sadəcə bəzi şərhlər etmək istəyirəm.
Ondan başlayım ki, ən böyük biabırçılıq nominantlar bəlli olanın səhəri günü bəzi nominasiyalara yeni saytların . Bu qədər məsuliyyətslik etmək başa düşülməz səviyyədədir. Buna nə ad vermək olar bilmirəm. İzzahı istənilən cür edilsə də günahın olmamağı demək deyil. Bu ağllara yaxşı fikirlər gətirmir.
Sonra İnformasiya və xəbərlər nominasiyasının qalibi müsabiqəyə informasiya dəstəyi verən sayt oldu. Bu istənilən halda şəffaflığa kölgə salan amildir. «Siz bizi yaxşı PR elədiz, bu da sizin mükafat».
Hətta sponsor firmanın saytı da arasında idi.
İlin IT hadisəsi seçilən 3G-ni təmsil edən Azefondan heç kim müsabiqəni sayıb gəlməmişdi.
Jürilərin səsverməsinin hansı səviyyədə olmağı da sual altında idi. Hətta Osman Gündüz səs vermədə iştirak etmədiyi, jüri olmadığı halda adı yazılmışdı. Digər jürilərdən isə danışmaq üçün ayrıca bir blog yazısı yazmaq lazımdır. Bəzilərinin heç saytı yoxdur, bəzilərinin internetə adiyyatı yoxdur, bəzilərinin isə saytı ötən illərdə update olunub.
Bəzi kateqoriyalarda isə saytların qalibiyyətini görəndə adamın lap gülməyi gəlir. Mədəniyyət və incəsənət-də -ın bu il də başqa subdomaini qalib gəldi. Həmin sayt nominantlarda varsa deməli qalib olmalıdır.
Əyləncə-də həmişə ən çox olur. Yenə də eyni saytlar qalib olur. Open.az heç keçən dəfədən bu yana bir dəyişiklik etməyib. Ümumiyyətlə -la öz aralarında basketbol oynayırlar elə bil. Hər ili biri götürür.
Nəsə ümumiyyətlə ötən illərdən bu yana dəyişən müsbət heç nə olmayıb.




Şərhlər (8)
RSS yığmaq / açmaqMeTheArt
Shaig
*Netty müsabiqəsində qalib olan saytlar müsabiqəyə buraxılmır.
Bəlkə burada nəsə bir nüans var ki, mən anlamıram...Bilmirəm...Amma yazılan budur kiç qalib olan sayt növbəti müsabiqədə iştirak edə bilməz.Buna baxmayaraq open.az artıq 2-ci dəfədir ki, qalib gəlir.Baxmayaraq ki, heç layiq deyildi. Çox heyif ki, Azərbaycanın nüfüzlu sayılan müsabiqəsi belə vəziyyətdədir.
Haqsızlıq,Qeyri-şəffaflıq və daha nələr nələr…
sESo
Strange
Netty-2010 müsabiqəsində qalib olan saytlar müsabiqəyə buraxılmır.
Birdə, Cnews.ru — «Премия Рунета»-da 2 dəfə 1-ci yer tutub =)
Farik
D-eliwkoo
Yazılanlara qədər elə bilirdim ki, fərli bi şeydi =)
Fikrimcə, daha professional, daha kreativ, daha maraqlı adlı yeni bir mükafat yaratmaq lazımdı.
Turalfot
MilliNet.Az! :)
Panda