Reytinq
0.00
səsıər:
0
avatar

Mozilla  



Mozilla →  Mozilla`nın mobil browseri Fennec [video-pic]


Mənim ən sevimli brouserim Firefoxdur. Bir çox faydalı tərəfi var. Mənim üçün faydasını saysam bitməz. Demək olarki hər zaman FirefoxChrome yan-yana açıq olur. Mobil telefonda isə əlbəttə alternativi hələki olmayan Opera Mini`dir.
Bu gün sevimli brouserim Firefox`un istehsalçısı Mozilla tərəfindən düzəldilmiş Fenneclə tanış oldum. Fennec tərcümədə çöl tülküsü deməkdir. Firerox`un mobil versiyasıdır. Və xırda testlərimdən sonra gördüm ki, çox qəşəngdir. Linux əsaslı Maemo 5 OS`a sahib mobil cihaz olan Nokia N900'da ilk dəfə qarşımıza Fennec artıq digər bir Linux əsaslı OS olan Androiddə də istifadə edilə biləcəkdir. Deyirlər ki, fevraldan etibarən Android Marketlərdə olacaq.
Mən də bir qədər brouserdən istifadə edib saytlara qısa nəzər saldım.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 30 января 2010, 14:59
  • Shaig
  • 2+2

Mozilla →  Firefox 3.6 buraxıldı.

Nəhayət uzun müddət testdən sonra Firefox 3.6 istifadə üçün təqdim edildi. Yeni versiya 3.5 nisbətən 20% daha sürətlidir. Web-Rendering üçün Gecko 1.9.2 istifadə edilir hansı ki, proqramın sürətli və stabil işləməsinə zəmin yaradır.


Firefox XÜSUSİYYƏTLƏRİni görmək üçün tıkla.
Paylaş :
  • +1
  • 21 января 2010, 22:33
  • Panda
  • 7+7

Mozilla →  Firefox`un yeni versiyası harda qaldı?


Sevimli brouzerim FireFox`ın yeni versiyasının efirə çıxma tarixi ertələnmişdi. Bu dəfə isə qəribə bir xəbər aldım. Hətta deyirlər ki, indiyə qədər nə oxumuşdunuzsa hamsını unudun. Planlarında başdan ayağa dəyişiklik ediblər. Onlar yenilikləri fərqli versiya nömrələri ilə vermək əvəzinə, olan yenilikləri qısa aralıqlarla efirə vermək qərarına gəldi. Onlar yenilikləri qısa aralıq — updatelərlə verəcəklər. Görək yekun qərar belə olacaq yoxsa yox.
Mozillanın hədəfi isə proyekt mərhələsindəki "Lorentz" kod adlı yeni versiyanın, Google Chrome`un məşhur «hər tab üçün ayrı əməliyyat prossesi meydana gətirmək» xüsusiyyətini bir addım da irəli aparmaqdır. Belə görsənirki Chrome`un sürəti hər kəs kimi Mozillarınında xoşuna gəlibdi. Yeni hədəfləri ən sürətli browser olmaqdır. Görək bu hədəfə çata biləcəklər?
Onu da deyim ki, onsuzda FireFox da az sürətə malik deyil. Sadəcə addonslar sürətini azaldır, bir az ağırlaşdırır
Paylaş :

Mozilla →  FireFox 3.6 bu ilə çatmır


Mozilla, Firefox internet browserinin 3.6 versiyasını 2010-cu ilin ilk rübünə təxirə saldığını açıqlayıbdı. Daha əvvəl 2010-cu ilə qədər yeni versiyanın hazır olacağını söz verən şirkət, artıq verdiyi bu sözdən geri addım atmaq məcburiyyətində qaldı.

Geridə buraxmaq üzrə olduğumuz il içərisində Firefoxu 3.0dan 3.5ə qədər yüksəldən Mozilla, 2010 üçün də belə böyük addımlar atmağı planlayır. Tarixlər nə qədər uyğun gələr naməlumdur təbii ki, ancaq şirkətin planları arasında Firefox 3.7`ni Mart 2010-cu ilə qədər yetişdirmək, 4.0`ı isə beta belə olsa 2011ə qədər hazır etmək var.
Paylaş :

Mozilla →  Firefox axtarış qutusunda ilk dəfə Bing

İndiyənə kimi hər zaman FireFox axtarış qutusunda Google axtarışını görürdük. Google ilə Firefox qardaşlaşmış məhsullardan idilər. Ancaq Google`un Chrome`u olandan sonra bu dəfədə Firefoxda Google`a rəqib axtarış motorunu görmək olar.
Google CEO`su Eric Schmidt`in istifadəçi gizliliyi haqqında etdiyi açıqlamalara reaksiya almasının ardından narahat olan Mozilla idarəçisi Asa Dotzler, Bing`ə doğru həmlə etdi.


( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 15 декабря 2009, 12:35
  • Shaig
  • 2+2

Mozilla →  Mobil FireFox


İndiyə qədər populyar browserlərdən Opera`nın mobil versiyası geniş yayılmışdı. Növbədə isə FireFox`un mobil versiyası — Fennec`dir.
Nokia N900 istifadəçiləri beta versiyasını mozilla.com/m adresindən yükləyə bilərlər.
Ətraflı olaraq öyrənmək üçün bu linkdən+ istifadə edə və aşağıdakı videoya baxa bilərsiniz.
Paylaş :