Microsoft → Artıq browser seçim hüququ sərbəst olacaq

Son zamanların browser dərdi artıq öz həllini tapacaq kimi görsənir. Xüsusilə Google və Çin arasında yaşanan browser söz-söhbətlərindən sonra Internet Explorer barəsində çox ciddi ittihamlar irəli sürülmüşdü. Nəticədə IE6`nı artıq Google öz məhsullarında dəstək verməməyə başladı. Sonra Almaniya və Fransa hökümətləri rəsmi şəkildə Explorerdən istifadə etməməyi tövsiyyə etdi. Elə bizim yerli internet saytları da bu barədə bəzi addımlar atdılar. Gedərək də öz nəticəsini verməyə başlayır. Digər bir tərəfdən isə Avropa Komissiyası, Microsoftun İnternet Explorer ilə monopoliya meydana gətirməyə çalışdığı iddiasıyla bir araşdırma başlatmışdı. Yəni hər tərəfdən sıxışdırılan Microsoft qərar gəlibdiki bundan xilas olsun. Belə ki, gələn həftədən 12 browser arasından seçim eləmək imkanı olacaq istifadəçilərin. Windows XP, Windows Vista və Windows 7`də belə bir imkanı yeni update ilə istifadəçilərə təqdim edən Microsoft ilk əvvəl bunu İngiltərə, Belçika və Fransada edəcək. Mart ayının ilk 10 günlüyündə isə bütün Avropanı əhatə etməyi düşünür. Ancaq Amerikada hələ ki bu tətbiq olunmayacaq. Ən azından bu haqda nəsə məlumatım yoxdur — heç yerdən oxumamışam.




Şərhlər (9)
RSS yığmaq / açmaqSadig
Elliot
Shaig
Elliot
Sonra MSN istifadəsi zamanıda İnternet Explorer təbliğ olunur. Dİgər tərəfdən bir çox insanın internetin iconunu belə Explorer iconu ilə eyni gördüyünü nəzərə alsaq, o zaman bu tamamilə məhv olmayacağını görmək olar. Yəni azalmağına azalar, ama bu İE`nin sonunu gətirməz. Mən o nöqteyi nəzərdən deyirəm =).
Shaig
Shaig
Shaig
qar6
Sadig