Reytinq
0.00
səsıər:
0
avatar

Microsoft  



Microsoft →  Windows Live Messenger, köhnə adıyla MSN`in yeni versiyası gəlir


Köhnə adıyla MSN, indiki adıyla Windows Live Messenger olan platforma, dördüncü versiyası 2010 ilə anlıq mesajlaşma hadisəsinə fərqli bir ölçü qatmağa çalışacaq kimi görünür. İlk olaraq, kontakt siyahılarınızın olduğu pəncərənin dəyişmiş olduğu gözümüzə çarpır. Sol tərəfində yeni bir pəncərə olan Live Messenger 2010, Facebook, Twitter və Blog saytlarınız ilə inteqrə olacaq. Qısacası Live Messengerin 2010 versiyası hamı üçün maraqlı olacaq. Onu deyimki indiki versiyası çox problemli olmuşdu. Hər kəs çox əziyyət çəkir. Mənim özümə də çox problem yaşadır bu versiyası. Görək yeni versiyası necə olacaq.
Yeni versiyanın ilkin görüntüsü:
Paylaş :
  • 0
  • 12 декабря 2009, 15:34
  • Shaig
  • 4+4

Microsoft →  Silverlight dəstəkli Bing Maps


Microsoft`un, Silverlight texnologiyasıyla dəstəklədiyi Bing Maps, Bingin ana səhifəsinə yerləşdirildi. Bing Maps, Google Mapsa rəqib ola biləcəkmi?

Microsoftun axtarış mühərriki Bing, Silverlight texnologiyası dəstəkli xəritə xidmətinə sonunda qovuşdu. Silverlight texnologiyasının nemətlərindən faydalanan Bing Maps, Googlenin xəritə xidməti Google Mapsa rəqib olaraq müvəffəqiyyətli olmağı qarşısına məqsəd qoyur. Sentyabr ortasında açıqladıqlarından bəri maraqla gözlənilən Bing Maps, xəritə xidmətiylə birlikdə bir çox yeniliyi əhatə edir. Google Mapsdakı StreetView`ə qarşılıq gələn Streetside xüsusiyyətinə sahib olan Bing Mapsın, restoran, alver mağazaları, park yerlərini göstərən xidmətləri də mövcud olacaq.


( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 4 декабря 2009, 09:30
  • Shaig
  • 8+8

Microsoft →  Silverlight 4 Beta yayımlandı


Adobe Flash`a rəqib olaraq Microsoft tərəfindən çıxarılan Silverlightın dördüncü versiyası beta olaraq yayımlandı. Xüsusilə veb tətbiqlərindəki(applications) performansıyla diqqət çəkən Silverlight texnologiyası sayəsində, browserinizin vizual qabiliyyətləri artır.

Windows`la birg', MAC OSLinuxa da uyğun olan Silverlight 4 Beta ilə birgə, Google Chrome OS dəstəyi də gəlir. Bu gün açıqlanan proqramın xüsusiyyətlərindən bəziləri belədir:


( Ətraflı oxuyun )
Paylaş :

Microsoft →  Microsoft bir sıra server və müştəri məhsullarını təqdim etdi


Microsoft şirkətinin proqramçılar üçün keçirdiyi Professional Developers Conference (PDC) konfransında bir sıra server və müştəri məhsullarının buraxılması haqda bəyan edildi. Həmin məhsullar istifadəçilər tərəfindən sərbəst şəkildə sınaqdan keçirilə bilər. Konfransın ilk günündə Windows Azure platforması təqdim olundu. Microsoft şirkətinin proqram təminatlarının hazırlanması üzrə baş arxitektrou Rey Ozzinin (Ray Ozzie) sözlərinə görə, Windows Azure və SQL Azure məsafədən hesablama aparmağa imkan verən “bulud” servislərinin inkişafı strategiyası üçün əsas komponent hesab olunurlar. Şirkət həmçinin proqramçılara Microsft həlləri əsasında yeni məhsulları hazırlamağa imkan verən Windows Azure platformasının bir sıra yeni funksiyalarını, Windows Server-in yeni imkanlarını və digər işləmələrini təqdim etdi. “Bulud” hesablamalarının yeni platforması Microsoft.NET Framework və Visual Studio kimi texnologiyaları tətbiq etməyə imkan verir, həmçinin internet vasitəsilə uzaqda yerləşən serverlərə müxtəlif giriş standartlarını dəstəkləyir. Microsoft şirkəti Windows Azure platformasına əlavə olunacaq üç yeni servisi təqdim etdi:


( Ətraflı oxuyun )
Paylaş :

Microsoft →  Office 2010 rəsmi Beta testləri başladı


Microsoft Office 2010 Betanı rəsmi şəkildə test etmək üçün istifadəçilərə açdı. İndiyə qədər internetdə leqal olmayan yollarla beta versiyaya baxmaq mümkün idi. Qeyd edimki, bundan əvvəl rəsmi təqdim olunmamış Office 2010`da olan təhlükəsizlik problemləri deyilənə görə bunda yoxmuş. Windows Live hesabı olan istifadəçilər Office 2010`u 32 və 62 Bit olaraq endirib test edə bilərlər. Proqram Windows XP, Vista, Windows 7`də işləyir. Microsoft`un Office 2010 məhsulu ilə birgə, SharePoint Server 2010, Visio 2010, Project 2010, Microsoft Office Mobile 2010Office Web Apps yekləyib test edə bilərsiniz. Buradan yükləyə bilərsiniz+.
Paylaş :

Microsoft →  Windows 7 batareya ömründən yeyir


Windows 7in dizüstü kompüterlərdə, heç olmasa çox nüvəli prosessoru olan kompüterlərdə, batareyaların (nisbətən) daha uzun dözməsinə köməkçi olduğunu (ya da heç olmasa belə bir iddia olduğunu) bilirdik. Yaxşı, çox nüvəli prosessorla filan işi olmayan mini dizüstülərlə necə dolanır? «Laptop» jurnalı bu problemin cavabını araşdırıb və çox müsbət nəticə əldə etməyibdi.


( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 15 ноября 2009, 11:53
  • Shaig
  • 2+2

Microsoft →  Microsoft şirkəti Windows 7-nin hazırlanmasını yekunlaşdırdı

Azərbaycan dilli versiyanın buraxılması gözlənilir.
Bu gün Microsoft korporasiyası Windows 7 əməliyyat sisteminin buraxılması haqqında bəyan etdi. Windows 7-nin ideyası çox sadədir: kompüter ilə işi əvvəlkindən daha asan etmək. “Windows 7 ilə kompüterlər üçün xoş zamanlar gəldi. Windows 7 ilə siz həyat tərzinizə tamamilə uyğun olan kompüterə sahib olacağınıza əmin ola bilərsiniz”, deyə Microsoft korporasiyasının baş direktoru Stiv Balmer qeyd edir. Yeni əməliyyat sistemi təkmilləşdirilmiş və səmərələşdirilmiş interfeysi və gündəlik iş fəaliyyətini daha xoşagələn və sürətli edən keyfiyyətcə yeni xüsusiyyətləri təqdim edir.

Microsoft Azərbaycan şirkətinin baş direktoru Teymur Axundov qeyd etdi ki, Windows 7-nin buraxılması bu əməliyyat sisteminin üstünlüklərini qiymətləndirməyə imkan verəcək. “Azərbaycanlı istifadəçilər yeni əməliyyat sisteminin tamamlanmış versiyasını almaq üçün imkan əldə edirlər. Windows 7 məhsulunu yaradarkən Microsoft şirkətinin dizaynerləri və mühəndisləri tərəfdaşlarla və son istifadəçilərlə sıx əməkdaşlıq edirdi ki, onlar yeni əməliyyat sistemini necə təssəvvür etdiklərini bildirsinlər. Microsoft Azərbaycan şirkəti Windows 7 məhsulunu 4 noyabr tarixində Bakıda başlayacaq yubiley BakuTel sərgisində təqdim edəcək. Bundan əlavə yeni ƏS-in Azərbaycan dilinə tərcümə edilməsi üzrə işlərə də artıq başlanılmışdır”, deyə Teymur Axundov qeyd etdi.


( Ətraflı oxuyun )
Paylaş :

Microsoft →  Microsoft yeni Windows phone telefonlarını təqdim edir

Microsoft şirkəti yeni Windows phone telefonlarının dünya bazarına buraxılmasını bəyan etdi. Sözügedən Windows phone telefonları müxtəlif çeşid və qiymətlərlə təklif olunur. Windows phone ilə istifadəçilər öz telefonlarını bir barmaq toxunuşu ilə idarə edəcək və əla mobil brauzeri ilə İnternet səhifələrini nəzərdən keçirə biləcəklər. Həmin telefonların istifadəçiləri həmçinin iki yeni xidmətə qoşulmaq imkanını da əldə edəcəklər. Həmin xidmətlər bütün məlumatların ehtiyat nüsxələnməsini həyata keçirməyə, həmçinin telefonda olan məlumatları şəbəkə çərçivəsində bölüşməyə və Windows Marketplace-da bir sıra faydalı proqramları əldə etməyə imkan verir. Microsoft şirkəti ümid edir ki, şirkətin tərəfdaşları 2009-cu ilin sonunadək 20-dən çox ölkəyə 30-dan çox yeni telefon növlərini təchiz edəcəklər.


( Ətraflı oxuyun )
Paylaş :