Reytinq
0.00
səsıər:
0
avatar

Mobil Texnologiya  



Mobil Texnologiya →  “Eurovision” müsabiqəsi ərəfəsində iPhone,iPad və iPodTouch üçün pulsuz Azerbaijan Pages proqramı yaradılmışdır

Press-reliz: Azərbaycanın mobil proqramların hazırlanması üzrə mütəxəssisləri iPhone, iPad və iPodTouch mobil qurğuları üçün nəzərdə tutulan pulsuz Azerbaijan Pages proqramını işləyib hazırlamışlar. Azerbaijan Pages proqramı interaktiv biznes-kataloqu və elektron xəritəni daxil edir, və Azərbaycan, İngilis və Rus dillərində çalışır. Qeyd etmək lazımdır ki, proqram artıq Apple onlyan-mağazasında yerləşdirilmişdir.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  3Gmax üçün @Azercell -in mi-fi cihazı - #unboxing


Həftənin birinci günü (23 yanvar) Azercell əməkdaşları tərəfindən bizə (Fərhadla mən) 3Gmax üçün «3G GSM Wireless Router Mobile Hotspot WiFi» qısaca Mi-Fi cihazı verildi. Cihazlar satışdan qabaq təqdim edilmişdi. 2 gün ərzində bir qədər test etdim. Hələki çox gec olmadan istifadə təcrübəm barədə qeydləri etmək istədim. Çünki, sosial mediada test barədə yazdıqda suallar verilir.
İlkin təcrübələrimdən sonra, qarşıma qeyd etməyə maraqlı nəsə çıxdıqca onları da şərhlərdə bölüşəcəm. Nəsə xüsusi bir təcrübə əldə etsəm də haqqında post yazaram.
Başlayacaq necə deyərlər "Unboxing«dən. Bu demək olar ki, mənim cihazları ilk „Unboxing“ postumdu.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  Blackberry-nin CEO-ları vəzifədən ayrıldı


Kanadanın gündəlik iqtisadiyyat qəzetlərindən Financial Post, ayın əvvəlində yayımladığı xəbərdə, çətin günlər keçirən RIM-də, iki şirkət qurucusunun vəzifələrini professional idarəçilərə vermələri ilə bağlı təzyiq altında olduqlarını yazmışdı və «yaxında Lazaridis və Balsille vəzifələrini buraxacaqlar» deyə iddia etmişdilər.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  Samsung Bada ilə İntel Tizen birləşir


Nokianın Maemosu ilə İntelin Moblin əməliyyat sistemi ilə birləşdirilərək yaradılan MeeGo-nu, Microsoft üçün tərk edən Nokiaya qarşı İntel çox qəzəbli idi.

İntel platformanın inkişafına tək başına davam edəcək gücdədir. Ancaq mobil cihazlarda daha geniş yayıla bilməsi üçün ağıllı telefon istehsalçılarından kimləsə əməkdaşlıq etməyə ehtiyacı vardı. Bildiyiniz kimi, MeeGo-nun adını dəyişərək Tizen edərək yola davam edirdi.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  Ericsson-suz ilk Sony-nin adı Xperia S oldu


Sony-nin Ericsson-dan ayrıldıqdan sonra, öz adı ilə bazara çıxaracağı ilk ağıllı telefon Sony Xperia S, dünən Las Vegasda təşkil edilən CES 2012 Sərgisində tanıdıldı.
Xperia NXT (Gələcək Nəsil) silsiləsindən olan Xperia S, 1.3 GHz cüt nüvəli prosessor və 32 GB daxili yaddaşa sahib. 12 MP-lik arxa kameranın olduğu ağıllı telefonun ön qisimində də 1.2 MPlik bir kamera var. Xperia S, 128 x 64 x 10,6 mmlik ölçüyə və 144 qram ağırlığa sahib olacaq. Ağıllı telefonun 4.3 düymlük sensorlu ekranı, Mobilə Bravia Engine texnologiyasına və 1280 x720 həllolma əmsalına sahibdir.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  Bakcell "Opera Mini" və Azercell pulsuz "Samsung" telefonlarının tanıtımları


GSM Operatorları istifadəçiləri üçün xüsusi güzəşt kampaniyalarını keçirirlər.
Bildiyiniz kimi, Bakcell «Opera» ilə yeni əməkdaşlığa başlamışdı. Həmin əməkdaşlıq çərçivəsində, Opera Mini-ni artıq tanıtmağa başlayıb. Bu münasibətlə də, Opera-nın səhifələri sıxışdırmağı və qənaətindən bəhs edən video rolik hazırlayıb.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 26 декабря 2011, 17:51
  • Weboxu
  • 3+3

Mobil Texnologiya →  2011-ci ilin mobil təhlili

Mobile Future 2011-ci il üçün mobil təhlil hazırlayıb. Videoda 2011-ci ildə olanlar barədə qısa məlumatlar var:

Facebook Mobilin istifadəsinin bu il 166% artması ilə 350 milyon mobil istifadəçinin olması, günə 103 milyon wireless tweet göndərilməyi, 1 milyard foursquare check-in edilməsi, hər saniyə 26 instagram fotosu, hər 1 milyard mobil app endirilməsi bunlardan bəziləridir.
Paylaş :

Mobil Texnologiya →  3G xidməti üzrə @Azercell "3Gmax" və @Bakcell "Sür@" [video]


Bildiyiniz kimi bu gündən etibarən artıq Bakcell-in də bu xidməti verməsi ilə, Azərbaycanda bütün mobil operatorlar öz abonentlərinə 3G mobil internet texnologiyasından istifadəni təklif etmyə başladılar. Gün ərzində artıq mobil operatorların qiymətləri qarşlaşdırımışdı. Ümumi mənzərədə Bakcell-in mobil internet tarifləri daha sərfəli görünür. Ancaq iş təkcə qiymətdə deyil. Xidmətin aktiv edilməsindən sonra bu gün işdə iki yeni lisenziya qazanmış Azercell ilə Bakcell-in sürətlərini qarşılaşdırdıq. Qarşılaşdırma zamanı istifadə edilən telefonlar eyni marka idilər — HTC Desire HD. Hər iki operatorda rabitə növü olaraq 3G işarəsi yox, telefonda H işarəsi görsənirdi. Qarşılaşdırmanı videoya çəkdik. Həmin videonu paylaşıram:


( Ətraflı oxuyun )
Paylaş :
  • +4
  • 23 ноября 2011, 23:04
  • Sadig
  • 6+6

Mobil Texnologiya →  Facebook-un Android telefonu?


Ortaya çıxan söz-söhbətlərə görə Facebook ağıllı telefon üzərində çalışır. İstehsalını HTC-nin boynuna götürəcəyi telefon Android əsaslı lakin Facebook tərəfindən xüsusiləşdirilmiş bir əməliyyat sistemi istifadə edəcək. Hal-hazırki məlumatlara görə kod adı Buffy olaraq keçən telefonun HTML5 dəstəyinin daha ciddi olacağı və Facebookdakı oyunları, tətbiqləri işlədəcəyi deyilir.

Bu barədə hələ Facebook tərəfindən rəsmi bir açıqlama gəlməyib. Yalnız razılaşmanın olduğu və dəqiqləşməyə başladığı, buna görə də içəridən birinin belə bir məlumatı sızdırdığı təxmin edilir. Analistlere görə telefonun çıxış tarixi üçün təxminən 1 il kimi bir müddət gözləmək lazım olacaq.
Paylaş :

Mobil Texnologiya →  Google, Androidlərdə istifadə edilən "pattern unlock" patentini aldı


Apple-dan sonra Google da öz mobil əməliyyat sistemi Androiddə istifadə edilən ekran kilidi açma üsulunun patentini aldı. Bundan sonra Google-un icazəsi olmadan bu üsul istifadə edilə bilməyəcək.

İndiki vaxtda bir çox Androidli telefon istehsalçısı tərəfindən istifadə edilən bu ekran kilidi açma üsulu, əməliyyat sisteminin menyusunda var. İstifadəçiyə öz istədiyi fiquru çəkərək onu ekran kilidi kimi istifadə etməyə imkan verir.

( Ətraflı oxuyun )
Paylaş :