İnternet → Sosium-sosial bloq yazıları müsabiqəsinin nəticələri

Press Reliz: “Sosium”-sosial bloq yazıları müsabiqəsinin qalibləri elan olundu.
Müsabiqənin qaliblərini elan etmək və mükafatlandırmaq üçün 1 iyul tarixində Media Mərkəzdə tədbir keçirilib.
Tədbirdə YazYay Məktəbi və Sosium müsabiqəsi haqqında ətraflı məlumat verilib. Müsabiqənin qalibləri elan olunaraq onlara pul mükafatları və diplomlar təqdim olunub.
Müsabiqənin münsifləri jurnalist və Yeni Media mütəxəssisi Zeynal Məmmədli, bloqerlər Əli Novruzov, İlqar Mirzə, jurnalist/bloqerlər Azər Nəzərov və Xanım Cavadovadır.
Müsabiqənin qalibləri:
I Yer Cavid Quliyev — Baki üçü birində?!
IIAynur Məmmədova-Durnalar qayıdanda, dəniz də qayıdar geri…
III Aygül Salehova — Yalnız BİZ söndük. Bəziləri onsuz da…
IV Rüfət Abdulla — Şəhərimiz ağ günə çıxdı-
V Tural Babayev – Düzbucaqlının yumruya öyrətdikləri
Sosium-sosial bloq yazıları müsabiqəsi iyun ayının 1-ndən 21-nə kimi davam edib və müsabiqədə ümumilikdə 69 müəllif tərəfindən 81 bloq yazısı iştirak edib. Müsabiqənin məqsədi gənclər arasında sosial bloqçuluğu inkişaf etdirməkdir. Sosium.com kollektiv sosial bloq yazıları saytıdır. Hər bir bloqer qeydiyyatdan keçərək öz bloq yazısnı saytda asanlıqla yerləşdirə bilər.
Layihənin donoru Açıq Cəmiyyət İntitutu Yardım fondudur.




Şərhlər (2)
RSS yığmaq / açmaqTuralfot
Strange