İnternet →  .az zonasında 10011 ünvan qeydiyyatdan keçib

Azərbaycan Respublikasının yuxarı dərəcəli .az milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 10 mini ötüb.

Milli.Az xəbər portalı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytına istinradən xəbər verir ki, mayın 5-i üçün olan vəziyyətə görə, milli domen zonasında 10011 ünvan qeydə alınıb.
Cəmi cari il ərzində .az zonasında 700-dən çox domen qeydiyyatdan keçib.

.az domen zonası Azərbaycanda yerləşən və ya ona aid olan obyektlər üçün istifadə olunur.

İkinci dərəcəli əsas domen adlarında qeydiyyatdan keçmiş ünvanların sayı üzrə vəziyyət aşağıdakı kimidir: com.az (530 domen), net.az (65), int.az (53), gov.az (61), org.az (79), .edu.az (85), .info.az (21), .pp.az (51).

Mənbə: www.mincom.gov.az/az/main.html
Paylaş :

Şərhlər (18)

RSS yığmaq / açmaq
+
-2
melumata gore cox sga olun mene ele gelirdiki .com dan istifade edenler daha coxdu ama gorunurki yanilmisham
avatar

Strange

+
+1
Əlbəttə .com domeni daha çoxdur. =) .com domeninin sayı milyonlarladır. boş domen tapmaq müşkül məsələdir.
.comu alanlar adətən qiymətinə görə alır (bizdə) amma rahatlığına görə deyərdim .com, .net və s. kimi domenlər daha əlverişlidir nəinki .az domeni. ən azı 3 günə başa gəlir domeni almaq =)
avatar

MRenat

+
0
Hələ adın tərkibində hansısa qeoloji bir lokasiya olarsa, onda voobşe 1 hıftı məkir.
avatar

Millenium

+
+1
Son 4 ayda elə mən özüm 5-dənəsini qeydiyyatdan keçirmişəm :)
Strange, com ucuzdu, balaca və gələcəyə çox ümid verməyən proektlər yaxud şəxsi portallar COM-da qeydiyyatdan keçir :)
Mən cammata deyəndə .AZ 40 manatdır, cammatın ürəyi gedir. Deyirəmki qeydiyat 20 AZN və hər il 20 AZN xidmət haqqıdı. AMma onlar COM-u almağı üstün tuturlar. Çoxt vaxt isə .COM hədiyyə kimi də verilir (nisbətən böyük saytlara) :)
avatar

Millenium

+
+1
Şəxsi portallar deyəndə, .az zonasının idarəsi çox çətindir deyə əsasən ondan istifadə sərf eləmir. Məsələn mən Xazar.az`ı ala bilmirəm NT`dən. Gərək 80 yerdən icazə alam, onun üçün də tapış-mapış lazım olacaq yəqin ki. Ancaq Xazar.com`u rahatlıqla internetdən qeydiyyatdan keçirmək olur.
Hətta Azercell və Bakcell`in belə saytları .az zonasında deyil. Ona görə bu barədə razılaşmıram sizlə.
.Az da əsasən dövlət qurumları, və ya xarici brandların yerli nümayəndələri yada əsasən banklar və s şirkətlər istifadə edir.
avatar

Shaig

+
+1
Şaiq yazdıqlarına əlavə: DNS-ləri dəyişmək üçün mail göndərmək lazımdır. GeoNames (Coğrafi adlar) almaq qadağandır, «e» ilə başlayan domainləri almaq üçün Əli Abbasova yazmaq lazımdır və sairə məhdudiyytələr. Ama nədənsə NT.AZ saytında qanunla qeydiyyatına icazə verilən və verilməyən zonaların adlarını açıqlamayıb.
Ümumiyyətlə, bizdə «internet haqqında qanun» yoxdur. Olanında heç başlığı yoxdur.
Domain adlarının qeydiyyatı haqdada http://whois.az/rules_az.html dəyərli heçnə yazılmayıb.

Birdə Şad xəbər verim, artıq .PRO.AZ sonluğlu domain adlarınında qeydiyyatı mümkün olub!
avatar

Millenium

+
+1
armenia.az nedir bes?
avatar

Elliot

+
0
Onu mən bilən bizimkilər Azərbaycanın təbliğatı üçün erməni dilində yaradıblar. Orda provakasion nəsə var, dövlətə qarşı?
avatar

Millenium

+
+1
Yox, day.az-in layihesidir ve ughurlu addimdir, amma mence saytin provokasyon olub olmamasi haqda whois.az/rules_az.html sehifesinde nese yoxdur :), sadece yazilib ki cografi ad olmaz.
Domen adının seçilməsi zamanı Sifarişçi coğrafi adlardan, tanınmış əmtəə nişanlarından və digər şəxslərin adından istifadə etməməlidir.
Demek ki istisna edirler isteyende. Amma onu da qaydaya yazmalidilar ki, dovlet menafeyine xidmet etdikde qaydalara riayet olunmaya biler, istisnalar ola biler.
avatar

Elliot

+
0
+1
Onu yazmaq lazim deyil. Dövlət mənafeyinə hər şeyə yaşıl işıqdı :) amma baxır o mənafei kim, necə və nə üçün tətbiq edir ;)
avatar

Millenium

+
+2
Qanun qanundur və hamıya eyni şəkildə tətbiq olunmalıdır. Dövlət millətdən ayrıdır bəyəm?
avatar

kataloq

+
+1
10011 domen qeydiyyatdadir, yeqin lki onun minimum 9 mini Baki kuche divarlarini bezeyir(bombayiq,yekbaki,yekoglan ve.s. ), toz-boyali gece emeliyyatlari ile. :)
avatar

Elliot

+
0
Hə! 2-3 gün, 3-4 ay, işləyir, sonra bağlanır. 8 milyon əhalisi olan plkə üçün çox azdır bu rəqəm. Amma Veb industriyada bizdə hələ təzə ayaq açmağa başlayır…
avatar

Millenium

+
0
Düz sözə nə deyəsən? :D
avatar

MRenat

+
0
Onda www.1soz.de :)
avatar

Millenium

+
+1
@Elliot, sözünə qüvvət mywap.az/ saytların kataloqunda dediyin .az zonasında olan domenlərə çox rast gəlmək olar =)
avatar

kiber

+
+1
.az zonasinda olan domen qeydiyyatını online rejimdə edə bilməzlər?Məncə edərlər goldpay bəs nə üçündür görəsən? prosta bu işdə bəzi marağı olan insanlar var bəhanə edirlər erməniləri.Məsələn online rejimdə qeydiyyatı yalnız azərbaycan vətəndaşları üçün nəzərdə tuta bilərlər.
avatar

azerios

+
0
Dostlardan biri aşağıdakı linkdə Milli Vətənpərvərlikdən dəm vuranlar başlığı altında maraqlı yazı yazıb. Oxuyub fikirlərinizi bildirə bilərsiniz

avatar

bizimnetci


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.