İnternet →  Azərbaycan Respublikasının Prezidentinin saytının sosial media ünvanları

Bu gün Facebookda xəbər aldım ki, President.az yenilənib. Sayt əvvəlki versiyasına baxmış daha web 2.0 standartlarına uyğun formaya gəlib. Ən maraqlı hal isə Prezident saytının sosial media hesabları oldu.


Həm Twitter ( @presidentaz ) həm də YouTube ( www.youtube.com/presidentaz ) kanalları var. Son vaxtlarda dövlət başçılarının sosial media xüsusən də Twitter hesabları aktiv istifadə olunur. Bəzən qısa düşüncəlirini media qarşısına çıxıb deməkdənsə sosial mediadan çatdırırlar. Prezidentin sosial media hesabı aktiv istifadə olunsa, sosial medianın da sürətli inkişafı ola bilər. Hələki hesab təsdiqlənmiş hesab deyil. Yəqin ki, qısa müddətdir açıldığına görə. Bir neçə gün ərzində Azərbaycan Prezidentinin Twitter hesabı da təsdiqlənən dövlət və hökümət başçılarının hesabları siyahısına əlavə oluna bilər.
Paylaş :
  • +2
  • 5 июля 2010, 16:17
  • Shaig

Şərhlər (9)

RSS yığmaq / açmaq
+
0
heyif, twitter-e ancaq saytdan xeberler gelir. presidentimizin oz yazilari maragli olardi. goresen yazacaq? :)
avatar

anar

+
+1
Hələki hesab yeni kimi görünür. Bəlkə hesab təsdiqlənəndən sonra nəsə olar.
avatar

Shaig

+
0
Nədənsə inanmıram ki hesabı belə oturan yerdə Tvitterdə təsdiqləsinlər. Hansısa proseduralar var. Ən azı prezident administrasiyandan tvitter ofisinə zəng və s.
avatar

anar

+
0
email address yazılan yerin yanındakı «abunə ol» butonuna basdıqda belə bir alert gəlir
<span class="translation_missing">az, subscriptions, create, thanks</span>
avatar

Ferhad

+
+1
mənə ilk baxışdan Ağ evin saytının əsintilərini xatırlatdı visual olaraq.
avatar

Sadig

+
+1
Tamamilə doğrudur. Xüsusilə footerdə bənzəmə var. Ammaki yaxşı bənzəmədi pis yox.
avatar

Shaig

+
0
Saytın bir də BLOG bölməsi olsaydı çox gözəl olardı! Ordan prezidentin xalq ilə olan ünsiyyəti və müəyyən açılışlar və s. iştirak etməsi aktiv olaraq hər kəsə çatdırıla bilərdi. Bu çox effektiv olar düşünürəm…
avatar

rashadaliyev

+
0
İki gün bundaq qabaq girmişdim köhnə versiyada idi. Deməli, artıq dəyişiblər dizaynı. Amma deyəsən çoxda dəyişiklik olmayıb.Əvvəlkinə bənzərlik var sanki.Maraqlıdır, görəsən niyə facebook səhifəsini yerləşdirməyiblər.
avatar

Tural

+
0
Azərbaycan tezliklə YouTube-a əlvida deməsə yaxşıdı.
avatar

MRenat


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.