Mobil Texnologiya → iPhone 4 satışa çıxdı və Droid X tanıdıldı
Bu günləri mobil texnologiyalar sahəsində əhəmiyyətli gündür. iPhone 4 mobil cıhazı bu ayın əvvəlində tanıdılmışdı. Həm iPhonun yeni , həm də məlumatları oxumaq olar. İndi isə satışa çıxır. Rəsmi olaraq AT&T Operatoru ilə satılacaq. Çox bəyənilən yeni cihaz üçün kifayət qədər iddialı satış rəqəmlərinə çatacağı barədə fikir söyləyənlər var. BCG analitiki Colin Gillis deyir ki, 1 günə 1 milyon iPhone 4 satıla bilər. Telefon bu gün satışa çıxır, artıq texnologiya bloglarında, saytlarında onun açılaraq detallı foto analizini mümkündür. Hər halda iPhone özünü təsdiq etmiş bir cihazdır və kifayət qədər alıcısı olacaq. Hər dəfə Apple yeni cihaz çıxaranda, onun satış rəqəmləri əvvəlkilərdən daha yaxşı olur. iPhonun satışa çıxmağından bir gün qabaq smartphone bazarının başqa bir güclü oyunçucu olan Android mənşəli yeni telefonun — Motorola Droid X-in təqdimat mərasimi keçirilib. Çox görkəmli bir təqdimat baş verib. Təqdimat Motorola, Verizon və Google üçlüyü tərəfindən həyata keçirilib. Cihazın tizer videosu bir neçə gün əvvəldən YouTube-da var idi:
Cihazın xüsusiyyətləri:
* Display: 4.3″, 854×480
* CPU: 1GHz TI OMAP
* Storage: 8GB onboard, 16GB microSD card included (32GB max)
* Camera: 8-megapixel, dual LED flash
* Ports: HDMI out
* Battery: 1500mAh
* Other: 3 microphones (one noise-canceling), GPS, Bluetooth
* Qiyməti: 15 iyuldan etibarən Verizon müqabiləsi ilə birgə 300$ (müqaviləsiz bilmirəm)
Tanıtım videoları:
Təqdimatda iştirak edən Google CEO'su Eric Schmidt Dorid X-i "Bu həqiqətən hər şeydi" deyərək təsvir edib.
iPhonun satışa çıxarılmasına bir gün qalmış belə etmək nə deməkdir bilmirəm. Azərbaycanın texnologiya blogları və Twitter istifadəçiləri arasında iPhone 4-ün yerni versiyasının təqdimat mərasimi Dorid X-dən daha çox marağa səbəb olmuşdu. Çox uzun müzakirələr getmişdi. Ancaq Droid X barədə ətraflı danışan olmadı. Yəqinki dünyada vəziyyət bizimkindən fərqli olar. Düzü iPhone-un satılması ilə əlaqədar da o qədər çox reaksiya görmədim bu gün.
Droid X-in xüsusilə qəsdən bir gün əvvəl tanıdılıb-tanıdılmadığını demək bir qədər çətindir. Ola bilsin iPhone almağa gedəcək adamlara bir gün əvvəl məlumat vermək daha çox təsirli olar deyə düşünüblər. Hər halda Droid X mənim daha çox xoşuma gəlir. Çünki Android sistemlidir.
Google sırf cihaz mənasında uduzsa da Android əməliyyat sisteminə görə qalib gəlir.
Google-Apple, iPhone-Android, Verizon-AT&T… Bu rəqabətlər də hər keçən vaxt daha da qızışır.
Artıq indidən Droid X ilə iPhone-u müqayisə etməyə başlayıblar:





Şərhlər (8)
RSS yığmaq / açmaqQarishqa
* Camera: 8-megapixel, dual LED flash»
Included 32 mb eee… hele led flash, 8 mp.
Gorunush de eladi, funksional bir seye oxsayir droid-x iphone'a baxanda. Amma bize gelse Bakida yeqin ki onun texniki servisi ucun bir yer tapmaq olmayacaq.
Bir sey deyim, bizim camaat niyese iphone delisi oldugundan, yeqin ki droid-x, android platformali zadlardan xeberi yoxdu. Acigi, men ozum weboxu'nu oxumaga baslayandan sonra android smartfon sistemden xeberim olub.
Turalfot
Shaig
Turalfot
Shaig
Turalfot
Sanan_Kamal
Sadig