İnternet → Saytların açılmasındakı problemlər ICANN ilə bağlıdır
Dünəndən başlayaraq internet bağlantısında problemlər olmağa . Əslində bu bu məsələ bu gün başlamalı idi. Niyəsə dünəndən başlayıbdı işlər. Səbəb isə ICANN ilə bağlıdır. Bu barədə söhbət bir xeylir müddətdir var idi. Bizim datacenter-dən də bu haqda bir ay əvvəldən xəbərdarlıq eləmişdilər. Deməli məsələ nədən ibarətdir:Bu gün ICANN, Verisign və ABŞ Hökumətinin başında olduqları bir qrup Domain Name System Security Extensions (DNSSEC) sisteminin ilk mərhələsini işə salmağa başladılar.
DNSSEC qısaca desək; DNS sistemini daha etibarlı hala gətirmək məqsədiylə əlavə olunan yeni bir xüsusiyyətdi. Məqsədi isə; «man en the middle» hücumları olaraq bilinən və hackerlərin client ilə server arasındakı əlaqənin arasına girərək, domainləri öz istədikləri saytlara istiqamətləndirmələrini təmin edən təhlükələri aradan qaldırmaqdı. Əslində «man en the middle» çox çətin bir hücum növü olmasına baxmayaraq, təhlükəsi son dərəcə yüksəkdir. Dünənə qədər bu hücumdan qorunmanın tək yolu SSL sertifikatları idi. Amma DNSSEC sayəsində artıq rəqəmli(dijital) imza tətbiq olunacaq və server ilə client arasına üçüncü şəxslər daxil ola bilməyəcək.
Dünya səviyyəsindəki 13 kök serverdə tətbiq olunacaq bu dəyişiklik üçün təyin olunan tarix 5 May idi. Lakin bu mövzuyla əlaqədar heç bir səlahiyyətli təşkilat ictimaiyyəti kifayət qədər məlumatlandırmadı. Mən özüm də dünən tam bilmədim heç problem bunla bağlıdır. Bu gün bloglarda oxuyandan sonra kı. bəs prosses dünəndən başlayıb, bundan sonra xəbərim oldu. İnternet kəsiləndə bizdə əsasən ağlımıza gələn yenə hansısa traktorun ehtiyatsızlığı ucbatından xətlərin qırılmağı olur.
Bu keçid mərhələ-mərhələ olacağına görə istifadəçilər çox hiss etməyəcəklər. Bəzən ola bilsin ki, dünən olduğu kimi ancaq local saytlara girmək mümkün olsun və s. Bu çox çəkməyəcək. Deyilənə görə bu zaman OpenDNS və ya Google DNS`dən istifadə köməyinizə gələ bilər. Amma mən özüm sınamamışam deyə qarantiya verə bilmərəm.




Şərhlər (3)
RSS yığmaq / açmaqAmma deməmişkən bu səfər onlarlıq deyil imiş.
Millenium
Strange
Ölümdən başqa nəyə deyirsən çarə var :-p
Millenium