Reytinq
0.00
səsıər:
0
avatar

Mobil marketing  



Mobil marketing →  Samsung-dan çarpaz platforma dəstəkli mobile messenger


Samsung Kik, GroupMe və WhatsApp Messengerə rəqib olacaq çarpaz platforma dəstəkli bir mobil mesajlaşma xidməti istifadəyə verir. Bu həftə başlayacaq olan IFA-də qlobal tanıtımı ediləcək bu tətbiq, Samsung tərəfindən internet üzərində yayımlanan bir videoya görə ChatOn adını daşıyacaq.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil marketing →  Android Mağazası, App Store-u "hər sahədə" keçmək üzrədir


Mobil reklam dünyasına istiqamətli analizləri ilə tanınmış Millennial Media firması, May ayı üçün olan hesabatını təqdim edib.

Hesabatda ən çox diqqət çəkən, başlıqda da ifadə olunduğu kimi, Android app.ların gəlir əsasında iOS platformasına çatmasıdır. Bildiyimiz kimi ötən aylarda Android «pulsuz app.larda» iOS-i onsuz da geridə buraxmışdı. Bu iki platforma ümumi gəlirdən təmin etdikləri 45% və 43%-lik pay ilə bazarın 90%-nə yaxınına nəzarət edirlər. Geriyə qalan bütün əməliyyat sistemləri isə 12%-lik bir dilimlə kifayətlənirlər.9%-i Blackberrylərə gedərkən qalan 3%-i isə gəlir sırasına görə Symbian, WP7 və WebOS arasında bölüşülür.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil marketing →  Google mobil reklam bazarının 97%-nə sahibdi


Google, xüsusilə Android əsaslı cihazlardadakı app-larda qarşımıza çıxan pulsuz reklamlı versiya strategiyası ilə hədəfinə çatmış kimi görünür.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil marketing →  Sərfəli mobil reklam platforması Android və iOS


Android mobil reklamda da uğurla irəliləyir.
Millennial Media aylıq hesabatını nəşr etdi. Hesabatda ən sərfəli mobil əməliyyat sistemlərinin siyahısına Android və iOS liderlik edir. Ancaq hesabatda bu iki lider arasında da uçurum görünür, Hazırlanan hesabata görə Androidə reklam vermək ən sərfəlisidir. iOS isə ikinciliklə kifayətlənir.

2010-cu ilin məlumatları əsasında edilən araşdırmada; kliklərin 54%-i Androiddən olduğu halda, Apple-ın iOS-u 28%-lik klikləmə sayında qaldı. RIM, Symbian və Digər əməliyyat sistemləri isə iOS-dan çox geridə qalır. Ancaq nisbətən önə çıxan isə RİM-dir.
Araşdırmanın maraqlı cəhəti, kliklərdə Microsoftun Windows Phone 7 ƏS-nin təkcə 1%-lik bir pay alması və siyahıda Symbian ilə sonunculuğu paylaşmasıdır.
Paylaş :
  • +3
  • 16 февраля 2011, 14:28
  • Weboxu
  • 2+2

Mobil marketing →  Yeni reklamlar çəkilib [video]

Mobil bazarda da yeniliklər olmağa davam edir. Bu gün internetdə gəzinəndə qarşıma çıxan bəzi videoları paylaşmaq istədim. Reklam çarxlarının qəhrəmanları Nexus One və Motoroladır

Nexus One bəzilərinin fikrinə görə Google`a istədiyin verməsə də, Google öz məhsulunun necə ərsəyə gəldiyindən bəhs edən çarxlar yaymağa başlayıb. Bir neçə bölüm şəklində yayımlanması nəzərdə tutulan çarxlardan birincisi konsepsiya və dizayn mərhələsini, ikincisi isə telefonun OLED ekranın necə formalaşmasını əks etdirir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +4
  • 8 февраля 2010, 13:52
  • Sadig
  • 3+3

Mobil marketing →  İnternet marketinqin gələcəyi - Mobil marketinqlə sərhədlərin itməsidirmi?

Bu gün internetdə «Mobil marketinq»lə əlaqəli bir video gördüm. Əvvəla onu qeyd edim ki, məlumatın mənbəsinə gedib çıxanda videonun «Turkcell»in rəsmi video blugundan gəldiyini görəndə, Azərbaycandan kənarda markaların interneti necə aktiv istifadə etdiklərini görmək məni bir balaca «qısqandırdı»…
Videonu yerləşdirməzdən əvvəl sürəti videonu rahat izləməyə imkan verməyənlər üçün bir iki cümləlik qısa xülasə edim. Əvvəlcədən deyim ki, video əsasən «Mobil marketinq» barəsində olsa da, söhbət mobil marketinqin gələcəyindən getdiyinə görə sonu internetə gəlib bağlanır. Birdə məlum olur ki, mobil sektorda hər kəs 2013-cü ili gözləyir. Belə ki, «ağıllı cihazlar»ın və 3G sisteminin bazarda geniş vüsət almasından sonra artıq adət etdiyimiz statik reklamlar belə mobil cihazlarin köməkliyi ilə hərəkətli reklamlara çevriləcək. Artıq qəzetlərdəki, jurnallardakı hətta afişalardakı statik reklamlar aktiv informasiya ötürmə gücünə malik olacaq. Məlumatlar telefona ötürüləcək və telefonda audio və ya video formaya çevrilərək, statik reklamlar «canlanacaq». Videodan belə başa düşdüm ki, artıq deyilən texnologiya ümid vəəd edəcək qədər hazırdır.

Video türk dilindədir, amma fikrimcə maraqlananların işinə yarayacaq.
Paylaş :