Mobil Texnologiya → Mobile World Congress Barcelonada başladı

Bu gün Mobile World Congress 15 fevral 2009-cu ildə Barcelonada başlayıbdı. Hətta bu konqressdə Azərbaycan nümayəndə heyyəti də iştirak . Bu konqressdə mobil texnologiyalar tanıdılır. Bu ilki konqressdə əsas diqqət Windows Phone 7'nin üzərində idi. Yeni məhsul deyəsən uğrulu kimi görünür. Videosuna baxaraq bir fikrə gəlmək olar.
Bu ilki mobil konqressdə Nokia`nın məhsulu da maraqla gözlənirdi. Ancaq Nokia yeni məhsulla iştirak etmədi. Əvəzində isə yeni bir əməliyyat sistemi barədə açıqlama verdibdilər. Belə ki, Nokia`nın Linux əsaslı Maemo və Intel`in Moblin əməliyyat sistemləri artıq MeeGo adı altında olacaq.

İki şirkətin birgə təqdimatı olacaq əməliyyat sistemi görək nələri ilə diqqət çəkəcək. Ancaq mən şəxsi olaraq ümumiyyətlə bu il Nokia`dan nəsə yenilik gözləyirəm. Çünki, onlar Symbian sistemini də açıq qaynaqlı hala gətirdilər.
Nokia CEOi Olli Pekka`nın da olduğu yığıncaqda yeni əməliyyat sisteminin cib kompüterləri, Netbooklar, tablet kompüterlər, cib telefonları və maşın içi məlumat sistemlərində istifadə edilməsi planlanır.
Başqa bir maraqlı yenilik isə Ericsson`dan olubdu. Sınaq reallaşdıran Ercisson, LTE (4G) əlaqəsində rekord sürətə çatdı. Qurulan əlaqə, saniyədə 1 GB sürətinə qədər yüksəldi.

Samsung`un telefonu da pis deyil. Twitterdən də yazmışdım. Yaxşı telefona oxşayır. Wave S8500 markalı ağıllı telefonda yeni əməliyyat sistemi olan Bada istifadə olunubdu. Bu sistem də Samsungun yeni məhsuludur. Yaxşı xüsusiyyəti isə falsh dəstəyi olmağıdır. Apple`dan fərqli olaraq Adobe ilə arasını yaxşı saxlayan Samsung, bu telefonu sayəsində flash developerlərinində sevimlisi olacaq.

Motorola isə deyəsən Androidin xeyrini görür. Ona görə də bu əməliyyat sistemi ilə işləyən telefonlarının sırasına yenilərini əlavə edir. Bu tədbirdə isə Motorola Cliq XT və ya Avrapa'dakı adı ilə Quench təqdim edibdi.

Bu yuxarıda sadaladıqlarım sadəcə mənim diqqətimi çəkən, mənə maraqlı olanlardır. Daha ətraflı öyrənmək istəsəniz, tədbirin gedişini izləmək istəsəniz blogunu məsləhət görə bilərəm.




Şərhlər (6)
RSS yığmaq / açmaqShaig
rashadaliyev
Millenium
Android haqda mən maraqlı bir yazmışdım. Maraqlananlar ousun I)
Amma Nokia-nın İntel-lə əlbir olması heçdə yaxşı nəticə verməyəcək :(
Millenium
Məni maraqlandıran Microsoft`un telefonu oldu. Tanıtım rolikində insan əli olmadığına görə telefonun ölçüləri barədə məndə təəsürat yaranmadı. Görən Nexus One və iPhone`dan böyükdürmü? qalınlığı nə qədərdir, bilən var? Əgər basic axtarış olan Bingi istəyə bağlı olaraq dəyişmək mümkündürsə onda nəsə rəğbət bəsləmək olar. Yoxsa belədə çox uduzar
Sadig
Məncə Apple sadəcə 1 telefon (iPhone) istehsal etdiyinə görə keyfiyyətli görsənir. O da Nokia, Samsung, Siemens, Motorola və digrləri kimi bir neçə model istehsal etsəydi onda fərq hiss olunardı. Apple-dən iPhone dən başqa heç bir yenilik gözləmək lazım deyil. iPhone 3Gs -də elə iPhone 3G ilə eyni şeydir. Sadəcə əlvəllərdə olan və gizli saxlanılan bəzi funksiyalar açılıb və bir neçə çipset yeniləri ilə əvəz olunub :)
iPhonu JailBreak-la sındıranlar bunlara öz gözləri ilə şahid olublar. Amma əgər Windows 7 Windows Mobile 6 kimi tormoz olacaqsa, onda heç yeri yoxdur. Google Android olan Samsung telefonları artıq Bakıdada satılır. 1-2 Motororolada var. Amma Androidin Fayl sistemi biraz qəlizdir. Linuks-un hüquqlarına bir çox adi telefon istifadəçiləri öyrənə bilmir.
Mən videodakı bəzi məqamlara və elementlərin ölçüsünə fikir verdim. Və eləcədə öz 5800-umu yadıma salıb ölçüləri ekrana görə müqaisə elədim. Qalınlığı deyə bilmərəm, amma enliiyi iPhondan biraz kiçik, 5800 və N97-dən böyük olacaq. Uzunluğu isə Nokia X6 kimi olacaq. Amma burdada Microsoft Symbian-ın bəzi elementlərini oğraylb. :) Hələ iPhonunkuları demirəm ;)
Necə deyərlər, vaxt hər şeyi ğzü göstərəcək. Yaşayaq və görək nə baş verir :)
Millenium