Oxatan →  6-cı NETTY internet mükafatı - yeni və ənənəvi


Mən bloggerliyə başlayandan bəri hələki bu Netty haqqında bir xoş söz yaza bilməmişəm. Bilmirəm 2010-da bu tendensiya dəyişəcək ya yox. Amma onu bilirəm ki, may ayına qədər internetdə və bloglarda müəyyən qədər canlanma olacaq. Netty`ni alacağıq əlimizə, dolayacağıq qolumuza, haqqında o ki var yazacağıq. Gah ağına, gah da qarasına.
Yaxşısı ilə pisi ilə Netty ən qocaman internet mükafatıdır. Hər zaman Rus dilli olması qabarıq görsənirdi. Bu il qaydaları oxuyanda Azərbaycan dilinə üstünlük verəcəkləri haqqında bəndlər qarşıma çıxdı. Ən azından bu müsbət cəhətdir amma görək bu praktikada özünü necə doğruldacaqdı. Bunu zamanla görəcəyik.
Saytlarında da müsbət dəyişikliklər var. Yeni texnologiyalara inteqrasiya nəzərə çarpır. Yaxşılığa doğru dəyişim var. Ən azından bu il mükafat başlayanda bir-iki xoş söz deməyə şərait yarandısa bu da uğurdur.

Ancaq hələ də ənənəvilik var. Hansıki bu ənənəni heç bəyənmirəm. Həmişə də bunu tənqid etmişəm. Bilmirəm bu qüsurlar nə vaxt düzələcək.
Ümumiyyətlə bu müsabiqənin başlama vaxtı mənə bir az qəribə gəlir. Heç ilin 1-ci yarısında da həmin ilin yaxşılarını seçərlərmi?, bilmirəm. Bəlkə elə mən mayın ortasında bir proyekt başlatdım. Onda bunu mükafata təqdim edə bilməyəcəm. Çox bivaxt olan bir müsabiqədir.
Digər tərəfdən, qiymətləndirmə məsələsi heç xoşuma gəlmir. Bu virtual juri kimdir? Onlar nəyə və kimə lazımdır? Bu nəsə heç məntiqli bir sistem kimi gəlmir. Veb akademiyanın qarşısında çıxmaq üçün kimlərin olduğu müəyyən olmayan virtual juri`ni keçmək lazımdır. Bu virtual jurinin ucbatından elə Netty`də mükafatçılar arasında mıxaz0tıxaz kimi əcaib formalı və contentli saytları görmək mümkün olur. Mən bu nominasiyaya düşüb mükafatçılar arasında çıxmaq üçün ya gərək iddialı bir kateqoriya seçməyəm ki qalib olum, ya da camaata yalvar-yaxar edəm. Yəni əksər saytların elədiyi kimi, bir post yazım ki, bəs ay istifadəçilər sizə xahiş filanca yerdə qeydiyyatdan keçin, filanca sayta səs verin. Bu zaman da keyfiyyət yox kəmiyyət üstün olur.

Digər tərəfdən bu veb akademiyaya baxanda da məndə nəsə şübhələr yaranır. Əvvəla burada olanlar Texnologiya sahəsində olsalar da internet sahəsində işləyən deyillər. Sadəcə istisna hallar var. Ancaq əksəriyyət belədir. Digər tərəfdən mənim bildiyim qədəri ilə Osman Gündüz veb akademiyada yer almır, adı isə buradadır.

Başqa bir məsələ də yenə dil məsələsidir. Bu Netty`də rus dilinə olan bu dərin hörmət və sonsuz məhəbbət, Azərbaycan dilinə isə qeyri-ciddi və saymazyana münasibət haradan irəli gəlir bilmirəm. Ümumiyyətlə bu hər il hiss olunan haldır. Hələ də dəyişmir ki, dəyişmir. Düzdür qaydalarda yazıblar ki, Azərbaycan dilinə üstünlük veririk, bu çox gözəl haldır. Yuxarıda da qeyd elədim. Ancaq öz fəaliyyətlərində heç üstünlük vermirlər. Heç "Milli Rus dilli internet mükafatı" da olarmı? Əgər mənə irad tutmaq istəsəniz ki, hər iki dildə fəaliyyət var zəhmət çəkməyin. Mən saytın dilindən yox, icra — fəaliyyət dilindən danışıram. «Hansı fəaliyyət?» desəniz, buyurun sosial fəaliyyətlərdəki dilə bir baxaq. Saytın özündə rəsmi kimi təqdim olunan hesablara nəzər salaq:


Elə sıralama ilə gedək. İlk olaraq Livejournal`dan başlayaq. Burada heç bir Azərbaycan dilində olan sözə rast gələ bilmədim. Zəhmətdən keçibdi, bunları Azərbaycan dilində olan variantlarınıda yerləşdirməli idilər.


Növbə ilə digəri — Facebook page`ə keçirəm. Burada da eyni hal. Bir dənə də olsa Azərbaycan dilində sözə rast gəlmək mümkün deyil:


Növbəti isə son zamanlarımızın dəb mikro sosial platforması olan Twitter`dir. Əslində fəaliyyət dilini ən rahat buradan görmək olar. Burada yazılar əsasən Rus dilindədir. Hətta mən bu postu yazana qədər demək olarki yox idi. Sadəcə indi Azərbaycan dilində netty haqqında yazılan RT`lərlə Azərbaycan dilində sözlərə rast gəlinir. Rəsmi olaraq sadəcə iki Azərbaycan dilində tvit görmək olar.
Yazıya başlayanda:
Bu şəkildəki yazılara qədər Azərbaycan dilində heç bir tvitə rast gəlinmir.


Yazının sonuna yaxın:


Ziyanın harasından qayıtsan kardır prinsipi ilə yanaşmaq lazımdır. Bundan sonra zəhmət olmasa RT`lər xaric, rəsmi bəyanatları hər iki dildə dal-badal tvvitləyin.

Saytın Youtube videosuna keçiddə də, açıqlama ancaq Rus dilindədir:


Eyni zamanda saytın məlumat dəstəyi bölməsinə də nəzər yetirək.


Burada da Rus dilli məlumat yayanlar üstünlük təşkil edir. Hətta bir tək Azerphoto`nu qeyd etmək olar. O da foto çəkiliş üçün dəstək verəcək. Fototnun da dili yoxdur. Bütün bunlardan da qənaətə gəlmək olar ki, fəaliyyət dili Rus dilidir. İndi görək bu halda Azərbaycan dilli contenti necə qiymətləndirəcəklər.

Ümid edirəm ki, saytın özündə gördüyüm müsbət amillər müsabiqənin gedişində də olar. Netty 2010`a isə uğurlar arzulayıram. Müsabiqə davam etdikcə, gedişata uyğun yazılarda yəqin ki, olacaq. Ümid edirəm ki, müsabiqənin sonunda daha optimist postlar yazaram.
Paylaş :
  • +1
  • 5 марта 2010, 12:59
  • Shaig

Şərhlər (21)

RSS yığmaq / açmaq
+
0
Kstati, informasiya dəstəyində bizdə varıq =) + 1 metis sayt =)
Dəhşət, dünən yoxlamışam itexpert mailimi, görürəm fevraldan xəbər ediblərmiş. Bu gün əlavə etdilər. Xəbər və şəkilləri bizdə ala bilərsən Şaiq.
avatar

Farik

  • 5 марта 2010, 15:38
+
0
Bilmirdim qüertynin olduğunu, mən elə şəkildə olanları gördüm.
Press-relizlər`i yollayırlar. weboxu.com/blog/internet/394.html
Ancaq foto məsələsində əsasən tənbəllik edilir. Bir netty yox ümumiyyətlə 99% relizlər fotosuz gəlir.
avatar

Shaig

  • 5 марта 2010, 15:43
+
0
aha =) elə məndə indicə press-reliz yazmağa başlayırdım. Şəkilləri redaktə edirdim.
avatar

Farik

  • 5 марта 2010, 15:56
+
+2
Netty-ni Bettdiy tutub. Qeydiyyatdan keçen zaman saytın öz domaini ilə olan maili yazdıqda tam doldurulmayıb erroru verdi servis mail yazdıqdan sonra saytı qebul eledi.
Bundan əlavə Saytın Azərbaycan dilində olan vcersiyasını seçdiyinizə baxmayaraq Rus sözləri ilə də qarşılaşmaq mümkündür. Azərbaycan dilində olan versiyada isə qramatik səhvlər var.
Öz Ana dilini bilməyənə ar olsun!
avatar

Qarishqa

  • 5 марта 2010, 17:01
+
0
bu ilde sehvsiz olmayacaq))
avatar

Strange

  • 6 марта 2010, 03:15
+
0
Hələki təşkilatçıların tvvitter ünvanlarından Azərbaycanca bir video tapa bilmədim ). Hələki rusca gedirik.

avatar

Shaig

  • 6 марта 2010, 16:59
+
0
ATV International telekanalında bu xəbər 4 dildə göstərilmişdir, o cümlədən erməni dilində.
avatar

anar

  • 9 марта 2010, 11:05
+
+1
Amma internetdəki PR`ında ancaq Rus dilində olan reportaj yerləşdirilib
avatar

Sadig

  • 9 марта 2010, 11:31
+
0
Mən demirəmki Azərbaycan dilində göstərmirlər. Yəqinki dirgər kanallarımızdan da Azərbaycan dilində vermişdilər xəbəri. Sadəcə internetdə PR dili olaraq rusca üstünlük təşkil edir. Onu vurğulamağa çalışıram.
avatar

Shaig

  • 9 марта 2010, 12:20
+
0
Razıyam. Sadəcə Netty-nin PR-çıları üçü də rusdilli adamlardı (Ruslan, Vaçeslav və punkito) ola bilsin buna görə belə olub :)

P.S. Qaydalarda yazılıb ki, saytlara qiymət verəndə Azərbaycan dilli olanlara üstünlük verilir.
avatar

anar

  • 9 марта 2010, 13:09
+
0
Bizdə də bu iş olmayada. Ölkə`nin 80%`i Azərbaycan dillidir, PR`la məşğul olanlar da rus dilli (tək Netty`ə aid deyila çox yerdə elədir). Məncə bu təşkilat komitəsinin xətasıdır. 3 dənə rus dillinin yanına bir dənə də Azərbaycan dilli birisi əlavə oluna bilərdi.

Onsuzda qeyd eləmişəm yazıda ki, bu il qaydalarda yazılanlara görə Azərbaycan dilli saytlara üstünlük verəcəklər. Ancaq indiyə kimi praktika bunun əksini göstəribdi. Ümidvaram bu il həqiqətən də Azərbaycan dilli saytlar önə çıxa bilər.
avatar

Shaig

  • 9 марта 2010, 13:14
+
0
nə əcəb weboxu-nu təqdim etmirsiz? :)
avatar

anar

  • 9 марта 2010, 13:39
+
0
Nəsə keçən il elə bilki bir növ süqut ili oldu. Ona görə prestijini bərpa edənə qədər iştirakı düşünmürük ).
avatar

Shaig

  • 9 марта 2010, 14:12
+
+2
İnformasiya dəstəyi nəyə görə ancaq urus saytlarına verilib? Bu açıq şəkildə azərbaycandilli auditoriyanın iqnoru deməkdir?
avatar

kataloq

  • 9 марта 2010, 16:57
+
0
+1
Məndə elə onu yazmışam. Yəni heç bir milli.az lent.az apa.az informasiya verə bilməz də =).
avatar

Shaig

  • 9 марта 2010, 16:58
+
0
Dil probleminə misal, friendfeedə share etmişdim. Amma operativ işləyib düzəldiblər.

avatar

Shaig

  • 9 марта 2010, 09:50
+
0
Çox maraqlıdır, amma sayt SSI ilə hazırlansa da, ənənəvi header-footer məntiqi istifadə olunmayıb. Belə ki, header-da yer alan «ev» (ana səhifə) linki ayrı-ayrı səhifələrdə fərqlidir. Bəzi səhifələrdə /index.shtml-ə gedir, bəzilərdə (virtual juri və İlin İT hadisəsi) isə /index.html-ə və dolayısı ilə açılmır. Shaig, onlara deginən ki, bu bug-u da düzəltsinlər.
avatar

kataloq

  • 9 марта 2010, 10:43
+
0
Çox maraqlıdır, amma sayt SSI ilə hazırlansa da, ənənəvi header-footer məntiqi istifadə olunmayıb. Belə ki, header-da yer alan «ev» (ana səhifə) linki ayrı-ayrı səhifələrdə fərqlidir. Bəzi səhifələrdə /index.shtml-ə gedir, bəzilərdə (virtual juri və İlin İT hadisəsi) isə /index.html-ə və dolayısı ilə açılmır. Shaig, onlara deginən ki, bu bug-u da düzəltsinlər.

Bir də ki, saytın CSS-ində Verdanadan qabaq Arial, yada Lucida Sans Unicode kimi Azərbaycan hərflərini tam dəstəkləyən fontlardan istifadə etsələr, saytların görünüşü daha gözəl vəziyyət alar.
avatar

kataloq

  • 9 марта 2010, 10:46
+
0
Tahoma-da pis deyil :)
avatar

anar

  • 9 марта 2010, 11:08
+
0
Tahoma Ə-ləri dəstəkləmir.
avatar

kataloq

  • 9 марта 2010, 11:48
+
0
Windows XP SP3-dən başlayaraq dəstəkləyir, bunu Word programinda yoxlamaq olar. Vista və Windows 7-yə isə artıq Verdana-nın unicode versiyası daxildir.
avatar

anar

  • 9 марта 2010, 13:06

Yalnız üzvlər şərh yaza bilər