Microsoft → Microsoft korporasiyası Azərbaycanın İT-mütəxəssisləri üçün bulud hesablamaları üzrə seminar keçirmişdir
Press-reliz: Microsoft korporasiyası Azərbaycanda informasiya texnologiyaları sahəsində çalışan mütəxəssislər üçün seminar keçirmişdir. Seminar Bakıda keçirilən Beynəlxalq Bakutel 2011 sərgisi çərçivəsində təşkil olunmuşdu. Seminarın məqsədi Azərbaycan mütəxəssislərini Microsoft-un Windows Phone, Windows Azure kimi son məhsullarılə, həmçinin HTML 5.0 ilə tanış etmək idi.
Microsoft şirkətinin nümayəndələri Microsoft-un “bulud” platformu — Windows Azure haqda danışdılar. Windows Azure hesablama servislərini, saxlama servislərini və “Servis kimi platforma” (Platform as a Service, PaaS) modelində infrastruktur servislərini təqdim edir. Platfrom üç əsas komponentdən ibarətdir: Windows Azure,Windows Azure və Windows Azure AppFabric.
( Ətraflı oxuyun )
Microsoft şirkətinin nümayəndələri Microsoft-un “bulud” platformu — Windows Azure haqda danışdılar. Windows Azure hesablama servislərini, saxlama servislərini və “Servis kimi platforma” (Platform as a Service, PaaS) modelində infrastruktur servislərini təqdim edir. Platfrom üç əsas komponentdən ibarətdir: Windows Azure,Windows Azure və Windows Azure AppFabric.
( Ətraflı oxuyun )
- 0
- 25 ноября 2011, 14:10
- şərh yaz
Microsoft → Microsoft Bakutel 2011 sərgisində Azərbaycan hökuməti ilə birgə həyata keçiridiyi layihələri təqdim edir

Press-reliz: Microsoft Korporasiyası Bakutel 2011 XVII Beynəlxalq Telekommunikasiya sərgisində Azərbaycanda həyata keçirdiryi layihələri təqdim edir. Layihələr Azərbaycanın milli prioritetlərinə uyğun olaraq elektron hökumət, təhsil sistemi, “rəqəmsal fərq”in aradan qaldırılması, rəqabətə davamlı yerli biznesin inkişafı kimi istiqamətləri əhatə edir.
Elektron hökumət sahəsində Microsoft şirkəti yerli biznes tərəfdaşı olan Ultra şirkəti ilə birlikdə elektron imza layihəsini həyata keçirməkdədir. Elektron hökumət infrastrukturunun komponentlərindən biri sayılan elektron imza Microsoft texnologiyası əsasında yaradılmış və Azərbaycanda dövlət qurumları tərəfindən elektron xidmətlərin göstərilməsi üçün mühit formalaşdırır.
( Ətraflı oxuyun )
- 0
- 23 ноября 2011, 14:09
- şərh yaz
Microsoft → Microsoft şirkəti Bakutel 2011-də

Press-reliz: “Bakutel 2011” XXVII Azərbaycan Beynəlxalq Telekommunikasiya sərgisində Microsoft Korporasiyası Azərbaycan hökuməti ilə birgə həyata keçirdiyi layihələri təqdim edəcəkdir. Microsoft Azərbaycan şirkətindən verilən xəbərə görə, sərgidə Microsoft Korporasiyasının tərəfdaşlığı ilə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən layihələr təqdim ediləcəkdir. Əməkdaşlıq Azərbaycanın milli prioritetlərinə uyğun olaraq informasiya texnologiyalarının elektron hökumət, təhsil sistemi, “rəqəmsal fərqin” aradan qaldırılması, yerli biznesinə effektiv proqram həllərinin təqdimatı kimi istiqamətləri əhatə edir. Microsoft Korporasiyasının stendində həmçinin müxtəlif yeni proqram məhsulları və Windows 7 əməliyyat sisteminin və MS Office 2010 paketinin Azərbaycan dilinə tərcüməsi haqqında geniş məlumat veriləcəkdir.
( Ətraflı oxuyun )
- +1
- 22 ноября 2011, 13:16
- şərh yaz
Microsoft → Azərbaycan müəllimləri və şagirdlər Microsoft korporasiyasının təhsil üçün proqram məhsullarından yararlana biləcək

Press-reliz: Azərbaycan müəllimləri və şagirdlər Microsoft korporasiyasının təhsil üçün proqram məhsullarından yararlana biləcək. Microsoft Azərbaycan şirkətinin təhsil üzrə əməkdaçlıq proqramının meneceri Emin Axundovun sözlərinə görə, Azərbaycanın təhsil sistemində riyaziyyat (MS Mathematics), kimya (MS Chemistry) və astronomiya (MS Worldwide Telescope) fənnlərinin tədrisi zamanı istifadə üçün maraqlı və effektiv proqram əlavələri istifadə edilə bilər. Microsoft Office paketinə daxil olan Word proqramında istifadə üçün nəzərdə tutulmuş həllər tədris prosesini daha maraqlı edir və biliklərin daha effektiv aşılanmasına real kömək edir. Bu proqramlar “2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində ölkənin orta təhsil sistemində geniş tətbiqi nəzərdə tutulmuşdur.
( Ətraflı oxuyun )
- +1
- 21 ноября 2011, 14:08
- şərh yaz
Microsoft → Microsoft da Sosial Şəbəkə hazırlığındadır? [photo]
Bu il, yay fəslinin əvvəlində, Microsofta aid Socl.com ünvanında Microsoft Tulalip adı verilən, Windows Phone interfeysini xatırladan bir test saytı meydana çıxmışdı. Qısa müddət istifadədə qalan saytın ekran görüntüsü bloglarda da yayılmışdı:
( Ətraflı oxuyun )
( Ətraflı oxuyun )
- +5
- 17 ноября 2011, 00:18
- şərh yaz
Microsoft → Microsoft təkrar xəbərdarlıq etdi

Microsoft Windows XP (oxunuş: Maykrasoft Vindous İKS Pİ) istifadə edən istifadəçilər bir daha xəbərdar edildi. İstifadəçilərin bir an əvvəl Windows 7-yə keçmələri lazım olduğunu bildirən Microsoft bu xəbərdarlığı keçdiyimiz aylarda da etmişdi. İyul ayında rəsmi bloq səhifəsində bildirən firma indi də bu xəbərdarlığı təkrarlayır.
İstifadəçilərin Windows 7-yə keçmələri istənir
( Ətraflı oxuyun )
- +1
- 13 октября 2011, 14:42
- 3+3
Microsoft → Microsoft veb əsaslı Windows Phone Marketplace-i istifadəyə verib

Microsoft firması Windows Phone telefonlarına böyük ümidlər bəsləyir. Bütün işlərini gedərək yekunlaşdırmağa başlayır.
Firmanın böyük ümid bağladığı Windows Phone 7.5 Mango update-i daşıyan HTC Radar, Titan, Fujitsu Toshiba IS12T modelləri il sonuna doğru istifadəçilərə təqdim ediləcək. Nokia isə Microsoft ilə ortaqlığı sonrasında bazara çıxaracağı Windows Phone modellərini Oktyabr ayında tanıtmağı planlayır.
( Ətraflı oxuyun )
- +3
- 29 сентября 2011, 16:24
- şərh yaz
Microsoft → Windows 8 planşetlərdə də Flash dəstəyi olmayacaq

Microsoft əzəli rəqibi Apple-ın izindən gedir. Apple-ın çıxardığı heç bir mobil cihazda dəstəkləmədiyi Flash fayllarına bir zərbə də Microsoftdan gəldi. Bu qərar web texnologiyalarında bir dövrün sonu ola bilər.
Apple-ın çıxardığı cihazlara Flash dəstəyi qoymaması davamlı müzakirə edilən bir mövzu olmuşdur. Flash yerinə HTML5 texnologiyasını dəstəkləyən Apple-ın yanında artıq Microsoft da var. HTML5-in bu qədər tez yayılmağına bəlkə də ən böyük səbəblərdən biri məhz Apple-ın izlədiyi yol oldu. Microsoftun Flash-a dəstək verməməsi isə bir növ Flasha rəqib sistemi olan Silverlight-a görə ola bilər. Səbəb nə olursa olsun, nəticə eynidir.
Microsoftdan edilən rəsmi bir elan ilə Windows 8-in içindəki Metro stil Uİ-də İnternet Explorer 10-un Flash fayllarını oxutmayacağı bildirildi.
Bu halda Apple-ın iPad modelləri ilə Windows 8 yüklü satılacaq digər markaların planşet cihazlarında Flash faylları oxudulmayacaq. Hələki təkcə Android OS-li cihazlarda Flash dəstəyi olacaq.
Windows 8-in destkop versiyasındakı İnternet Explorer 10-da isə Flash dəstəyi davam edəcək.
- +1
- 16 сентября 2011, 14:10
- 3+3
Microsoft → Windows 8 yenilikləri və interfeys görünüşləri

Build 2011 konfransı daxilində, Windows 8 barədətanıtım edib. Burada Windows 8 yenilikləri və interfeys görünüşləri təqdim olunub.
Bildiyimiz kimi Microsoft bundan əvvəl də müxtəlif təqdimatlar əsnasında Windows 8in ən qeyd etməyə dəyər xüsusiyyətlərini vurğulamışdı. Bu dəfə isə bütün bunları və daha çoxunu tək başlıq altında yığmış oldu.
Hamısına qısa qısa nəzər salırıq:
( Ətraflı oxuyun )
- +3
- 14 сентября 2011, 11:06
- 5+5
Microsoft → Hotmail dünyanın ən iri elektron poçt xidməti kimi öz 15-illiyini qeyd edir
Press-reliz: 6 iyun tarixdə Hotmail ən iri elektron poçt xidməti kimi öz 15-illiyini qeyd edir. Microsoft Azərbaycan şirkətindən verilən məlumata görə, Hotmail azərbaycanlı istifadəçilər arasında məşhur olan elektron poçt xidmətlərindən biridir. Hazırda Hotmail dünyanın ən iri poçt servisidir – qeydiyyatdan keçmiş istifadəçilərin sayı 360 milyona bərabərdir.
Son 15 il ərzində Hotmail xidmətində aşağıdakı dəyişikliklər edilmişdir:
( Ətraflı oxuyun )
- 0
- 6 июля 2011, 14:49
- şərh yaz



