Microsoft →  Azərbaycanda Microsoft İnnovasiyalar Günü və “e-İmza” layihəsinin rəsmi təqdimatı keçirilecek


Press-reliz: Microsoft korporasiyasının qlobal təşəbbüsü olan İnnovasiyalar Günü 3 may tarixində Bakının Park İnn otelində keçiriləcək. 2011-ci ilin ən iri tədbirlərindən biri İnnovasiyalar Günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Microsoft Azərbaycan, həmçinin Azərbaycanın Ultra və Azerin şirkətləri tərəfindən birgə təşkil olunacaq.

Tədbir zamanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “e-İmza” layihəsinin rəsmi təqdimatı keçiriləcək. Həmin layihə çərçivəsində Azərbaycanda elektron imzanın geniş şəkildə tətbiqi üçün Microsoft texnologiyası bazasında müvafiq platform yaradılıb. Qeyd etmək lazımdır ki, sözügedən layihə Azerin, Microsoft Azərbaycan və Ultra şirkətlərindən ibarət konsorsium tərəfindən reallaşdırılıb.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, Azərbaycanın aparıcı şirkətlərinin rəhbərləri, həmçinin informasiya texnologiyaları sahəsinin mütəxəssisləri.

Qeyd edək ki, Microsoft İnnovasiyalar Günü Azərbaycanda ənənəvi olaraq 2007-ci ildən keçirilir.
Paylaş :
  • 0
  • 28 апреля 2011, 12:54
  • Weboxu

Şərhlər (2)

RSS yığmaq / açmaq
+
0
Böyük bir zəhmətin təqdimatı…
avatar

malikrashidov

+
0
Zəhmət sizlikdirsə niyə Microsoftun PR-ı daha güclü gedir. Press-reliz onların adından göndərilir? Burada əsas olacaq hadisələrdən biri e-imza təqdimatıdır ancaq bu haqda geniş məlumat verilmir?
avatar

Shaig


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.