Oxatan →  Niyə, nöqtə az`ı online qeydiyyat edə bilmirəm?!

Bu nöqtə az domaini mənim heç barışmadığım domainlərdəndir. Düzdür həmin domainlərdə işlədiyim də olubdu, ancaq alıcısı heç vaxt mən olmamışam. Həmişə bu domaindən gen gəzirəm. Elə bu dəfəki oxumu da nöqtə az domaininə uzaqdan atacam. Yəni içəridə nə olur, nə olmur bilmirəm. Sadəcə bu yazdıqlarım mənimçün maraqlı haldır. Deməli hamımız bilirik ki, bu domainləri internetdən çox asan yolla qeydiyyatdan keçirtmək mümkündür. Əlimizin altında panelimiz istədiyimiz kimi idarə edirik. Bir .com domainini qeydiyyatdan keçirtmək ən çox halda15 dəqiqə vaxt alar. Daxil olursan hesabına, domaini seçirsən, pulunu ödəyirsən, NS`lərini dəyişirsən. Vəssalam. Nə vaxt da hostingini dəyişmək istəsən yenidən daxil ol panelinə, NS`ləri dəyiş qutarsın getsin. Bəs bu qədər asan və sadə olan əməliyyat bizim doğma AZ domainlərində necədir? Tamamilə əziyyətdir. Qeydiyyatdan keçmək üçün əvvəl uzun-uzadı bir form doldurursan, sonra onu əlaqədar yerə yollayırsan oturub cavab gözləyirsən. Allah eləməmiş bayram ya da istirahət günləri edəsiniz bunu. Onda iş gününə kimi oturun gözləyin. Cavab məktubu gəlməmiş də qeydiyyat üçün getməyin. Yoxsa sizi evə yollayacaqlar ki, gedin oturun, cavab gözləyin, xeyirdimi gəlirsiniz. Oturub cavabı da gözlədik. İndi qeydiyyatdan keçmək vaxtıdır. Durub yollanırsınız NT`nin ofisinə. İndi əgər paytaxtdan kənarda yaşayırsınızsada zəhmət çəkin gəlin paytaxta. Gedirik domaini qeydiyyatdan keçiririk. Bundan sonra da əgər siz hər hansı bir NS dəyişikliyi filan eləməli olsanız gərək iş gününü və iş saatını gözləyəsiniz, e-maillə müraciət edəsiniz və onlar həmin e-mail əsasında NS`ləri dəyişdirələr. Yəni bu prosedurada təkcə texnologiyadan istifadə olunan alət e-maildir. Yaxşıki hələ bunu da ediblər. Yoxsa formları doldurub ənənəvi poçtla yollatsa idilərümumiyyətlə biyabrçılıq olardı. Belə yarı biyabrçılıqdır. Bir neçə il bundan əvvəl – təqribi 4-5 il, demək olardıki bizim online ödəmə sistemimiz yoxdur. Ancaq indi onu da deməkə olmaz. Bəs bu Goldenpay nə olan işdir? O boyda əziyyət çəkilib, sistem işlənib hazırlanıbdı. Telefon pulunu, işıq pulunu online ödəmək ola, domain online ödəmək olmaya. Belə məsələ çətin ki hardasa görünsün. Bir azdan kassa aparatları da internetə qoşulacaqdı, ancaq biz domainləri hələki online ala bilmirik. Əvvəllər buna da arqument gətirirdilər ki, bəs biz müharibə şəraitində yaşayan ölkəyik, online qeydiyyatdan düşmənlərimiz faydalana bilərlər, bizim domainlərimizi istifadə edə bilərlər. Ancaq bu məsələnində üstündən TQDK sağ olsun, birdəfəlik xətt çəkdi. Deməli təhsil qurumu elə bir sistem – baza yaratdıki, hətta insanlar Universitet imtahanlarına sənədlərini online verir, online qeydiyyatdan keçirlər. Amma hələdə domainləri online qeydiyyatdan keçirtmək olmur. TQDK`nın təcrübəsindən rahatlıqla istifadə etməklə online domain qeydiyyatı yaratmaq olar ki, bun xidmətdən də ancaq Azərbaycan Respiblikasının vətəndaşları yararlana bilsin. Eyni ilə sənəd qəbulundakı kimi, şəxsiyyət vəsiqəsinin kodunu daxil edərək, DİN bazası ilə əlaqə yaranır və sizin məlumatlarınız dəqiq və dolğun şəkildə götürülür. Beləcə Azərbaycan vətəndaşı olmayanlar da nöqtə az domainlərini qeydiyyatdan keçirdə bilmirlər. Hər kəsin də işi yüngülləşir.

Görən bizim domain qeydiyyatı nə vaxt online olacaq?

Məqalənin orjinalı Oxtan.com`da
Paylaş :
  • 0
  • 14 февраля 2010, 12:35
  • Shaig

Şərhlər (23)

RSS yığmaq / açmaq
+
0
Domainlərin statistikası:
Domain : 	       	 Value :
.mil.az 	      	1
.bilesuvar.az 	      	1
.gence.az 	      	1
.pro.az 	      	1
.name.az 	      	2
.biz.az 	      	7
.co.az 	      	       18
.info.az 	       20
.pp.az 	      	       52
.int.az 	       54
.gov.az 	       61
.net.az 	       64
.edu.az 	       77
.org.az 	       82
.com.az 	      519
.az 	      	     8474

Total amount of registered domains : 9434 
avatar

Shaig

  • 14 февраля 2010, 13:11
+
+1
Həqiqətən də bu dəqiqə ən çox digər qeyri milli domainlərə rəğbət göstərməyimin səbəblərindən biridir bu. Çünkü həddindən artıq əziyyətli prosedur olan .az ilə digər domainləri müqayisədə; .az üçün vaxt, şəhər traffiki və s. digər çətinliklər..update olmasını isə hardasa bir neçə saat gözləyirsiniz hələ də… milli olmayan digər domainlərdə hətta mobil telefondan domain almaq saniyyələr çəkirsə və maksimum 5-10 dəqiqə içində NS-lər yenilənirsə heç fikirləşmədən .az-dan imtina edirəm ən asan olanı seçirəm! Mənim kimi onlarla insan var… Ümid edirəm bu məsələ müsbət nəticələr…
avatar

rashadaliyev

+
0
Fikrimcə artıq online idarə`nin vaxtı yetişibdi. Çünki istənilən resurslar tam hazırdır.
avatar

Shaig

+
0
Maraqlı yazıdır. Bu həqiqətən yaralı yermizidir.

Amma bir şey var ki, onlar bunu etməklə domen adlarının seçilməsinə nəzarət edirlər. Yəni elə domenlər ola bilər ki, dövlət əhəmiyyətlidir. Ya gərək bu adları özləri seçib ayrıca listə qoysunlar, qeydiyyat etmək istədikdə olmasın, ya da başqa nəsə fikirləşsinlər.
Daha sonra müqavilə məsələsi var, online olduqda necə olacaq müqavilə? Ona möhür vurulmalıdır. Yenə yolumuz ora düşür, istər istəməz.

Başqa bir sistem düşünülməli və istifadəçilərin rahatlığı nəzərə alınmalıdır.
Nə qədər ki NT bu xidmətləri tək göstərir, inanmıram nəsə irəliləyiş olsun.
avatar

kiber

  • 14 февраля 2010, 13:35
+
0
Dövlət əhəmiyyətli domainlər .gov.az.edu.az da ola bilər. Həmin domainlərin online qeydiyyatı dayandırıla bilər. Digər domainlər isə — hansıki qeydiyyatı istənilmir onlar da xüsusi listdə ola bilər ki, qeydiyyata açıq olmasın.
Müqavilə məsələsi ilə razı deyiləm çünki .com ilə müqavilə imzalanmır nə olurki .az ilədə imzalanmasın. Şəxsiyyət vəsiqəsi və məlumatlar kifayəq qədər yetərlidir. Digər tərəfdən elektron imza da tətbiq etmək olar. Yəni yolumuz ora düşməyə bilər.
avatar

Shaig

+
0
Bir vaxtlar domen qeydiyyat etdirmək istəyəndə misal üçün. azer.az, azeri.az bu tip domenleri dövlət əhəmiyyətli sayırdılar və icazə vermirdilər qeydiyyatdan keçirək. İndi baxıram artıq kimlərinsə adına qeydiyyat edilib. Qəribədir… Mən bu tip adları nəzərdə tuturdum.
avatar

kiber

+
0
İstənilən adı, istənilən formanı belə online eləmək mümkündür fikrimcə. Məsələn onda sorğunu online yollayasan, əgər domaini qeydiyyata icazə versələr yenə online qeydiyyat eləyəsən. Yəni hər variantda online etmək mümkündür. İstənilən qadağalarla belə.
avatar

Shaig

+
0
diyəy bunu online buy elədilər,bunu hər hansı bir erməni əsilli biri aldı.
Onda necə?
avatar

qar6

+
0
Erməni əsilli biri niyə alsınki mən burda bu boyda yazı yazmışam. Zənnimcə yazının hamsını oxumamısınız. Məqalədən sitat:
Əvvəllər buna da arqument gətirirdilər ki, bəs biz müharibə şəraitində yaşayan ölkəyik, online qeydiyyatdan düşmənlərimiz faydalana bilərlər, bizim domainlərimizi istifadə edə bilərlər. Ancaq bu məsələnində üstündən TQDK sağ olsun, birdəfəlik xətt çəkdi. Deməli təhsil qurumu elə bir sistem – baza yaratdıki, hətta insanlar Universitet imtahanlarına sənədlərini online verir, online qeydiyyatdan keçirlər. Amma hələdə domainləri online qeydiyyatdan keçirtmək olmur. TQDK`nın təcrübəsindən rahatlıqla istifadə etməklə online domain qeydiyyatı yaratmaq olar ki, bun xidmətdən də ancaq Azərbaycan Respiblikasının vətəndaşları yararlana bilsin. Eyni ilə sənəd qəbulundakı kimi, şəxsiyyət vəsiqəsinin kodunu daxil edərək, DİN bazası ilə əlaqə yaranır və sizin məlumatlarınız dəqiq və dolğun şəkildə götürülür. Beləcə Azərbaycan vətəndaşı olmayanlar da nöqtə az domainlərini qeydiyyatdan keçirdə bilmirlər. Hər kəsin də işi yüngülləşir.
avatar

Shaig

+
0
bağışla məni axıra qədər oxumadım elə ağlımdan bunu yazmaq keçdi ona görə,üzr istəyirəm Shaig qadası.
Amma kiminsədə hansısa yol ilə şəxsiyyət vəsiqəsini əldə də edə bilərlər,bu günümüzdə belə moymirə oz şəxs.vəsiq. skaner edib qlavnoe foto bütün vəsiqəni yerləşdirən görmüşəm axı bəs bu kimilər necə?
avatar

qar6

+
0
Elə olanlarda barmaqla sayılı qədər olacaqdı. Əgər elektron imza məsələsi tətbiq edilsə məsələ bir qədər daha səliqəyə salınar. Həmin saxta vəsiqə alınan domainlər dayandırıla bilər.
Digər tərəfdən bu vəsiqəsini scan edib oraya qoyanların öz ağılsızlığıdır. Çünki domain yox həmin vəsiqənin printi ilə, şəxsiyyət vəsiqəsinin üzü kimi çox şey eləmək olar.
avatar

Shaig

+
0
mən xətdəyəm #2266383
avatar

qar6

+
+2
əgər bəhanələrdən çıxış eləsək…

Azərbaycanda şəxsiyyət vəsiqəsinə «azərbaycanlı» yazılmış 30.000 erməni qızı və onların balaları yaşayır «azərbaycanlı» milliyəti ilə…

onda gərək .az domaini heç kimə satılmaya :)

məncə istəsələr bu işi çox gözəl tənzimləyə bilərlər. Dünyada aparıcı ölkələrin praktikası var. Azərbaycanda gözəl bilikli oğlanlar var. Dövlət pul buraxsın. Bu işi təşkil elətdirsin…

Sadəcə əvvəlcə istəmək lazımdı məncə…
avatar

Panda

+
0
Halaldır qaqaş tam razıyam! Bravo!
avatar

GrAND

+
0
Dogrusu bilmirdim bele qeliz oldugun indi anladimki niye coxlari ondan imtina edir.
avatar

Strange

+
0
Dostlar bu gün gördüm Online olaraq .AZ Domainini həddindən artıq çox baha qiymətə satıldığını. Google-da search elədim bunun kimi bir neçə şirkət daha var.

www.101domain.com/az.htm
avatar

rashadaliyev

+
+1
Məndə görmüşəm bu saytı. Yəqinki Azərbaycan kimsə var onunla işləyirlər.
avatar

Shaig

+
0
Mənə çox maraqlıdır nə üçün .az domaini 30-40 azn den aşağı satılmır?!
avatar

GrAND

+
+1
İlkin olaraq 40 manat ödəyirsiz. 20 manat domain adının qeydiyyatı, 20 manat texniki dəstək. Sonrakı illərdə ancaq 20 manat texniki dəstək üçün ödəyirsiz.
Maraqlıdır onlar il ərzində 20 manatlıq nə texniki dəstək göstərirlər ki ?!!!
Müştərilərinin çoxu narazıdır xidmətlərindən, + mən qarışıq…
avatar

kiber

+
0
Yo qiymətləri bilirəm.Mənə marağlıdır ki, niyə baha başa gəlir axı?=S
avatar

GrAND

+
0
NT-nin işçisi söz vermir…
Nt-ə keçən həftə domaini yönləndirin deyə məktub yazmışdım amma səs çıxmadı.
İndi zəng edirəm ki, xanım mənim domenimi nə vaxt yönləndirəcəksiniz?
Deyir bu gün çalışarıq amma söz vermirəm.
Söz verməyə niyə çəkinirlər axı…
avatar

dj_elshen

+
0
mən vientka.az-ı 4 gün çəkdi indi normal işləyir sadəcə səbr etmək lazımdı )
avatar

ParvizNasirov

+
0
mən vinetka.az-ı 4 gün çəkdi indi normal işləyir sadəcə səbr etmək lazımdı )
avatar

ParvizNasirov


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.