Mak.az → Mak.az`da yeniliklər.
Gündəlik daxil olduğum sayt və forumlardandır . Bu gün də Mak.az`ın forumuna daxil olanda , bir sıra yeniliklər olubdu.Əvvəla yenilik nədən ibarətdir onu deyim, sonrada bir iki əlavəm olacaq. Çox sevindirici haldırki saytda şərh sistemi tətbiq edildi. Uzun müddətdir bunu gözləyirdik demək olar ki. Digər bir xoş cəhəti isə ondan ibarətdirki, ayrıca qeydiyyatdan keçmək lazım deyil. Forumda olan hesabla daxil olub, şərh yazmaq kifayət edir. Eyni baza üzərində işləyir. Bundan əlavə tanınmış sosial platformalarda paylaşmaq imkanıda əlavə olunubdu. Bunlar hamsı müsbət cəhətlərdir.
Bəs nələr olsa daha yaxşı olardı?

Deməli saytın eyni sistemdə olmağı çox əla ideyadır. Beləcə saytı getdikcə sosiallaşdırmaq və marketing community`si eləmək olar. Bunun üçün kifayət qədər imkan var. Saytın bildiyim qədəri ilə ümumi interfeysində də dəyişikliklər gözlənilir. Bu zaman da saytın əsas səhifəsinə giriş paneli qoyulsa pis olmaz.
Şərh yazılan zaman isə, bir az daha görünüş cəhətdən baxımlı olmağı yaxşı olardı. Məsələn nik, tarix və şərh yazısı eyni ölçüdədir. Onlar bir az daha fərqlənməlidir. Nümunə üçün Facebook`dakı şərh tipini götürmək olar. Hətta elə oradakı kimi avatarda qoymaq olar. Onsuzda forum istifadəçiləri avatardan istifadə edir.
Digər bir məqam isə, paylaşımla əlaqədardır. Mak.az`da xəbərlərin URL`ları çox uzundur. Əgər başlıqda uzun olsa onda 140 simvolu keçə bilər. Twitter `də paylaşma zamanı da narahatçılıq olar. Bəlkə bunu URL shortenerlər vasitəsilə həll eləmək olardı.
Hələlik ağlıma gələnlər bunlardır. Mak.az`a isə uğurlar, yeniliklərin davamını izləyirik.




Şərhlər (10)
RSS yığmaq / açmaqArtiq commentlerdeki deyishiklikleri reallashdirdim.
Hetta textarea-ni olchusudeyishilebilen etdim. :)
moxito
Shaig
Sadig
moxito
Shaig
IPB-da onun uhcun bir ay oynamaq lazimdir.
moxito
Shaig
Shaig
moxito
Shaig