İnternet →  DST ICQ-ni 187.5 Milyon Dollara Satın aldı

Bu gün AOL etdiyi açıqlamada ICQ`ni 187.5 milyon dollar qarşılığında DST`ə satdığını açıqladı. 1996-cı ildə İsrail mərkəzli olaraq qurulan ICQ, 1998-ci ildə dünyanın ən məşhur online mesajlaşma vasitəsi olaraq 400 milyon dollar qarşılığında AOL tərəfindən satın alınmışdı.

İndiki vaxtda köhnəyə nisbətdə məşhuruluğunu itirən ICQ, comScore məlumatlarına görə aylıq 32 milyon istifadəçiyə çatır. Rusiya, Almaniya və Çexiyada hələ də çox istifadə edilən ICQ, Rus sərmayə şirkəti DST üçün yerli bazar düşünüldüyündə əhəmiyyətli bir dəyər ola bilər. Facebook və Zynga`nın ardından keçdiyimiz günlərdə Groupon`a 135 milyon dollar sərmayə qoyan qrup, bu satın alma ilə öz məşhur internet şirkətlərinin arasına ICQ`ni də əlavə etmiş oldu.

Yeni nəsil saytlara böyük sərmayələr edən Digital Sky Teknologiesin daha çox iç bazara istiqamətli kimi görünən bu sərmayəsi üçün gələcəkdə necə bir hədəfi olduğunu bilmirik. Ancaq 90′cı illərin əhəmiyyətli internet dəyərlərindən biri olan ICQ`nin yenidən işıqlandığını və heç olmasa önümüzdəki bir neçə illiyinə də olsa Geocities ilə eyni sonu paylaşmaqdan xilas olduğunu söyləmək olar.
Mənbə
Paylaş :
  • +1
  • 28 апреля 2010, 18:29
  • Weboxu

Şərhlər (10)

RSS yığmaq / açmaq
+
0
axirki bu bash verdi
avatar

Strange

+
-4
Canım, o bu ilin yanvar ayında artıq satılmışdı ))) Sən gecikmisən ;)
avatar

stop-narkotik

+
+4
canın salamat olsun, ancaq satılmamışdı. AOL satmaq istədiyini demişdi. DST də müştəri çıxmışdı. DST ilə birgə 2 dənə də Çin şirkəti var idi ancaq sonda DST alıbdı. Zəhmət olmasa mənbələridə oxuyun: bir iki… hər iki mənbədə tarix 28 aprel olaraq göstərilibdi.

Ayrıca sən yox siz.
avatar

Shaig

+
+1
Şaiq, məndə Stop-la razıyam. Yanvar ayında artıq açıq bilinirdiki DST alıb. Sadəcə Çinlilərdən daha yüksək məbləğ almaq istəyirdi AOL. Onlarda verməmişdilər. Və qeyri ofisial olaraq, DST artıq SERVERLƏR hazırlayırdı.

Mən aradabir İCQ UİN-ləridə satıram ;) (reklam olmasın), amma mən sellerdən soruşandaki niyə hoptom (topdan) satıb bu işdən çıxırsan, o mənə demişdi " Ruslar İCQ-nu aldılar, və onun ölümünə az qalıb ". Mən onda ona gülmüşdüm. Bir hıftı keçmədiki DST-nin İCQ0nu aldığı şaə kimi gəzməyə başladı.
avatar

Millenium

+
+1
Ancaq fakt faktlığında qalır ki, bunun rəsmi olaraq açıqlaması indi oldu. Mən nəyinki yanvar, dekabr ayında yazmışdım — weboxu.com/blog/texnologiya/191.html. sadəcə işin rəsmiyyətə keçməsi var. İndi konkret rəqəmlər və bəyanarlar var.
avatar

Shaig

+
0
Şaiq, o posta 1-ci mən komment vermişəm :) Yeni ildəndə demək olar ki UİN (6 və 7 rəqəmli) satışını dayandırmışam :)
O şaiə deyildi. Yanvarda artıq razılaşma imzalanmışdı. Qalmışdı pul komürmək, necə deyərlər.
Rəqəmə gələndə, o vatda 178.5 milyon eyilmişdi :)
Bu AOL-un ilk belə satışı deyil :)
AOL, alıb, işlədib, pulunu çıxardıb, satan şirkətdir :) Komservator deyil. AOL-un öz AİM-i özünə bəs edir.
Yanvarda artıq İCQ-nun satıldığının dəlilləri var idi. Çünki yadındadısa, Nick-lərin arxasınca [COMPAD] (kvadrat skopkalarda) yazılırı. BU zaman onlar UİN bazasını könə İCQ klienti olan COMPAD-a keçirmişdilər. İNDİ isə İCQ-nun ana serverinin İP-i belə dəyişib. İP fevral ayının ortaları dəyişib, ofisial yazı olmasada, qeyri ofisial mənbəələrdə bu haqda yazılar tapmaq olardı. Bu da artıq İCQ ilə qlobal nəsə baş verdiyini bildirirdi :)

Nə isə, mən getdim yatmağa. Hamınıza uöurlar!
avatar

Millenium

+
+1
Resmen almaq bashqa, shayie bashqa. sozsuz ki her hansi boyuk satish olanda ondan aylarla evvel danishiqlar gedir, shifahi,centlmen, ilkin, qeyri resmi ne bilim ne kimi raziliqlar elde olunub. Amma eminlikle SATILDI demek yalniz resmen satildiqdan sonra deyilmelidir, Weboxu da bele edib.
avatar

Elliot

+
0
Ay sağol :). Rəsmi bəyanat vermək ayrıdır. Ona qalsa Nexus One`ında əvvəl qeyri rəsmi, sora rəsmi reliz olunduğunu ayrı-ayrı yazıldı hər yerdə. İndi iPhone 4G də onun kimi. Hamı şəkillərini görübdü, hər yerdə yazılıbdı ancaq rəsmi reliz xəbəri gəlməyibdi. Yəniki bu o deməkdirki, oldu qutardı, şaiə olmaqdan çıxdı :).
avatar

Shaig

+
-3
Burası internetdi :) Siz, Sən, heçbir fərq qoyulmur.

1) *February 2010 comScore Media Metrix data — Tarixi görürsəndə :)
2) Şaələr belə korporasiyalar üçün boş yerə yayılmır :) Marketinqdi bu, Parketing Yox!
avatar

stop-narkotik

+
+1
deyirem bu ICQ ne boyuk problem oldu bele lap yaxci aliblar aliblarda ))
avatar

Strange


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.