Reytinq
0.00
səsıər:
0
avatar

Opera  



Opera →  Opera Tablet browser

Opera, tablet cihazları üçün yeni browserini tanıdan video yayımlayıb.
2011də Tablet PC sayının artmasıyla birlikdə, təqribi sayının 54.8 milyona çatması gözlənilir. Mobil browser bazarında lider olan Opera tablet PC-lərə də gözünü dikir… Yeni browserin Android tabletdə tanıdıldığı videonu nəşr edən şirkət, yeni giriş səhifəsini və iki barmaqla yaxınlaşdırma xüsusiyyətini göstərir. Yəqin ki, iPad üçün də Opera Tablet reliz olunar. Lakin cihazda sınamaq üçün əlbəttə Android tablet daha əlverişlidir.
Şirkət, browserinin ilk ictimai təqdimatının CES 2011-də ediləcəyini gözlənilir.
Paylaş :

Opera →  Opera 11 və yeni xüsusiyyətlər


Opera 11 beta testlərindən sonra filan versiyasını da yayımladı.
Xüsüsən nəzərə çarpan HTML5 dəstəyi, Extensions və Tab qruplamalarıdır.
Extensions kataloquna buradan baxa bilərsiniz — https://addons.opera.com/addons/extensions/.
Yeni versiyanı buradan yükləyə bilərsiniz — www.opera.com/browser/features/.


( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 16 декабря 2010, 18:08
  • Weboxu
  • 3+3

Opera →  Opera həm Flash həm də HTML5 dəstəkləyəcək

Operanın cib telefonları üçün inkişaf etdirdiyi məşhur internet browseri Opera Mobile-ın yeni versiyası artıq həm Flash həm də HTML5 dəstəkləyəcək. Firma, təyin etdiyi yol xəritəsi daxilində bu planı tətbiqə keçirəcəyini rəsmi blog-unda qeyd edib.

Şirkətin açıqlamasında: «Yeni texnologiyalarla birlikdə Flash istifadəsi get-gedə azalsa da uzunca bir müddət fəaliyyətini itirməyəcək. Əgər telefonunuzda yüklüdürsə, Opera bunu dəstəkləməyə davam edəcək.»

Opera destkop versiyada istədiyi uğuru əldə edə bilməsə də, mobil bazarda kifayət qədər yüksək uğur əldə edib. Hər bir smartfon əməliyyat sistemləri üçün xüsusi buraxılışları var və mütəmadi yeniləmələri də edir. Opera əgər Flashı Skyfire kimi, telefonda qurulu olmadan da dəstəkləsə idi, rəqibsiz olardı.
Paylaş :

Opera →  Opera Mobile Android üçün istifadəyə verildi.


Opera-nın web browseri bazarda istədiyi mövqedə olmasa da mobil browseri ən çox istifadə edilənlər sırasındadır. Demək olar ki, bütün mobil platformalarda istifadə edilən bu browserin Android üçün də xüsusi versiyası istifadəyə verilib. İndiyə qədər Android üzərindən Opera Mini işlədilirdi. Artıq Opera Mobile browseri istifadə etmək mümkün olacaq.
Mobile-ın, Mini-dən həm sürət həm də funksional üstünlükləri var. Məsələn, Mini multitouch-ı dəstəkləmirdi, Mobile isə dəstəkləyir.
Rəsmi press-reliz- www.opera.com/press/releases/2010/11/09/
Paylaş :

Opera →  Opera Mini, App Store lideri


Ötən ay App Store`da yerini alan və bir neçə gün əvvək Apple tərəfindən rəsmi olaraq təsdiqlənən Opera Mini demək olar ki hər kateqoriyada liderliyi ələ keçirib. Uzun bir vaxt idi ki, Apple, Safar`inin bütün göstəricilərinin yerində olduğunu və əlavə browserə ehtiyac olmadığını deyərək başqa browseri App Store`a qəbul etmirdi. Qısa müddətdir əlavə olunmasına baxmayaraq istifadəçilərin böyük rəğbəti ilə qarşılaşıb. Elə bil Appke istifadəçiləri Opera`nı gözləyirmiş

Apple istifadəçiləri, hələ bir neçə gün olmasına baxmayaraq Opera Miniyə böyük maraq göstərdi. Ən çox endirilən və ən çox səs verilən ödənişsiz tətbiqlər kimi kateqoriyalarda bu aralar açıq olaraq birinci olan Opera Mini, bu sayədə bazar payını da bir xeyli artırmış olacaq.
Paylaş :

Opera →  Opera Mini də 2009 statistikalarını açıqladı


Norveçli web browser firması Opera 2009 ili ilə əlaqədar hesabatlarını açıqladı. State Of the Mobilə Web adlı hesabatda sosial şəbəkələrin vəziyyətinə toxunan Opera xüsusilə FacebookTwitterə diqqət çəkibdi #1 #2.
2009-cu ilin mobil cihazlarda sosial network sahəsində ən çox ziyarət edilən saytının Facebook olduğunu açıqlayan Opera, Twitterin də ən sürətli böyüyən sosial network olduğunu açıqladı.
Hesabata görə Facebookun ziyarətçi sayı 2009-cu ildə 600% böyüdü və VKontakteni keçərək birinci sıraya keçibdi. Opera Mini istifadəçilərinin Rusiya və MDB`də daha çox olması səbəbiylə birinci yerdə olan Vkontakte bu il öz yerini Facebooka veribdi.
Twitter isə 2009-cu ildə 2800% böyüyərək ən sürətli yüksəlişi reallaşdırıbdı.
2009`un dekabr ayında 10% böyüyən Opera Mini 46.3 milyon adam tərəfindən istifadə edilibdi. Bütün ilə baxıldığında isə 159%-lik bir böyümə yaşanıbdı. 46.3 milyon istifadəçi 2009`un dekabr ayında 20,7 milyard səhifə gəzibdi.
Paylaş :

Opera →  Opera 10.10 çıxdı… başlıq-keçid

Opera 10.10 versiyası çıxdı. Mozilla və Microsoftla ciddi rəqabət edən Opera hər zaman yenilikçiliyi ilə bir addım öndə olub.
Paylaş :
  • 0
  • 26 ноября 2009, 15:51
  • Shaig
  • 4+4