Reytinq
0.00
səsıər:
0
avatar

Mozilla  



Mozilla →  Mozilla-nın yeni əməliyyat sistemi - B2G


Mozilla, B2G — Boot To Gecko adını verdiyi, tamamilə sıfırdan develop edəcəkləri veb əsaslı bir mobil əməliyyat sistemi üzərində işlədiklərini açıqladı. Bunun Google-un Chrome OS-una cavab olduğu düşünülür. Əməliyyat sistemi open source olacaq. Developerlərə də eynilə iPhone, Android və WP7 kimi app-larını yazmaq imkanı verəcəklər.

( Ətraflı oxuyun )
Paylaş :

Mozilla →  FireFox 5 rəsmi olaraq istifadəyə verildi


Mozilla əvvəlki versiyasıdan cəmi 2-3 ay sonra yeni Firefox 5 versiyasını rəsmi olaraq istifadəyə verdi. Bir neçə gündür ki, firefox 5 Mozilla-nın FTP-lərindən endirilə bilirdi. Artıq saytdan rəsmi şəkildə endirilmə linkini də görmək olur. Bir əvvəlki versiyanın çıxışıyla birlikdə Mozilla, Google Chrome tərzi bir update modelinə keçəcəyini açıqlamışdı. Əvvəl istifadəçilər yeni versiyalar üçün uzun müddət gözləməli olurdu. Bu da Chrome-a gedərək uduzmağı ilə nəticələnirdi. Beləliklə yeni xüsusiyyətlərin böyük versiyanı gözləməsinə gərək qalmayacaq, yeni xüsusiyyətlər daha kiçik paketlər halında, hazır olduqları anda nəşr olunacaq. Planlara görə hər altı həftədə bir yeni bir Firefox versiyası çıxacaq.

( Ətraflı oxuyun )
Paylaş :

Mozilla →  Firefox 5-dən ilkin məlumatlar


Firefox 4 hələ təzə çıxmasına baxmayaraq Firefox 5 haqqında məlumatlar yayılmağa başlayır. Bildiyimiz kimi Mozilla brouseri çox daha sıx aralıqlarla update etmək qərarı almışdı. Beləliklə də, inkişafla ayaqlaşacaq və Chrome qarşısında da mövqeyini qoruyacaq.

Firefox 5-in məlum olan bəzi yeni xüsusiyyətlərini:

( Ətraflı oxuyun )
Paylaş :

Mozilla →  Firefox 4 "Android" çıxdı


Ötən həftə kompüterlər üçün nümayiş olunan Firefox 4-ün final versiyası indi də Android əməliyyat sistemli mobil cihazlar üçün istifadəyə hazırdı.

Mozillanın Android platformasına istiqamətlənərək hazırladığı brouser əvvəlkilərinə nisbətən daha yaxşı göstəricələrə malikdir. Bölməli interfeys sayəsində artıq tabları asanca idarə edə biləcək olmağımızla bərabər, sıx istifadə etdiyimiz saytların da əlimizin dərhal altında olması internetə gəzintimizi sürətləndirəcək. Personas xüsusiyyəti sayəsində öz zövqümüzə uyğun şəkildə uyğunlaşdıra biləcəyimiz görünüş, mobil əlavələr, .pdf formatında yazılma asanlığı və sürətli paylaşma xüsusiyyəti ilk baxışda saya biləcəyimiz yeniliklərdəndir. Eyni zamanda kompüterlərinizdəki FireFox-la da inteqrasiyalı işlətmək imkanı var.

( Ətraflı oxuyun )
Paylaş :

Mozilla →  Mozilla FireFox 4 rəsmi olaraq çıxdı


Firefox 4′ün Windows, Mac və Linux üçün versiyalarının endirmə linkləri dünəndən internetdə yayılmışdı. Yəqin ki, bir çox istifadəçi artıq endirib istifadə edirlər. Rəsmi reliz də artıq gerçəkləşdi. FireFox 4 uzun müddətli gecikmələrdən sonra nəhayət endirməyə hazırdır.

( Ətraflı oxuyun )
Paylaş :

Mozilla →  Firefox 4.0-ın çıxış tarixi müəyyən oldu

Mozilla Mühəndislik Direktoru Damon Sicorenin verdiyi məlumatlara görə, Firefox 4.0 Fevral ayı bitmədən hazır olacaq. Yeni browser üzərində gərgin iş davam edir.

Hələ də üzərində çalışılan Firefox 4.0-ın qarşısında 160 ədəd mühüm bug-ın dayandığını söyləyən Sicore, içində olduqları yüksək iş tempini davam etdirmələri halında önümüzdəki 6 həftə içərisində bütün bug-ların fix edilə biləcəyini ifadə etdi.
Paylaş :

Mozilla →  FireFox 6 yaşında

Ən çox istifadə edilən ikinci browser olan Firefox üçün 9 Noyabr çox əhəmiyyətli bir tarixdi.
Addonsları ilə internet dünyasına rəng qatan Firefox bu gün 6 yaşını qeyd edir. 9 Noyabr 2004-cü ildə, ilk olaraq istifadəyə başlamışdı.

İnternet Explorerin browser bazarındakı gücünü itirməsinin ən böyük səbəbkarlarından biri olan Firefox bu gün bazar payının 31.5%lik ölçüsünə sahibdir.

Açıq qaynaq (open source) kodlu bu browser, Mozilla xaricindəki proqramçıların yazdığı addonslar sayəsində rəqiblərinə qarşı böyük bir üstünlüyə sahibdir.
Paylaş :

Mozilla →  Firefox mobil - Fennec, Android və Maemo üçün beta versiyasını yayımladı

Mozilla, Maemo və Android telefonlar üçün Firefox 4-ün betasını yayımladı. Beləcə Firefox 4 də ağıllı mobil telefonlardakı yerini aldı.

Dəstəkləyən telefonlar:
Maemo
* Nokia N900

Android
* Firefox is compatible with Android 2.0 and above devices.
* Installation requires approximately 32MB internal storage, plus 12MB SD storage.


Supported Devices — Tested Test olunub
* HTC Desire
* HTC EVO 4G
* HTC Google Nexus One
* Motorola Droid 2


Supported Devices — Not Tested Test olunmayıb
* HTC Desire Z (T-Mobile G2)
* HTC Droid Incredible
* Motorola Droid X
* Motorola Milestone (Verizon Droid)
* Samsung I9000 Galaxy S (AT&T Captivate, Verizon Fascinate, T-Mobile Vibrant, Sprint Epic 4G)


Android sahiblərinin yükləmək üçün ən az Android 2.0 yüklü telefona sahib olmaları lazımdır. Ayrıca 32 MB daxili və 12 MB SD kartda yer olmağı lazımdır. HTML 5 dəstəyinə sahib olan Firefox Mobilə 4 beta 1-ə www.mozilla.com/en-US/m/beta.htmlwww.mozilla.com/m/beta ünvanından çata bilərsiniz.
Paylaş :

Mozilla →  FireFox TabCandy [video]


Firefox qrupunun üzərində işlədiyi TabCandy proyekti tablarınızı çox daha nizamlı və Mac OSdakı Expose-a bənzər bir şəkildə qruplaşdıracaq.
Məsələn ev və iş kompüterləriniz arasında sinxronizasiya qura biləcəksiniz ya da yoldaşlarınızla brovvser üzərindən ortaq iş sahələri yarada biləcəksiniz. Daha da əlavə olaraq niyyətləi Firefoxu ağıllı bir brovvser etmək; məsələn müəyyən bir marka cib telefonuna fərqli tablarda baxırsınızsa, sizə ən uyğun qiyməti, qiymətləndirmə ballarını TabCandyda göstərə biləcək.

Paylaş :

Mozilla →  Mozilla`nın mobil browseri Fennec [video-pic]


Mənim ən sevimli brouserim Firefoxdur. Bir çox faydalı tərəfi var. Mənim üçün faydasını saysam bitməz. Demək olarki hər zaman FirefoxChrome yan-yana açıq olur. Mobil telefonda isə əlbəttə alternativi hələki olmayan Opera Mini`dir.
Bu gün sevimli brouserim Firefox`un istehsalçısı Mozilla tərəfindən düzəldilmiş Fenneclə tanış oldum. Fennec tərcümədə çöl tülküsü deməkdir. Firerox`un mobil versiyasıdır. Və xırda testlərimdən sonra gördüm ki, çox qəşəngdir. Linux əsaslı Maemo 5 OS`a sahib mobil cihaz olan Nokia N900'da ilk dəfə qarşımıza Fennec artıq digər bir Linux əsaslı OS olan Androiddə də istifadə edilə biləcəkdir. Deyirlər ki, fevraldan etibarən Android Marketlərdə olacaq.
Mən də bir qədər brouserdən istifadə edib saytlara qısa nəzər saldım.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 30 января 2010, 14:59
  • Shaig
  • 2+2