İnternet →  Seyahet.im - növbəti mərhələ


Bu gün Seyahet.im-də növbəti mərhələ başladı. Saytın potensialını ilkin dəyərləndirən şirkət Çinici oldu. Sayt üzərindən yeni kampaniyaya başlandı. Kampaniya haqqında ətraflı olaraq saytın özündə oxumaq olar. Necəki saytda hər kəs səyahət etmək istdəyi yeri yazırdı, eləcə də kampaniya daxilində hər kəs istədiyi yerə səyahət etmək şansı əldə edəcək.
Bu barədə Facebookda share edəndə, Seyahet.im`in saytı haqqında məntiqi «sonluq» fikri ifadə olunmuşdu. Qeyd edim ki, bu sonluq deyil. Sadəcə bir mərhələdir. Bundan sonra saytın texniki tərəfinin də inkişafı olacaq və bu kimi başqa kampaniyalar keçirilməyinə cəhd olunacaq.
Paylaş :
  • +1
  • 7 мая 2010, 19:05
  • Shaig

Şərhlər (7)

RSS yığmaq / açmaq
+
+1
Uğurlu olsun!
avatar

Ferhad

+
0
Təşəkkür. Ümid edirik ki, bu tip suprizlər davamlı olacaq.
avatar

Shaig

+
0
Məncə bu sonluq yox sadəcə saytı inkişaf etdirmək üçün motivasiya ola bilər.
avatar

Sadig

+
0
cinici Səhifəsində yazılıb ki, hər 50 manatlıq alış verişə görə Sizə bir səyahət kodu veriləcək. Səyahət kodunuz SMS-lə mobil telefonunuza göndəriləcək.


Maraqlıdı onlar nömrələri hardan bilirlər? Yoxsa 50 manat olan kimi gərək nömrəni deyəsən? :) A Şaiq? :) Başa sal :))
Bilirsən nəyə oxşadı...almalı marketde eyni şey idi :) ancaq kodu kuponla verirdilər....sonra altı,bazar TV-də izləməli idin… onu da deyim ki :)) uduşsuz qaldım :p :D…
avatar

vrednyu4aya

+
0
Çinicidə əslində daimi müştərilərin telefonları filan bilinir. Onlar necə deyərlər subscribe olur. Bu kampaniyada da mağazadan alış-veriş edən hər kəsə kampaniya haqqında xəbər verilir. İştirak etməyi kim arzu etsə, onun məlumatları xüsusi sistemə daxil edilir. Telefon nömrəsi və maili də həmçinin. Sonra o hər 50 manatlıq alış veriş etdikdə avtomatik olaraq xüsusi kod göndərilir.
avatar

Shaig

+
0
Hmm aydındı demək ki Şaiq o cinici işçilərinin kampaniyada iştirak etmək şansları yoxdur düzdü??.. bəs sənin tanışlarıni, dostlarının şansları var?
avatar

vrednyu4aya

+
0
Düzdür :). Çinici işçilərinin və onların birinci dərəcədən olan qohumlarının. Eyni zamanda Seyahet.im üzərində işləyənlərin və onların birinci dərəcədən qohumlarının bu kampaniyada iştirak etmək hüququ yoxdur :). Ancaq sərbəst alıcılar.
avatar

Shaig


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.