Mozilla → Mozilla-nın yeni əməliyyat sistemi - B2G

Mozilla, — Boot To Gecko adını verdiyi, tamamilə sıfırdan develop edəcəkləri veb əsaslı bir mobil əməliyyat sistemi üzərində işlədiklərini açıqladı. Bunun Google-un . Əməliyyat sistemi open source olacaq. Developerlərə də eynilə iPhone, Android və WP7 kimi app-larını yazmaq imkanı verəcəklər.
İşin texniki qisiminə baxıldığında isə Mozillanın əməliyyat sisteminin Google-dan yalnız ilhamlanmadığı, eyni zamanda olduqca aşağı bir səviyyə də olsa kodların bir qisiminin Android əsaslı olduğu ifadə edilir. Texniki Strateji məsələlər üzrə məsuliyyətli şəxsi Mike Shaver, B2Gin mümkün olduğunca az Android istifadə edəcəyini ifadə etdi. Bura qədər edilən şərhlərə görə, Mozillanın əməliyyat sisteminin hələlik Androidin yalnız nüvəsini istifadə edəcəyini düşünə bilərik. Bu vəziyyətdə, hər iki əməliyyat sistemi arasında bir uyğunlaşma olacağını düşünmək olar. Hər nəqədr yazının əvvəlində də qeyd etdiyiimiz kimi sıfırdan develop olunur deyilsə də, kodların içində Androidə aid olanlarının da tapılması başqa bir mövzu barədə düşündürür. Belə ki, bunu etmələrinə səbəb həm də, Android üçün yazılan app.-ların, B2G ilə də istifadə etməyi mümkün etmək. Bİlindiyi kimi Androidin app. bazası çox genişdir.
Mozillanın forumlarında keçən bir mövzuda Andreas Gal, developerlərin mümkün olduğu qədər geniş bir API imkanı meydana gətirərək proqram və təchizat tutumunu maksimum səviyyədə istifadə etməyi məqsəd qoyduqlarını bildirdi. Açıq qaynaq (open source) olacaq B2B proyekti, artıq indidən böyük bir developer dəstəyinə sahib olsa da mobil cihaz istehsalçılarının yeni əməliyyat sisteminə necə baxacağı bilinmir.




Şərhlər (4)
RSS yığmaq / açmaqSkier_nz
Shaig
Elliot
Onsuz da mobile sahədə Operaya çox uduzur. Çox ağırdı firefox mobile. Hər halda çarəni belə etməkdə görürlər )
Shaig