Mobil Texnologiya → Marketplace Hacklendi!

Microsoft Marketplace keçdiyimiz günlərdə bir qrup developer tərəfindən hacklendi. Daha da maraqlı isə problemi bu ana qədər Microsoftun deyil üçüncü tərəf developerin tapması oldu.
Windows Phone 7 ilə mobil dünyada çox daha möhkəm bir mövqeyə çata bilməyi məqsəd qoyan Microsoftun başı bu dəfə də Marketplace ilə dərdə girdi. Eyni zamanda Windows Phone 7 üçün də proqram yazanbir qrup hacker, qırılmış Windows Phone 7-li əməliyyat sisteminə sahib olan cihazlara bütün tətbiqləri ödənişsiz olaraq endirə bilməyə imkanı verir.
FreeMarketplace
Marketplace üzərindən əvvəlcə kompüterə endirilən proqramlar, cracklenmiş olaraq Windows Phone 7li cihazlara XAP yükləyicisi vasitəsiylə göndərilir. FreeMarketplace adı verilən xüsusi bir proqram istifadə edən developerlər, tətbiqlərin təhlükəsizlik sertifikatını da yenə eyni proqram ilə keçə bilir.
Bu ana qədər Microsoft cəbhəsi mövzu haqqındakı susqunluğunu qoruyur. Ancaq bundan daha da əhəmiyyətlisi bu açığı kəşf edən developerlərin, Microsoftun bu açıq mövzusunda şüurlu olduğunu iddia etməsi oldu.
Həlli developerlər tapdı.
İçərisində 5000-dən artıq mobil oyun və tətbiqin olduğu Marketplace developerləin etibarını sarsıtmış olsa da həll yenə Marketplace üzərində tətbiqlərini satışa çıxaran developerlərdən gəldi.
Açılışda Təhlükəsizlik Sorğulaması
Developerlər, FreeMarketplace adlı proqramın, təhlükəsizlik sertifikatı sorğulamasının yalnız tətbiq endirilərkən edilməsi açığından faydalandığını tapıblar. Bu istiqamətdə üçüncü şəxs proqramların açılışına «WMAppPRHeader.xml» adlı faylın sorğulanması əlavə olunmağa başlanıb
Beləcə Microsoft rəsmi güvənlik yamağı hazırlayana qədər developerlər hələlik tədbir aldı. Baxaq irəliləyən günlərdə Marketplace üzərində necə bir dəyişiklik görəcəyik.




Şərhlər (0)
RSS yığmaq / açmaq