Mobil Texnologiya →  Samsung Bada ilə İntel Tizen birləşir


Nokianın Maemosu ilə İntelin Moblin əməliyyat sistemi ilə birləşdirilərək yaradılan MeeGo-nu, Microsoft üçün tərk edən Nokiaya qarşı İntel çox qəzəbli idi.

İntel platformanın inkişafına tək başına davam edəcək gücdədir. Ancaq mobil cihazlarda daha geniş yayıla bilməsi üçün ağıllı telefon istehsalçılarından kimləsə əməkdaşlıq etməyə ehtiyacı vardı. Bildiyiniz kimi, MeeGo-nun adını dəyişərək Tizen edərək yola davam edirdi.

2010-cu ildə Samsungun orta və alt səviyyə telefonlarında istifadə etdiyi Bada əməliyyat sistemi, ikinci nəsili ilə birgə geniş bir marketə, çoxlu əməliyyat qabiliyyətlərinə və daha çox Androidə bənzər, gerçək bir əməliyyat sisteminə yaxınlaşdı.

Tizen ilə birləşdiriləcək olan Bada, əvvəlki versiyalarla inteqrasiyalı olacaq. Yəni Bada tətbiqləri (applicationları), Tizendə işləyəcək. Bu il Tizenli 1-2 ağıllı telefon çıxaracaqlarından bəhs edən Samsung, mövcud Badalı telefonların yeni versiyaya «update» edilib-edilməyəcəyi barəsində isə açıqlama yoxdur.
Paylaş :
  • 0
  • 16 января 2012, 02:09
  • Weboxu

Şərhlər (0)

RSS yığmaq / açmaq

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.