Kataloq.NET → Ramazan təqvimi
ənənəvi olaraq müsəlmanların orucluq ayı olan mübarək Ramazan ayında İnternet istifadəçilərinə bir hədiyyə hazırladı. Həmişəki kimi bu Azərbaycan İnternetində bir yenilikdir. Belə ki, oruc tutan və namaz qılan İnternet istifadəçilər üçün artıq namaz vaxtlarını və orucluq vaxtlarını kompüterlərində görə biləcəklər. Bu məqsədlə Azərbaycanda ilk dəfə olaraq xüsusi proqram (widget) hazırlanıb.Ramazan widgeti Azərbaycanın bir çox şəhərləri üçün namaz vaxtlarını və orucluğun başlama və bitmə vaxtlarını göstərir. Alarm seçildiyi tərdirdə, namaz vaxtlarında səs siqnalı, orucluq vaxtlarında isə əzan səsi ilə xəbərdarlıq edir. Bundan əlavə hər gün widgeti yükləyən istifadəçilər bir yeni hədis oxuya biləcəklər. Hər iftar vaxtı isə iftardan sonda edilən yemək duasını görmək mümkün olacaqdır.
Widget Miladi və Hicri tarixlərini göstərir və saytda yerləşdirilən bütöv Ramazan ayının təqviminə verilməkdədir.
Azərbaycanda ilk və analoqu olmayan widgeti kompüterinizə yükləyə bilərsiniz…
Bəs yaxşı. Ramazan ayı qurtarandan sonra nə olacaq? O isə növbəti sürprizdir.




Şərhlər (4)
RSS yığmaq / açmaqsimplez
Elliot
kataloq
Kataloq.NET nəzərində tutmağa soz verib.
Yenədə çox sağ olun ;)
Rovshan