MEQA şirkəti → MEQA şirkətinin hazırladığı saytlarla bağlı sosial hakinq (social hacking) cəhdi aşkarlanıb.

Avqust ayının 24-də müştərilərimizə şirkətinin adından saxta müraciət ünvanlanmışdır.
Müraciətdə yazılır ki, şirkətimizin hazırladığı saytlarda guya təhlükəsizliklə bağlı kritik problem aşkarlandığından problemin aradan qaldırılması üçün təcili olaraq ünvanında qeydiyyatdan keçirmək lazımdır. Göstərilən ünvanda forma açılır və saytın məzmununu yeniləməklə məşğul olan inzibatçılardan oraya öz məxfi məlumatlarını (ünvanlarını, istifadəçi adı və parolunu) daxil etmələri tələb olunur. Müştərilərimizi inandırmaq üçün yeni yaradılmış saytın (bu sayt elə müraciətin ünvanlandığı tarixdə, yəni 24 avqust 2011-ci ildə qeydiyyatdan keçibdir) baş səhifəsi (yəni ünvanı) MEQA şirkətinin rəsmi saytında yönləndilir.
( Ətraflı oxuyun )
- 0
- 25 августа 2011, 15:51
- 4+4



