Mobil Texnologiya → “Eurovision” müsabiqəsi ərəfəsində iPhone,iPad və iPodTouch üçün pulsuz Azerbaijan Pages proqramı yaradılmışdır
Press-reliz: Azərbaycanın mobil proqramların hazırlanması üzrə mütəxəssisləri iPhone, iPad və iPodTouch mobil qurğuları üçün nəzərdə tutulan pulsuz Azerbaijan Pages proqramını işləyib hazırlamışlar. Azerbaijan Pages proqramı interaktiv biznes-kataloqu və elektron xəritəni daxil edir, və Azərbaycan, İngilis və Rus dillərində çalışır. Qeyd etmək lazımdır ki, proqram artıq Apple onlyan-mağazasında yerləşdirilmişdir. Azerbaijan Pages kataloqunda muzeylər və teatrlar, kafe və restoranlar, mehmanxanalar, gecə klubları və kinoteatrlar, butik və fitnes klubları, bank və bankomatlar, dövlət idarələri, müxtəlif məhsul və xidmətlərin istehsalçıları və distribyutorları haqqında məlumat yerləşdirilmişdir. Azerbaijan Pages həm internetlə, həm də internetsiz çalışa bilir. Kifayyət edir ki, bir dəfə programı aktiv qoşulma ilə açasınız, və o yenilənmiş məlumatları yükləsin, gələcəkdə isə həmin məlumatları istifadə edə biləcəksiniz.
Bundan əlavə, internet bağlantısından istifadə etməklə qurğuya quraşdırılmış GPS vasitəsilə istənilən obyektə marşrut çəkə bilərsiniz. Proqram kataloqda olan istənilən nömrəyə zəng etməyə, qısa mesaj göndərməyə, veb səhifələri nəzərdən keçirməyə və sosial şəbəkələrdə yazılanları oxumağa imkan verir.
Layihənin rəhbəri Zaur İsmaylovun sözlərinə görə, sözügedən proqram 2011-ci ildə Turizm İli çərçivəsində müstəqil proqramçılar qrupu tərəfindən işlənib hazırlanmışdır. Z.İsmaylov qeyd etdi ki, Azerbaijan Pages proqramı Apple mobil qurğuları üçün nəzərdə tutulan ilk bu növ peşəkar Azərbaycan proqramıdır. Azerbaijan Pages həm azərbaycanlı istifadəçilər, həm də ölkənin qonaqları üçün rahat bir alətdir. “Eurovision” müsabiqəsinin Bakıda keçiriləcəyi müddətdə bu məhsul minlərlə xarici qonaqlar arasında xüsusi atuallıq qazanacaq.
Rəsmi sayt:
Layihənin Facebook sosial şəbəkəsindəki səhifəsi:
Proqramı yükləməl üçün link:




Şərhlər (0)
RSS yığmaq / açmaq