İnternet → Azərbaycanın elektron ticarət portalının təqdimat mərasimi keçirilib

Dünən Bakıda Azərbaycanın elektron ticarət portalının təqdimat mərasimi keçirilib.
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) birgə dəstəyi ilə yaradılmış portalın məqsədi respublikada elektron ticarət sahəsinin inkişafının intensivləşdirilməsidir.
Təqdimat mərasimində dövlət strukturlarının, beynəlxalq təşkilatların nümayəndələri, eləcə də sahibkarlar və ictimai xadimlər iştirak ediblər. Tədbirdə iştirakçılara elektron ticarət portalının məqsədi, portalın biznesin təşkili və inkişafı üçün yaratdığı imkanlar barədə geniş məlumat verilib. Dövlətin biznes sahəsinin inkişafı istiqamətində həyata keçirdiyi sistemli və ardıcıl siyasətin nümunəsi olan yeni portal sahibkarlar üçün maraqlı tərəflərə istehsal olunan məhsul və göstərilən xidmət, eləcə də məhsul və xidmət alıcılarının tələbatları haqqında məlumat təqdim etmək imkanı verəcək.
Mənbə:




Şərhlər (6)
RSS yığmaq / açmaqAdında qeyd edirlər "Azərbaycanın elektron ticarət portalı" ancaq saytın ilkin açılış dili ingiliscədir. Nəsə mənasız gəldi.
TV-də təqdimat filan olduğuna görə az pullu project kimi görsənmir. Ancaq məhsulun özü heç də keyfiyyətli alınmayıb. CMS Joomla! 1.5 üzərində qurulub. Open Source CMS-dir istifadəyə bir sözüm yoxdur. Ancaq heç dizayn da edilməyib. Hazır template üzərində qurulub —
Shaig
Sadig
Elliot
kiber
kataloq
kataloq