Microsoft →  Microsoft, Adobe-u satın ala bilər


İnformasiya sektoru önümüzdəki dövrdə nəhəng bir satın almağa səhnə ola bilər. Tərəflərdən biri Microsoft, digəri isə Adobe-dur. Yəqin ki, satın alacaq və alınacaq tərəflərin hansı olduğu kifayət qədər açıqdır.

New York Times-a görə, Microsoft ilə Adobe-un reallaşdırdığı görüşdə danışılan mövzulardan bir dənəsi də bu imiş. Bu cəhdin gerisində yatan səbəb isə, mobil sektorda gedərək daha çox söz sahibi olmağa başlayan Apple-ın qarşısında dayana bilməkdir. Təbii Google və Androidi də unutmayaq.

Əslində bir o qədər də təəccüb doğrultmamalı olan bir xəbədir. Nə qədər də olmasa Microsoft üçün mobil bazarda işlər qətiliklə istənilən kimi getmir. Hətta bu müvəffəqiyyətsizlik, Ballmerin illik mükafatına da təsir etmişdi.

Qaldı ki yaddaşımızı bir az təzələsək, bundan 5 il qədər əvvəl yenə eyni söz-söhbətin bir bənzərinin çıxdığını da asanca xatırlayarıq. O zamanlar Adobe-la birləşməyi planlayan Microsoft monopoliyada günahlandırılmaqdan çəkinmişdi və bu qərardan yayınmışdı.

Yeri gəlmişkən Microsoftun Silverlight deyilən flash alternativi var. Birləşmə halında onun aqibəti necə olacaq maraqlıdır.
Paylaş :
  • 0
  • 10 октября 2010, 23:10
  • Weboxu

Şərhlər (3)

RSS yığmaq / açmaq
+
0
Əgər birləşmə olarsa, ortaya çıxan məhsullar maraqlı olar. Çünki, Adobe texnologiyalarında Microsoftun .NET ailəsini dəstəkləyən heç bir funksianallıq yoxdur. Məncə Silverlight və Adobe CSə oxşayan Microsoft Expression studio .NET ailəsinin bir parçası olduğuna görə heç də Abode mallarına alternativ sayıla bilməz. Adobenin malları ayrı bir standartdır, heç kimdən asılılığı olmayan. İnanmıram bu qədər vaxtdan sonra Microsoft üçün işləsin.
Bir də Adobenin mobil bazara nə dəxli var? Mən biləni flash player və .pdf reader kimi proqramlar bütün mobil əməliyyat sistemlərində dəstəklənir.Adobe Microsoftun olandan sora elə edəcək ki, iOS və Android-də işləməsin? :P
avatar

Skier_nz

  • 11 октября 2010, 09:50
+
0
Bu sadece cefengiyyatdi.2009-2010 iller ucun cox sirket gerilemisdi ancaq Adobe Apple kimi karini artiran sirketlerden biri olmusdur.inanmiram ki bele bir satin alma bas versin.Birdeki full flash supportu olan(flash v10,1) android v2.2dir ve maemodur(n900).EGER bu versiyani yukseltsek ve yalniz WP7-e destek verse bir muddetlik olsa da diger os-ler kenarda qalacaq.Halhazirda ios-da full flash support yalniz jailbreak hesabina etmek olur(apple ile adobe arasinda soyuq munasibetin olmasini yaxsi bilirik.)
avatar

VusalMedia

+
0
Adobe-un mobil bazara birbaşa dəxli düzdü yoxdu. Ancaq flash dəstəyinə görə Apple ilə aralarında soyuq müharibə var buna görə yaxınlaşmada mobil tərəfdən dəstək almaq bir bahanə kimi qiymətləndirilir. Adobe microsoftun olsa əlbəttə sərf eləməz digərlərində işlətməmək. Sadəcə WP7 -də develope üçün əlavə üstünlüklər gətirilə bilər.

Amma Microsoft bunu eləsə, Silverlight elə uşaq vaxtı öləcək.

avatar

Shaig


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.